Məhkəmə qərarları › İş №2(021)-967/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-967/2022

05.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-967/2022 05.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ i Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi və onun nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X5 27 noyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, Nizami küçəsi ev 6, mənzil 30 ünvanında daimi qeydiyyatda olmaqla yaşamış, 12 avqust 1955-ci ildə Bərdə şəhərində anadan olmuş X13 onun doğma atasıdır. O, uzun müddət imiş ki, bir çox ağır xəstəlikdən, o cümlədən də ağır formalı diabetli şəkər xəstəliyindən əziyyət çəkmiş, hətda bu xəstəlikdən onun ayağının biri kəsilmişdir, həmçinin qan əzyiqi və ürək-damar xəstəlikləri də olmaqla bu xəstəliklərdən də uzun illər idi ki, müntəzəm surətdə müxtəlif tibb müəssələrində, o cümlədən də Bakı şəhərindəki tibb müəssələrində müxtəlif müalicələr alırdı. Müalicə üçün ünvan 2 ünvanında yerləşən, onun ailə üzləri ilə birlikdə kirayədə qaldığı bu evə gəlir, daha sonra müayinə və müalicə olunmaq üçün tibb müasisələrinə gedirdi. Atası sonuncu dəfə 5 ay bundan qabaq Bakı şəhərinə onun evinə gəlib ki, tibb müəssisəsinə gedib tibb müayinələrindən keçsin və onun yanında qalsın. Lakin 27 noyabr 2020-ci il tairixndə saat 19 radələrində həmin evdə onun ailə üzvlərinin gözü qabağında qəflətən atasını vəziyyəti pisləşmiş və ani olaraq vəfat etmişdir. Atasının sağlıq vəziyyətinin pisləşdiyini görən kimi dərhal o, 103 telefon xidmətinə zəng edərək ambulans çağırmışdır, Bakı şəhəri X17 mərkəzindən gələn həkim Nailə Məmmədova atasını müayinə edərək onun artıq vəfat etmiş olduğunu onlara bildirib. Odur ki, 28 noyabr 2020-ci il tarixində atasının meyidini Bərdə rayonuna gətirilərək Mirzalıbəyli kənd qəbirsanlğında dəfn etmişlər. Lakin müvafiq sənədləri toplayıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon Qeydiyyat şöbəsinə təqdim etsə də, atasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. Bakı şəhəri Təcili Təxirə salınmaz Tibbi Yardım X6 şəxsin baş direktoru Rauf Nağıyevin imzası ilə onun 01 aprel 2021-ci il tarixli ərizəsinə verilmiş 07 aprel 2021-ci il tarixli 86 saylı cavabda bildirlir ki, “27 noyabr 2020-ci il tarixdə saat 19:18-də 103 xidmətinə zəng Nərimanov rayonu Ü.Bünyadzadə küçəsi ev 2 ünvanından Tofiq Qasimovun 65 yaş adından “həkimə qədər ölüm” səbəbi ilə çağırış daxil olunmuşdur. Çağırışı 2 saylı bölmənin həkimi Nailə Məmmədova icra edərək ünvanda X9 65 yaşa məxsus meyit ilə rastlaşmış və həkimə qədər ölüm kişi cinsli meyit diaqnozu qoymuş və lobarator müayinə üçün yaxma götürmüşdür. Hadisə barədə 18-ci polus bölməsinə mayor Ramil Əmrahzadəyədə məlumat verilmişdir. Bakı şəhəri Nərimanov rayonu prokurorluğundan ona göndərilmiş 12 dekabr 2020-ci il tarixli, 566-C-20 saylı bildirişdə göstərilir ki, mərhum ataları X5 27 noyabr 2020-ci il tarixdə vəfat etməsi aktı əsasında Nərimanov rayonu prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı ölüm faktının cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinə başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Bakı şəhəri Nərimanov rayonu prokurorluğunun müstəntiqi İİ dərəcəli hüquqşunas Təbriz Atakişiyevin 566-C-20 nömrəli material üzrə qəbul etdiyi 19 dekabr 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarda bildirilir ki, atası X5 27 noyabr 2020-ci il tarixində ünvan 3 ünvanında ölməsi faktı əsasında araşdırma aparılaraq onun xəstəlikdən qəfil ölməsi, beləliklədə toplanmış materialla onun ölməsi faktında cinayət hadisəsinin olmadığı müəyyən edilmişdir. Bu rəsmi sənədlərə baxmayaraq Maraqlı şəxs onun 29 noyabr 2021-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 29 oktyabr 2021-ci il tarixlu ***-**-** nömrəli bildirişdə atasının ölmünü qeydə almaqdan və onun ölümü haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Beləliklədə lazımi qaydada təşəbbüs göstərilməsinə baxmayaraq atası X5 ölümünün qeydə alınmaqla onun ölümünə dair şəhadətnaməni başqa qaydada, yəni məhkəmədən kənar əldə etməsi mümkün olmamışdır. Atasının ölümünün qeydə alınmaqla onun ölümünə dair şəhadətnamənin verilməsi ilə ona və ailə üzvlərinə qanun üzrə vərəsəlik və miras əmlakın bölünməsi məsələsinin həlli üçün lazımdır. Yuxarıda şərh etdiyi səbəblərdən, həmçinin də Azırbaycan Respublikasının Qanunvericilik aktları baxımından hazırki ərizə ilə məhkəməyə müraciət etməsini qanuni hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X7 izahatında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində X3 izahatında göstərdi ki, Ərizəçi qayınıdır, onun atası X13 27 noyabr 2020-ci ildə xəstəlikdən vəfat etmişdir, onu Bərdə rayonu Mirzalıbəyli kəndində dəfn edilmişdir, lakin ölüm haqqında şəhadətnamə almayıblar. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, Ərizəçi ilə qudadır, onun atası X13 27 noyabr 2020-ci ildə xəstəlikdən vəfat etmişdir. Onu Bərdə rayonu Mirzalıbəyli kəndində dəfn edilmişdir, lakin ölüm haqqında şəhadətnamə almayıblar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx 1981-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 1727**18 nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Qasımova Fərqanə Ədalət qızı 01 oktyabr 1988-ci ildə ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 27 dekabr 1996-cı ildə doğulmuşdur. İş materiallarında olan Vİİİ-JQ 438722 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx 1981-ci ildə anadan olmuş, atası X8, anası X4r. İş materiallarında olan Bakı şəhəri X17 X6 şəxsi tərəfindən verilmiş 86 nömrəli, 07 aprel 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, “27 noyabr 2020-ci il tarixdə saat 19:18-də 103 xidmətinə zəng Nərimanov rayonu Ü.Bünyadzadə küçəsi ev 2 ünvanından Tofiq Qasimovun 65 yaş adından “həkimə qədər ölüm” səbəbi ilə çağırış daxil olunmuşdur. Çağırışı 2 saylı bölmənin həkimi Nailə Məmmədova icra edərək ünvanda X9 65 yaşa məxsus meyit ilə rastlaşmış və həkimə qədər ölüm kişi cinsli meyit diaqnozu qoymuş və lobarator müayinə üçün yaxma götürmüşdür. Hadisə barədə 18-ci Polis Bölməsinə mayor Ramil Əmrahzadəyədə məlumat verilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nərrimanov rayon Prokurorluğu tərəfindən verilmiş 19 dekabr, 566-C-20 nömrəli məktubdan müəyyən olunur ki, mərhum ataları X5 27 noyabr 2020-ci il tarixdə vəfat etməsi aktı əsasında Nərimanov rayonu prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı ölüm faktının cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinə başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan 19 dekabr 2020-ci il tarixli Bakı şəhəri, Nərimanov rayon Prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, X5 27 noyabr 2020-ci il tarixində ünvan 3 ünvanında ölməsi faktı əsasında araşdırma aparılaraq onun xəstəlikdən qəfil ölməsi, beləliklədə toplanmış materialla onun ölməsi faktında cinayət hadisəsinin olmadığı müəyyən edilmişdir. İş materiallrında olan qəbrin fotoşəkillərindən müəyyən olunur ki, X13 27 noyabr 2020-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli 694-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona ölüm faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X5 27 noyabr 2020-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 12 avqust 1955-ci ildə doğulmuş X5 27 noyabr 2020-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar