Məhkəmə qərarları › İş №2(022)-1029/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1029/2023

24.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1029/2023 24.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 05 may 1983-cü il tarixdə anadan olmuş qardaşı X3 01 aprel 2018-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X5 05 may 1983-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur. X5 ölümünə qədər onlarla birlikdə atası Xeyrullanın evində yaşamışdır. Ailə həyatı qurmamışdır. 2018-ci ildə tez-tez X5 özünü narahat hiss edir və xəstələnirdi. Bir müddətdən sonra yüksək temperaturu olduğu üçün həkimə müraciət etsələr də, həkimlər onu Bakı şəhərinə aparmağı məsləhət görmüş və onu Bakı şəhərinə aparmış və orada da həkimlər kömək edə bilmədiyi üçün onu Biləsuvar şəhərinə aparmağı məsləhət görmüşlər. Onun qardaşı X5 01 aprel 2018-ci il tarixdə Biləsuvar şəhərində vəfat etmiş və Biləsuvar şəhər qəbiristanlığında dəfn edilmişdir. Lakin başları qarışıq olduğundan onun ölüm haqqında şəhadətnaməsini almaq yaddan çıxmışdır. Bir müddət keçdikdən sonra Maraqlı şəxsnə X3 ölüm haqqında şəhadətnaməsi barədə müraciət etsə də, Qeydiyyat şöbəsi şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Odur ki, 01 aprel 2018-ci il tarixdə vəfat etmiş qardaşı X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 avqust 2023-cü il tarixli № 05/Q-1436/69 saylı doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında X8 qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs 10 iyul 2023-cü il tarixli 3-16-5/8-15-296/23 saylı məktubundan görünür ki, ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ərizəçi Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, lakin ölüm faktını təsdiq edən sənədləri təqdim edə bilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsi barədə ərizənin qəbulundan imtina edilmişdir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənov X1 şəhəri M.İbrahimov küçəsi dalan 2, ev 19-da qeydiyyatdadır. X4 məhkəmədə ifadə verərək bildirmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçi qardaşı xx.xx.1983-cü il tarixdə anadan olmuş X5 01 aprel 2018-ci il tarixdə Biləsuvar şəhərində vəfat etmiş və Biləsuvar şəhər qəbiristanlığında dəfn edilmişdir. Bir qonşu kimi Ələddinin dəfn və yas mərasimlərində iştirak etmişdir. X2 məhkəmədə ifadə verərək bildirmişdir ki, ərizəçi ilə qonşuluqda yaşayır. Ərizəçinin qardaşı X5 01 aprel 2018-ci il tarixdə Biləsuvar şəhərində vəfat etmiş və Biləsuvar şəhər qəbristanlığında dəfn olunmuşdur. Onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə işdə olan sənədlərə və şahid ifadəsinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, X3 01 aprel 2018-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. 05 may 1983-cü il tarixdə anadan olmuş X3 01 aprel 2018-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar