Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1225/2024 14.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları: Ərizəçi ərizəsində anası X5 16 yanvar 2022-ci il tarixdə, 55 yaşında xərçəng xəstəliyindən vəfat etdiyini, analarının vaxtsız vəfat etməsinin övladlarını sarsıtdığını, bu səbəbdən həmin vaxt mərhumun ölümü ilə bağlı qeydiyyat orqanına məlumat verilmədiyini bildirmişdir. Sonradan müraciət edilmiş, lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ərizəçi Yuxarı Cürəli kənd X9 üzrə Nümayəndəliyindən verilmiş arayışa əsasən, ərizəçi Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində kəndindı yaşadığını, mərhum X2 16 may 1967-ci il tarixdə doğulduğunu və 16 yanvar 2022-ci il tarixdə öldüyünü Yuxarı Cürəli kənd X9 üzrə Nümayəndəliyindən verilmiş arayışla təsdiq edildiyini, qəbir üstü baş daşının fotoşəklinin ərizəyə əlavə olunduğunu bildirmişdir. Əlavə olaraq, mərhum X2 16 yanvar 2022-ci il tarixdə vəfat etməsini təsdiq edəcək kifayət qədər şahidlərin olduğu və həmin şəxslərin bir qisminin məhkəmə iclasında şahid kimi iştirakının təmin olunacağı bildirilmişdir. Ərizəçinin tələbi: 16 may 1967-ci il tarixdə doğulmuş X2 16 yanvar 2022-ci il tarixdə Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində xəstəlikdən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi, iddia ərizəsinə uyğun izahat verərək, anası mərhum X2 16 yanvar 2022-ci il tarixdə öldüyünü, həmin vaxtı müəyyən səbəblərdən vaxtında Qeydiyyat Şöbəsində ölümün qeydə alınması mümkün olunmadığını,lakin sonrada müraciət edilmiş lakin cavab olaraq ölümün qeydə alınmasından imtina edildiyini bildirildi və ərizənin təmin olunmasını məhkəmədən xahiş edildi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən: Şahid2, mərhum X5 ilə həm qohum kimi, həm də bir kəndli kimi tanıdığını mərhumun vəfat etdiyi vaxt onun yas mərasimində və dəfnində iştirak etidyini bildirdi. Şahid1, mərhum X2 ölməsini təsdiq edərək, X3, həmçinin onun övladlarını həm qonşu kimi, həm də kəndli olaraq tanıdığını, Gülxas Cavadovanın xərçəng xəstəliyindən əziyyət çəkdiyini və onun yas mərasimində və dəfnində iştirak etdiyini bildirdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AA2741200 seriyalı şəxsiyyət vəsiqəsinə əsasən görünür ki, mərhum X5 16 may 1967-ci il tarixdə doğulmuşdur. Biləsuvar RİHB-nın Yuxarı Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, 5-39-17/2-191-2024 saylı arayışından görünür ki, Ərizəçi anası mərhum X1 rayon Yuxarı Cürəli kənd qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 23 avqust 2024-cü il tarixli, 3-16-5/8-15-Ş- 361/2024 saylı məktubda, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının qeyd edilməsi və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparıldığı bildirilmiş, bu səbəbdən ölüm faktının qeyd edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi təklif edilmişdir. Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin ambulator tibbi kitabçasından görünür ki, X5 xərçəng xəstəliyinin daşıyıcısı olmuşdur. Ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, X1 rayon Yuxarı Cürəli kənd qəbristanlığında dəfn olunmuş və məzar daşı əks olunmuşdur. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatlarına əsasən, X5 Ərizəçi anasıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. İşə baxan məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, Ərizəçi anası (mərhumun Ərizəçi anası olması elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatları ilə təsdiq edilir) X5 16 yanvar 2022-ci il tarixdə Biləsuvar rayon Yuxarı Cürəli kənd qəbiristanlığında dəfn edilmişdir, lakin Ərizəçi X2 ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 16 may 1967-ci il təvəllüdlü X2 16 yanvar 2022-ci il tarixdə Biləsuvar rayon Yuxarı Cürəli kəndində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, 16 may 1967-ci il təvəllüdlü X2 16 yanvar 2022ci il tarixdə Biləsuvar rayon Yuxarı Cürəli kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizədə dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 16 may 1967-ci il təvəllüdlü X2 16 yanvar 2022-ci il tarixdə Biləsuvar rayon Yuxarı Cürəli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1225/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1225/2024
14.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver