Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1161/2025 20.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “mediyasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəyə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında açıq, məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi icraat üzrə tələbin mahiyyəti: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 27 may 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə ailə qurmuş, nikah 10 noyabr 2016-cı il tarixdə Biləsuvar Rayon Qeydiyyat Şöbəsində 196 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Onlardan biri – X10 22 may 2017-ci il və X9 14 fevral 2019-cu il təvəllüdlüdür. Ərizəçi artıq aralarında razılığa gələrək Maraqlı şəxs Ərizəçi qazancının 1/3 hissəsindən və hər bir uşağa görə 40 (qırx) manat, cəmi 80 (səksən) manat alimentin ödənilməsindən imtina etməklə X5 və X3 ananın himayəsindən alınıb atanın himayəsinə verilməsi ilə əlaqədar mediasiya təşkilatına müraciət etdiyini, mediasiya prosessi zamanı MŞÇ/MT020/2025-00293 saylı 27 may 2025-ci il tarixli barışıq sazışı imzalandığını və həmin barışıq sazişinin mediator tərəfindən təsdiq edildiyini bildirmişdir. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi barışıq sazişinin təsdiq edilməsini və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sədrlik edənin verdiyi suallara cavab olaraq Ərizəçi göstərmişdir ki, mediasiya prosesi zamanı mediator tərəfindən qəyyumluq və himayəçilik orqanı cəlb edilməmiş və əlaqəli rəy alınmamışdır. Sədrlik edənin verdiyi suallara cavab olaraq Ərizəçi göstərmişdir ki, hazırda övladları Biləsuvar rayonunda ərizəçinin bacısının evində yaşayırlar. Maddi imkanın olmaması səbəbindən uşaqlara baxa bilmir. Belə ki, ərizəçi Bakı şəhərində işləyir, bu səbəbdən orada kirayədə yaşayır. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıqların edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır; 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 26.3-cü maddəsinə əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır; 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 03 aprel 2019-cu il tarixli, 607 nömrəli Fərmanının: 2.3-cü bəndinə əsasən həmin Qanunun 26.3-cü, 26.4-cü və 26.5-ci maddələrində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 27 may 2025-ci il tarixli, MŞÇ/MT20/2025-00293 saylı mediasiya prosessi nəticəsində bağlanmış barışıq sazişindən görünür ki : 1.Birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs ilə 2016-ci ildə rəsmi nikaha daxil olmuşlar və 18 yanvar 2024-cü il tarixində 2(022)-895-2024 saylı qətnamə ilə Biləsuvar Rayon Məhkəməsində nikahları pozulmuşdur. Birgə nikahdan övladları 22 may 2017-c il təvəllüdlü X10 və 14 fevral 2019- cu il təvəllüdlü X9 doğulmuşdur. 1.1. Birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahlarından dünyaya gəlmiş 22 may 2017-c il təvəllüdlü X5 ,14 fevral 2019- cu il təvəllüdlü X3 Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-115/2024 saylı qətnaməsinə əsasən Birinci tərəf Ərizəçi əmək haqqının 1/3 hissəsinin alınaraq aliment qaydasında tutularaq ikinci tərəf Maraqlı şəxs kart hesabına ödənilməsi həyata keçirilmişdir. 1.2. Birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs qarşı 22 may 2017-c il təvəllüdlü X5 ,14 fevral 2019- cu il təvəllüdlü X3 yuxarıda göstərilən məhkəmənin müvafiq qətnaməsinə əsasən ananın himayəsinə verilməsinə baxmayaraq tərəflər qarşılıqlı razılaşaraq ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi ilə bağlı razılaşdıqlarını təsdiq edir və etirazı yoxdur. 1.3. Birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs qarşı 22 may 2017-c il təvəllüdlü X5 ,14 fevral 2019- cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər həftə ərzində 1 dəfə (bazar günü) (saat müddəti olmadan) anaları Maraqlı şəxs ilə ünsiyyətdə olmaqlarına qarşılıqlı razılaşdılar və etirazı yoxdur. 1.4. Birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs ilə qarşılıqlı razılaşaraq Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli № E- 2(022)-115/2024 saylı Qətnaməsinə əsasən Birinci tərəf Ərizəçi himayəsində qalan uşaqlarının yetkinlik yaşına çatanadək əmək haqqının 1/3 hissəsinin aliment tutulması öhdəçiliyinin ikinci tərəf Maraqlı şəxs imtina etməsi barədə razılaşdıqlarını təsdiq edir və etirazı yoxdur. 1.5. Birinci tərəf Ərizəçi bu mübahisəni məhkəmədən kənar qaydada Mediasiya Sessiyasında qarşılıqlı razılıq ilə həll olunduğunu təsdiq edir və uşaqların onun himayəsinə verilməsi və aliment tələbi ilə bağlı mübahisə yaranarsa aidiyyatı məhkəməyə müraciət edəcəyini öhdəliyini öz üzərinə götürür.
2. İkinci tərəf Maraqlı şəxs və Ərizəçi ilə 2016-ci ildə rəsmi nikaha daxil olmuşlar və 18 yanvar 2024-cü il tarixində №2(022)-895-2024 saylı Qətnaməsi ilə Biləsuvar rayon Məhkəməsində nikahları pozulmuşdur. Birgə nikahdan övladları 22 may 2017-c il təvəllüdlü X10 və 14 fevral 2019- cu il təvəllüdlü X9 doğulmuşlar. 2.1. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi ilə birgə nikahlarından dünyaya gəlmiş 22 may 2017-c il təvəllüdlü X5 ,14 fevral 2019- cu il təvəllüdlü X3 Biləsuvar rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(022)-115/2024 saylı qətnaməsinə əsasən Birinci tərəf Ərizəçi əmək haqqının 1/3 hissəsinin alınaraq aliment qaydasında tutularaq ikinci tərəf Maraqlı şəxs kart hesabına ödənilməsi həyata keçirilmişdir. 2.2. İkinci tərəf Maraqlı şəxsqarşı birinci tərəf Ərizəçi tərəfindən 22 may 2017-c il təvəllüdlü X5 ,14 fevral 2019- cu il təvəllüdlü X3 yuxarıda göstərilən Məhkəmənin müvafiq qətnaməsinə əsasən ananın himayəsinə verilməsinə baxmayaraq tərəflər qarşılıqlı razılaşaraq ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi ilə bağlı razılaşdıqlarını təsdiqləyir və etirazı yoxdur. 2.3. İkinci tərəf Maraqlı şəxs qarşı birinci tərəf Ərizəçi tərəfindən 22 may 2017-c il təvəllüdlü X5 ,14 fevral 2019- cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər həftə ərzində 1 dəfə (bazar günü) (saat müddəti olmadan) anaları Maraqlı şəxs ilə ünsiyyətdə olmaqlarına qarşılıqlı razılaşdılarını təsdiq edir və etirazı yoxdur. 2.4. İkinci tərəf Maraqlı şəxs ilə birinci tərəf Ərizəçi qarşılıqlı razılaşaraq Biləsuvar Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(022)-115/2024 saylı qətnaməsinə əsasən Birinci tərəf Ərizəçi himayəsində qalan uşaqlarının yetkinlik yaşlarına çatanadək əmək haqqının 1/3 hissəsinin aliment tutulması öhdəçiliyindən ikinci tərəf Maraqlı şəxs imtina etməsinə qarşılıqlı razılaşdıqlarını təsdiqləyir,razıdır və etirazı yoxdur. 2.5. İkinci tərəf Maraqlı şəxs bu mübahisəni məhkəmədən kənar qaydada Mediasiya Sessiyasında qarşılıqlı razılıq ilə həll olunduğunu təsdiq edir və bu öhdəçiliklərin icrası zamanı pozuntular yaranarsa aiddiyyatı məhkəməyə müraciət edilməsinə etirazı yoxdur. Biləsuvar Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(022)-115/2024 saylı qətnaməsindən görünür ki, Ərizəçi ilə X4 arasında 10 noyabr 2016-cı il tarixdə Biləsuvar Rayon Qeydiyyat Şöbəsində bağlanmış 196 nömrəli nikah qeydi pozulmuş, 22 may 2017-ci il tarixdə doğulmuş X10 və 14 fevral 2019-cu ildə doğulmuş X1 Sevinc Səxavət qızının yanında saxlanılmış, 22 may 2017-ci il tarixdə doğulmuş X5 və 14 fevral 2019-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Ərizəçi qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi və hər bir uşağa görə hər ay 40 (qırx) manat olmaqla, ayda cəmi 80 (səksən) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, ərizəçinin izahatını, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, . Ərizəçi Maraqlı şəxs ilə 2016-ci ildə rəsmi nikaha daxil olmuşlar və 18 yanvar 2024-cü il tarixində 2(022)-895-2024 saylı qətnamə ilə Biləsuvar Rayon Məhkəməsində nikahları pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən 22 may 2017-ci il tarixdə doğulmuş X10 və 14 fevral 2019-cu ildə doğulmuş X1 Sevinc Səxavət qızının yanında saxlanılmış, 22 may 2017-ci il tarixdə doğulmuş X5 və 14 fevral 2019-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Ərizəçi qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi və hər bir uşağa görə hər ay 40 (qırx) manat olmaqla, ayda cəmi 80 (səksən) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişinin qanunaziddir və birgə nikahdan doğulmuş 22 may 2017-ci il təvəllüdlü X10 ilə 14 fevral 2019cu il təvəllüdlü X3 hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Belə ki, tərəflər arasında bağlanmış 27 may 2025-ci il tarixli, MŞÇ/MT20/2025- 00293 saylı barışıq sazişindən görünür ki, tərəflər 22 may 2017-c il təvəllüdlü X5 və 14 fevral 2019- cu il təvəllüdlü X3 yuxarıda göstərilən məhkəmənin müvafiq qətnaməsinə əsasən ananın himayəsinə verilməsinə baxmayaraq qarşılıqlı razılaşaraq ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi ilə bağlı, eləcə də birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana qədər həftə ərzində 1 dəfə (bazar günü) (saat müddəti olmadan) anaları Maraqlı şəxs ilə ünsiyyətdə olmaqları ilə bağlı qarşılıqlı razılaşmışdırlar. Tərəflər arasında əldə olunan razılaşmanın birbaşa 22 may 2017-c il təvəllüdlü X5 və 14 fevral 2019- cu il təvəllüdlü X3 hüquq və mənafelərinə toxunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, qəyyumluq və himayə orqanının rəyinin olmadan təsdiq olunması qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən 27 may 2025-ci il tarixli, MŞÇ/MT20/2025- 00293 saylı mediasiya prosessi nəticəsində bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilə bilməz. Həmçinin, məhkəmə hesab edir ki, 27 may 2025-ci il tarixli barışıq sazişi Maraqlı şəxs xeyrinə birgə nikahdan doğlulmuş uşaqlara alimentin ödənilməsi öhdəliyinə xitam verilməsi hissəsində, hazırkı vəziyyətdə təsdiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Hazırkı vəziyyətdə isə tərəflərin birgə nikahından doğlulmuş uşaqların ananın himayəsindən alınıb, atanın himayəsinə verilməsini proseduru mediator tərəfindən qanunazidd həyata keçirildiyindən, aliment öhdəliyinin isə uşaqların himayəsində olduğu valideynə münasibətdə ödənilməsi zəruri olduğundan sazişin bir hissəsinin təsdiq olunması mümkün deyil. Yekun olaraq barışıq sazişinin qanunazidd olması səbəbindən, təsdiq edilməsinin mümkünsüzlüyü əsaslandırıldıqdan sonra, araşdırılan faktiki münasibətlərə görə məhkəmə öz daxili inamını rəhbər tutaraq onu da qeyd etməyi zəruri bilir ki, faktiki olaraq valideyinlərindən ayrı - atanın bcısının (bibi) evində yaşayan iki yetkinlik yaşına çatmayan uşağın atanın başqa şəhərdə yaşaması və işləməsi səbəbindən onlara baxmaq iqtidarında olmayan valideynin himayəsinə verilməsi 22 may 2017-c il təvəllüdlü X5 və 14 fevral 2019cu il təvəllüdlü X3 üstün mənafelərinin qorunması konsepsiya baxımından məqsədə müvafiq hesab edilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119,216-220, 227, 233, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
Q Ə T E T D İ:
Ərizə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM: Mədinə Rəsulova