Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-956/2024 17.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1nun 31 oktyabr 2017-ci il tarixdə Bərdə şəhərində vəfat etməsi faktının təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1981-ci ildə ünvan 1 ünvanda yaşayır. X1 xx.xx.1980-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Qardaşı Əli 2010cu ildə iflic xəstəliyinə tutulmuş, həmin vaxtdan özünə qapanmış, 7 il yataq xəstəsi olaraq onların himayəsində yaşamışdır. 31 oktyabr 2017-ci ildə xəstəliyi ağırlaşaraq vəfat etmişdir. O, Ü.Hacıbəyov küçəsi ev 43, mənzil 42-də vəfat etmşdir. Həmin hadisənin şahidi olaraq bacısı X5 və arvadı X8 təsdiq edə bilərlər. Onlar həyətlərində Əliyə yas vermişlər. Yas mərasimi həmin ünvanda onun tərəfindən verilmişdir. Əli ailə həyatı qurmamış, övladı olmamışdır. Hal hazırda zərurət yarandığından qardaşının ölüm faktını təsdiq edən heç bir sənət olmadığından öz hüquqlarını həyata keçirə bilmir. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması üçün xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İmtina cavabında ölüm barədə məlumatın 10 gün ərzində verilməli olduğu, onun isə bu müddəti ötürdüyü göstərilmişdir. Eyni zamanda Qeydiyyat Şöbəsi öz imtina məktubunda bu barədə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, Ərizəçi qardaşıdır. X1 1980-ci ildə anadan olmuş, 31 oktyabr 2017-ci ildə xəstəlikdən ölmüşdür. X23 ailə qurmamış, ərizəçinin yanında yaşamışdır. Sonuncu Bərdə şəhər “İmamzadə” qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, Ərizəçi əridir. X3 2017ci ildə xəstəlikdən vəfat etmiş və Bərdə şəhər “İmamzadə” qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1981-ci ildə Bərdə şəhərində anadan olmuşdur və Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ev 43, mənzil 42-də qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli 377 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi 43/42-də yaşayır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 19 yanvar 2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, Ərizəçi 09 iyul 2002-ci il tarixdən Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ev 43, mənzil 42-də qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X10, X6, X9, X15dur. Maraqlı şəxs tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1981-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X12, “ana” qrafasında anası kimi X4 qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X15 13 yanvar 1980-cı ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X12, “ana” qrafasında anası kimi X4 qeyd edilmişdir. A 111461 nömrəli diplomdan görünür ki, X2 Attestasiya Komissiyasının 20 iyun 2002ci il tarixli qərarı ilə Müstəqil Azərbaycan Universitetinin “hüquqşunaslıq” fakultəsini bitirmişdir. Bərdə şəhəri “İmamzadə” məscidi dini icmasının 20 yanvar 2024-cü il tarixli 01 saylı arayışından görünür ki, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi bina 43, mənzil 42-də yaşayan mərhum X15 2017-ci il 31 oktyabr tarixində vəfat etmiş, “İmamzadə” qəbristanlığının şimal hissəsində dəfn edilmişdir. Fotoşəkillərdən görünür ki, X7 Qəbir daşı üzərində ölüm tarixi olaraq 31 oktyabr 2017-ci il qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan 19 yanvar 2024-cü il tarixli 3-16-5/8-xxxx/2024 saylı məktubdan görünür ki, Ərizəçi qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 22 yanvar 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X7 31 oktyabr 2017-ci il tarixdə ölməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X7 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum qardaşına ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilisin. Ərizəçi X1nun 31 oktyabr 2017-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-956/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-956/2024
17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver