Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1160/2025 23.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 15 aprel 2025-ci il tarixli, MŞC/MT020/2025-00216 saylı barışıq sazişinin 2.1, “Birinci tərəf X1 bu Saziş imzalamaqdan sonra cehiz əmlakımın bir qismi qaytarılsa da, 12 ədəd armudu stəkan, 1 ədəd dəmir vedrə, 2 ədəd çörək qabı, 6 ədəd qənddan, 1 ədəd çayik və komplekt sırğa, üzük, sep və bilərzik olan qızıllarımı 31 may 2025-ci il tarixə kimi öhdəsinə götürməklə, öhdəlik götürür.” məzmunda 2.2-ci və 2.3-cü bəndlərinin təsdiq edilməsi barədə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 13 iyun 2025-ci il tarixdə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 15 aprel 2025-ci il tarixli, MŞC/MT020/2025-00216 saylı barışıq sazişinin 2.1, “Birinci tərəf X1 bu Saziş imzalamaqdan sonra cehiz əmlakımın bir qismi qaytarılsa da, 12 ədəd armudu stəkan, 1 ədəd dəmir vedrə, 2 ədəd çörək qabı, 6 ədəd qənddan, 1 ədəd çayik və komplekt sırğa, üzük, sep və bilərzik olan qızıllarımı 31 may 2025-ci il tarixə kimi öhdəsinə götürməklə, öhdəlik götürür.” məzmunda 2.2ci və 2.3-cü bəndlərinin təsdiq edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək bildirdi ki, Ərizəçi onun qızıdır. Ərizəçi və Maraqlı şəxs təxminən 3 ay əvvəl el adətinə uyğun olaraq toy dərək, ailə qursalar da, faktiki nikahlarını rəsmiləşdirmişlər və qızıtoydan sonra Maraqlı şəxs valideynlərinin evinə köçərək, həmin evdə yaşamağa başlamışdır. Ərizəçi gəlin köçdüyü zaman cehiz də aparmışdır. Lakin tərəflərinxasiyyətləri uyğun olmamış, buna görə də Ərizəçi həmin evi tərk edərək, təkrarən onların evinə qayıtmışdır. Qızı Ərizəçi özünə məxsus cehizlərinin ona qaytarılması məqsədi ilə Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində 15 aprel 2025-ci ildə barışıq sazişi bağlamışdır. O, orta təhsilli və hüquqi cəhətdən savadsız olduğuna görə həmin sazişin şərtləri ona tam aydın deyil. Maraqlı şəxs ona məxsus cehiz əşyalarını 31 may 2025-ci il tarixinədək ona geri qaytarmalı idi. Lakin həmin şəxs sazişin şərtlərinə uyğun olaraq bir sıra cehiz əşyalarını ona qaytasa da, 12 ədəd armudu stəkanı, 1 ədəd dəmir vedrəni, 2 ədəd çörək qabını, 6 ədə qənddanı, 1 ədəd çayiki və komplekt sırğa, üzük, sep və bilərziyi ona qaytarmamışdır. Buna görə də o, barışıq sazişini təsdiq etmiş mediasiya təşkilatına müraciət etmiş və həmin təşkilatda olan şəxslər həmin barışıq sazişinin təsdiq edilməsi barədə ərizə tərtib edərək, məhkəməyə təqdim etməli olmasını bilidirmişlər. Buna görə də ərizədə irəli sürdüyü xahişlə barışıq sazişinin məzmununun üst-üstə düşməməsini heç cür izah edə bilmir. Qarşı tərəf hazırda cehiz əşyaları ona təqdim etmək üçün məhkəməyə gətirsə də, qızıl-zinət əşyalarına görə ona cəmi 1500 manat kompensasiya təklif edir ki, o, həmin məbləğlə razı deyil. Buna görə də o, Maraqlı şəxs qarşı qızıl-zinət əşyalarının tələbi barədə ilə məhkəmədə iddia qaldıracaqdır. Sonda, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə iclasında ərizə ilə razılaşmayaraq, bildirdi ki, o, Ərizəçi tələb etdiyi cehiz əşyalarından çatışmayan predmetləri özü ilə məhkəməyə gətirmişdir və istənilən zaman həmin əşyaları A.E.Yəhyayevə qaytarmağa hazırdır. Həmçinin qızıl-zinət əşyalarına görə Ərizəçi 1500 manat kompensasiya təklif etsə də həmin şəxs hməbləğlə razı olmamışdır. Halbuki, o, qeyd edilən qızıl-zinət əşyasını 1500 manata almış və təxminən 5 ay bundan əvvəl, şəxsi ehtiyacları üçün satmışdır. Buna görə də o, həmin qızıl-zinət əşyasını deyil, onun dəyərini Ərizəçi qaytara bilər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini və maraqlı şəxsi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.7-ci maddəsinə görə barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır Həmin Qanunun 33.1-ci maddəsinə əsasən barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, həmin Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər nəzərdə tutula bilər. “Mediasiya haqqında” Qanunun 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin həmin Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən həmin Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Belə ki, Ərizəçi məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, həmin şəxs Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış 15 aprel 2025-ci il tarixli, MŞC/MT020/2025-00216 saylı barışıq sazişinin 2.1, “Birinci tərəf X1 bu Saziş imzalamaqdan sonra cehiz əmlakımın bir qismi qaytarılsa da, 12 ədəd armudu stəkan, 1 ədəd dəmir vedrə, 2 ədəd çörək qabı, 6 ədəd qənddan, 1 ədəd çayik və komplekt sırğa, üzük, sep və bilərzik olan qızıllarımı 31 may 2025-ci il tarixə kimi öhdəsinə götürməklə, öhdəlik götürür.” məzmunda 2.2ci və 2.3-cü bəndlərinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Lakin Ərizəçi ərizəsinə əlavə etdiyi 15 aprel 2025-ci il tarixli, MŞC/MT020/2025-00216 saylı barışıq sazişindən görünür ki, həmin sazişin 2.1, 2.2 və 2.3-cü bəndləri mövcud deyil. Habelə həmin barışıq sazişində “Birinci tərəf X1 bu Saziş imzalamaqdan sonra cehiz əmlakımın bir qismi qaytarılsa da, 12 ədəd armudu stəkan, 1 ədəd dəmir vedrə, 2 ədəd çörək qabı, 6 ədəd qənddan, 1 ədəd çayik və komplekt sırğa, üzük, sep və bilərzik olan qızıllarımı 31 may 2025-ci il tarixə kimi öhdəsinə götürməklə, öhdəlik götürür.” məzmunda hər hansı şərt öz əksini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış 15 aprel 2025-ci il tarixli, MŞC/MT020/2025-00216 saylı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsində, tələb düzgün qoyulmadığına görə, yəni barışıq sazişində göstərilməyən bəndlərin, habelə barışıq sazişində müəyyən edilməmiş məzmunda bəndin təsdiq edilməsi barədə həmin ərizənin təmin edilməsinə əsaslar yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, Ərizəçi izah edilməlidir ki, o, Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış 15 aprel 2025-ci il tarixli, MŞC/MT020/2025-00216 saylı barışıq sazişinin təsdiq edilməsi məqsədi ilə ərizə ilə, həmin ərizədə barışıq sazişinin təsdiq edilməsini tələb etdiyi bəndlər düzgün şəkildə və məzmunda göstərilməklə təkrarən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 15 aprel 2025-ci il tarixli, MŞC/MT020/2025-00216 saylı barışıq sazişinin 2.1, “Birinci tərəf X1 bu Saziş imzalamaqdan sonra cehiz əmlakımın bir qismi qaytarılsa da, 12 ədəd armudu stəkan, 1 ədəd dəmir vedrə, 2 ədəd çörək qabı, 6 ədəd qənddan, 1 ədəd çayik və komplekt sırğa, üzük, sep və bilərzik olan qızıllarımı 31 may 2025-ci il tarixə kimi öhdəsinə götürməklə, öhdəlik götürür.” məzmunda 2.2-ci və 2.3-cü bəndlərinin təsdiq edilməsi barədə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi rədd edilsin. Ərizəçiyə izah edilsin ki, o, Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış 15 aprel 2025-ci il tarixli, MŞC/MT020/2025-00216 saylı barışıq sazişinin təsdiq edilməsi məqsədi ilə ərizə ilə, həmin ərizədə barışıq sazişinin təsdiq edilməsini tələb etdiyi bəndlər düzgün şəkildə və məzmunda göstərilməklə, təkrarən məhkəməyə müraciət edə bilər. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1160/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1160/2025
23.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver