Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-928/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə Ağdam rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1986/2023 nömrəli qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah pozulmuş və birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı övladları onun himayəsinə verilmişdir. Nikahları pozulan zaman aliment tələbi olmamışdır. xx.xx.2023-cü il tarixdə birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etdilər. Mediasiya prosesində birgə nikahlarından doğulmuş övladlarının saxlanılması üçün hər ay hər uşağa 60 manat olmaqla, ümumilikdə 120 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsi tələbinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəldilər. Bu səbəbdən Barışıq sazişini imzaladılar. Maraqlı şəxs mediasiya prosesində bağladıqları xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək maraqlı şəxslə birgə nikah dövründən iki uşaqlarının olduğunu, uşaqlarının onun himayəsində yaşadığını bildirmiş və maraqlı şəxsdən 60 manat aliment ödəməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul edərək məhkəmədə ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1976-cı il tarixdə Bərdə rayonu, İmirli kəndində anadan olmuşdur. Bərdə rayonu, Əmirli kəndində yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987ci il tarixdə anadan olmuşdur. AA 103296 seriya nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Ərizəçi Ağdam rayon məcburi köçkünüdür. Hazırda Ağdam rayonunda məskunlaşmışdır. Azər-Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 27 nömrəli arayışdan görünür ki, X6 hazırda ünvan 1 ünvanında yaşayır. Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 459765 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs Ərizəçi ilə arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Abbasov, qadına Əzizova soyadı verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 168 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Əmirli kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ 827126 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2012ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 15 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Əmirli kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ 627190 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs, ansı isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 24 nömrə ilə qeydə alınmışdır. Ağdam rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(013)-1986/2023 nömrəli qətnamənin surətindən görünür ki, iddia əsaslı olduğu üçün təmin edilməsi, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2011-ci il tarixdə Bərdə rayon İcra hakimiyyəti Başçısının Əmirli kənd İƏD üzrə Nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüedlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anası Ərizəçi himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxs və mediator X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞG1/MT007/2023-04050 nömrəli Barışıq Sazişindən görünür ki, Birinci tərəf bildirdi ki, ikinci tərəf ilə Ağdam rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1986/2023 nömrəli qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah pozulmuş və birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı övladları birinci tərəfin himayəsində saxlanılmışdır. Tərəflər mediasiyaya könüllü olaraq müraciət edərək birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün aliment və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış hüququnun verilməsi tələbinə dair mübahisənin həll edilməsini bildirmişdilər. İkinci tərəf mediasiya prossesi zamanı bildirdi ki, birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildirmişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, Birinci tərəf ilə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı övladlarının saxlanılması üçün hər ay hər uşağa 60 manat olmaqla, cəmi 120 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirdi və birinci tərəfin azyaşlı övladları ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış hüququnun veriləsinə heç bir etirazı olmadığını və onların orada köçüb yaşamasına heç bir maneəçilik törətməyəcəyini bildirdi və öz öhdəsinə götürür. Birinci tərəf bildirdi ki, ikinci tərəfin hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat aliment məbləği ödənilməsi təklifi ilə tam razılaşır və qəbul edir. X3 şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəlləsinin 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 ərizəçi (anası) Ərizəçi himayəsində saxlanılmalı, xx.xx.2012ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat məbləğində aliment tutularaq ərizəçinin xeyrinə verilməlidir. Alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən müəyyən edilməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rümunu ödəməkdən azad edilirlər. MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi məcburi köçkün olmaqla məhkəmədə ərizə verilməsi üçün dövlət rüsumu ödəməkdən azad edildiyindən ərizənin təmin edilmiş hissəsinə mütənasib olaraq 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 ərizəçi (anası) Ərizəçi himayəsində və yanında saxlanılsın. Maraqlı şəxs Ərizəçi övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış hüququ verməsi və adıçəkilən şəxslərin ora köçüb yaşamasına maneçilik törətməmək vəzifəsi tapşırılsın. xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat məbləğində aliment tutularaq ərizəçinin xeyrinə verilsin. Alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən müəyyən edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-928/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-928/2024
30.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver