Məhkəmə qərarları › İş №2(022)-113/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-113/2023

14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-113/2023 14.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, 21 dekabr 1996-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş X1 20 sentyabr 1997-ci ildə ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21 dekabr 1996-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş X1 20 sentyabr 1997-ci ildə ev şəraitində vəfat etməsi faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, o, 25 iyul 1993-cü ildə X2 ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Həmin nikahdan onların 21 dekabr 1996-cı ildə Əlizadə İntizam adlı övladı anadan olmuşdur. Həmin uşaq ürək qüsuru ilə doğulmuş və buna görə doğulduğu vaxtdan müalicələrdə olmuşdur. Aparılmış müalicələrə baxmayaraq, X4 20 sentyabr 1997-ci ildə evdə vəfat etmişdir. Həmin vaxt onlar X1 ölümünün təsdiqlənməsi üçün həkim çağrılmamış və dini mərasimlərin icra olunmasından sonra uşağın meyiti Biləsuvar rayonunda yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Ərizəçi mərhumun ölümündən sonra o, Maraqlı şəxsnə müraciət edərək ölüm haqqında şəhadətnamə almağa zərurət bilməmişdir. Ötən illər ərzində o və digər ailə üzvləri, habelə qohumları onun oğlunun məzarını ziyarət etmişlər. Lakin bir müddət bundan əvvəl torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə əlaqədar sənədləşmə işləri aparılarkən ona məlum olmuşdur ki, mərhum övladı X1 adı həmin torpaq sənədində qeyd olunduğuna görə həmin uşağın ölüm haqqında şəhadətnamənin müvafiq dövlət orqanına təqdim edilməsi tələb olunur. O, İ.F.Əlizadənin ölüm faktının qeydə alınmadığını bilmişdir. Ərizəçi ölüm faktının qeydiyyata alınması haqqında ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndən verilmiş 05 oktyabr 2022-ci il tarixli cavab məktubu ilə ölüm faktını təsdiq edən sənədlər olmadığı üçün İ.F.Əlizadənin ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Həmin səbəbdən o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda, Ərizəçi 21 dekabr 1996-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş X1 20 sentyabr 1997-ci ildə ev şəraitində vəfat etməsi faktının müəyyən olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Şahid2 məhkəmədə göstərdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşı 1993-cü ildə nikaha daxil olmuş və həmin nikahdan bir qız övladı doğulduqdan sonra oğlu ürək qüsurları ilə anadan olmuşdur. Ərizəçi həmin uşağının müalicəsi ilə bağlı bütün tədbirləri görsə də, həmin uşaq bir yaşına çatmadan ev şəraitində ölmüşdür. Ərizəçinin İntizam adlı həmin oğlu gündüz vaxtı ölmüş və Ərizəçi atası ilə birlikdə həmin uşağı Biləsuvar şəhər qəbirstanlığında dəfn etmişlər. Həmin gün axşam o, işdən qayıtdıqdan sonra qardaşı Ərizəçi azyaşlı xəstə oğlunun ölməsi xəbərini aldıqdan sonra həmin qardaşının yaşadığı evə getmiş və yas mərasimində iştirak etmişdir. Buna görə də ərizəçinin İntizam adlı oğlunun 1990-cı illərin ortalarında, bir yaşına çatmadan, ev şəraitində öldüyünü dəqiq bilir. Məhkəmədə Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək və ərizəçinin onun qonşusu olduğunu bildirirək, Ərizəçi İntizam adlı oğlunun 1990-cı illərin ortalarında, bir yaşına çatmadan, ev şəraitində öldüyünü təsdiq etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 10 mart 1997-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 dekabr 1996-cı il tarixdə Biləsuvar rayonunda anadan olmudur. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər X7 üzrə Nümayəndəliyi tərəfindən 06 oktyabr 2022-ci il tarixli, 4153 nömrəli arayışından görünür ki, 21 dekabr 1996-cı il tarixdə anadan olmuş X4 20 sentyabr 1997-ci ildə vəfat etmiş və mərhumun meyiti Biləsuvar şəhər qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər X7 üzrə Nümayəndəliyi tərəfindən 06 oktyabr 2022-ci il tarixli, 4155 nömrəli arayışından isə görünür ki, Əliyev X3 şəhəri Ax.M.Hüseyn küçəsi 10 nömrəsi evdə iki nəfər ailə üzvü ilə - X2 və X5 birgə yaşayır. İşdə olan Maraqlı şəxs 05 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, X1 ölümünün qeydə alınması ilə bağlı Ərizəçi Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, lakin İ.F.Əlizadənin ölümünün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında həkim arayışı və ya ölüm haqqında feldşer arayışı) təqdim olunmadığına görə Ərizəçi ərizəsinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsəslələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 nömrəli Qərarına əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə ( şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi və s.) səbəb olan hüquqi faktları müəyyən edir. Həmin qərarın 1.4-cü bəndində qeyd edilir ki, yalnız o hüquqi faktlar məhkəmədə müəyyən edilə bilər ki, həmin hüquqi faktları məhkəmədən kənar qaydada əldə etmək imkanı mövcud olmasın. Məhkəmə hesab edir ki, ərizəçinin övladı X1 20 sentyabr 1997-ci ildə Biləsuvar rayonunda ev şəraitində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, X1 20 sentyabr 1997-ci ildə Biləsuvar rayonunda ev şəraitində vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xahişi təmin edilsin. Biləsuvar rayonunda 21 dekabr 1996-cı il tarixdə anadan olmuş X1 20 sentyabr 1997-ci ildə Biləsuvar rayonunda ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümü barədə şəhadətnamə verilməsi vəzifəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar