Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1088/2024 10.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə müraciət edərək, 22 yanvar 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə ünvan 1 kəndi ünvanda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, ərizəçinin hazırda 2017-ci il təvəllüdlü Nur və 2019-cu il təvəllüdlü Simuzər adlı iki uşağı vardır. 22 yanvar 2022-ci il tarixdə doğulmuş Kamal adlı bir övladı olmuşdur. Kamal anadan olandan xəstə olmuşur. K.Y.Fərəcov adına Elmi-X6 tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci İl tarixli epikrizdən görünür ki, X10 doğulandan sonra müayinə olumuş və onda yuxarı tənəffüs yollarının çox lokalizasiyalı digər kəskin infeksiyası, anadangəlmə inkişaf qüsuru, anadangəlmə ürək qüsuru, qulaqcıqlararası çəpərin defekti, mədəciklərarası çəpərin defekti xəstəliklərinin olması haqda diaqnoz qoyulmuşdur.Onun sağalması üçün müxtəlif xəstəxanalara müraciət etmiş və uzun müddət davamlı olaraq müalicə etdirmiş, lakin nəticəsi olmamışdır.18 noyabr 2022-ci il tarixdə X10 uzun sürən xəstəliklərdən yaşadığı ünvan 2 kəndində yerləşən evində vəfat etmiş, Biləsuvar rayon Nərimankənd kəndinin qəbirstanlığında dəfn edilmişdir.X10 ev şəraitində uzun sürən xəstəliklərdən sonra vəfat etmişdir. Bu hadisədən sonra onlar özlərində olmamış və bu səbəbdən rayon xəstəxanasında onun vəfat etməsi rəsmi olaraq qeydə alınmamış və nəticədə bu haqda xəstəxanadan Maraqlı şəxsnə heç bir məlumat daxil olmamışdır.X4 vəfatı ilə bağlı ölüm haqda şəhadətnamə aılmaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxsndən bildirmişlər ki, övladı X2 ölüm faktı Maraqlı şəxsndə qeydə alnmamışdır. X11 uşaq kimi xəstəxanada qeydiyyatdadır və sahə həkimi, eləcə də xəstəxana uşaqlara vurulan peyvəndlərlə bağlı uşağı tələb edirlər, lakin cavabında onun vəfat etdiyini bildirsələr də bu haqda sənəd tələb olunur.Bundan başqa, X3 doğumu qeydiyyat şöbəsində qeydə alınmış və bu haqda onlara doğum haqda şəhadətnamə verilmişdir.Hazırda o qeydiyyat şöbəsinin portalında sağ kimi qeydə alınmış, ona görə də ailə tərkibində saxlanılır. X3 müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi qeyd olunan məsələlərin həlli üçün lazımdır. Sonda Ərizəçi nümayəndəsi Vəkil ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-xx-xx/2024 saylı məktubundan görünür ki, X5 X3 barəsində ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, lakin ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan AZ –İV № 712382 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Uşağın ata adı qrafasında X12, ana adı qrafasında Ərizəçi yazılmışdır. İş materiallarında olan AZ-İ № 418797 saylı 18 fevral 2022-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-cı il tarixdə anadan oluşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Biləsuvar RİHB-nın Nərimankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 10 saylı arayışından görünür ki, X11 18 noyabr 2022-ci il tarixdə ünvan 2 kənd qəbristanlığında dəfn olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun dayısı gəlinidir.Belə ki, onların 3 uşaqları-2017-ci il tarixdə Nur, 2019-cu il tarixdə Simuzər və 22 yanvar 2022-ci il tarixdə isə Kamal adlı övladları doğulmuşdur. X11 uzun sürən xəstəlikdən sonra xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Nərimankənd kənd qəbristanlığında dəfn edilmişdir. O, bir qohum kimi həmin dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, ərizəçi onun əmisi gəlnidir.Belə ki, X12 və Ərizəçi 22 yanvar 2022-ci il tarixdə X11 adlı övladları doğulmuşdur. X11 uzun sürən xəstəlikdən sonra xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Nərimankənd kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, mərhum oğlu X3 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 22 yanvar 2022-ci il tarixdə anadan olmuş X3 18 noyabr 2022-ci il tarixdə ünvan 2 kəndi ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1088/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1088/2024
10.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver