Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-954/2024 01.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2001-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikah dövründən xx.xx.2007-ci il təvəllüdlü X3 adlı bir övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli zamandır ki, pozulmuşdur. Uzun zamandır ki, onlar ayrı yaşayırlar və övladı Eldəniz Hacıyev onun himayəsində yaşayır. Uzun zamandır ki, ailə münasibətləri pozulduğu üçün o, ilkin prosedur kimi nikahın pozulmasına və övladının onun himayəsində saxlanılmasına dair mediasiya şurasına müraciət etdi və mediasiya təşkilatında onların işlərinə baxılması üçün mediator X4 təyin edilmişdir. İlkin mediasiya prosesində maraqlı şəxs onunla ortaq fikrə gələrək aralarında xx.xx.2001-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 14 nömrəli rəsmi nikahın pozulmasına tam razı olduğunu və birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatında öz aralarında ******* saylı barışıq sazişi bağlanmışdır. Bunun üçün də barışıq sazişinin təsdiq olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizə tələbini qəbul edərək uşağın atasında qalmasına razı olduğunu bildirmiş və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçi və maraqlı şəxsi dinləyib, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1980-ci il tarixdə Bərdə rayonu, Otuzikilər kəndində anadan olmuşdur. Bərdə rayonu, Cumalar kəndində yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Bərdə rayon İHB-nın Qaraqoyunlu kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 19 nömrəli arayışdan görünür ki, Ərizəçi hal-hazırda Bərdə rayonu, Cumalar kəndində yaşayır. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 007598 nömrəli arayışdan görünür ki, X3 xx.xx.2007-ci il tarixdə Bərdə rayonu, Kolayır kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası isə Maraqlı şəxsdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 1245 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AZ-İ 012142 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2001-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada isə Hacıyeva soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 14 nömrə ilə qeydə alınmışdır. Mediasiya prosesinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəflər Ərizəçi və Maraqlı şəxsdır. İş materiallarında olan 09-JAN-24 nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi 25 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan 26-DEC-23 nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi 55 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan xx.xx.2024 tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi 50 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. İş materiallarında olan xx.xx.2024 tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi 50 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. İş materiallarında olan Birinci tərəf Ərizəçi, İkinci tərəf Maraqlı şəxs və mediator X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞG1/MT007/2023-04161 nömrəli Barışıq Sazişindən görünür ki: Birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikahları xx.xx.2001-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Halhazırda birinci tərəf ikinci tərəfdən ayrılmış və övladı ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf mediasiyaya müraciət edərək ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını və birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 adlı övladlarının onun himayəsində saxlanılması tələbi ilə təklif vermişdir. İkinci tərəf mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq razılaşdığını bildirdi. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, birinci tərəf ilə aralarında xx.xx.2001-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmiş rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını bildirdi. Tərəflər barışıq sazişinin şərtləri izah olundu və aşağıdakı şərtlələ razılığa gəldilər. Tərəflər xx.xx.2001-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmiş rəsmi nikahın pozulmasına tam razı olduqlarını bildirdilər və qarşılıqlı razılığa gəldilər. İkinci tərəf birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 adlı övladlarının birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını bildirdi və tərəflər qarşılıqlı olaraq razılaşdılar. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs ilə Ərizəçi arasında Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə 14 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 adlı övladları ərizəçi (atası) Ərizəçi himayəsində (yanında) saxlanılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu və 80 manat məbləğində mediasiya xərci maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə 14 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 adlı övladları ərizəçi (atası) Ərizəçi himayəsində (yanında) saxlanılsın. Ödənilmiş 100 manat dövlət rüsumu və 80 manat mediasiya xərci ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-954/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-954/2024
01.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver