Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1252/2025 14.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə müraciət edərək, 27 noyabr 1961-cı il tarixdə ünvan 1i ünvanda anadan olmuş X4 11 may 2025-ci il tarixdə Bakı şəhəri Binə qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında bildirmişdir ki, bacısı X7 xx.xx.1961-ci il tarixdə ünvan 1ində anadan olmuş və xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Biləsuvar rayon Ovçubərə kənd qəbirstanlığında dəfn edilmişdir.Mərhum bacısı 03 may 2025-ci il tarixdə Bakı şəhəri Binə qəsəbəsində yaşayan bacısı Fatmanın oğlu Məhəbbətin evinə onlara baş çəkməyə getmişdir. Orada olduğu vaxt 11 мay 2025-ci il tarixdə gündüz vaxtlarında qan təzyiqi aşağı düşmüş və dərhal təcili tibbi yardıma müraciət edilмиш, lakin yardım edilməsinə baxmayaraq mümkün olmamış və bacısı Fəridə Əzimova vəfat etmişdir. Belə ki, mərhum bacısı Fəridə Əzimova 2025-ci ilin fevral ayında bel diskinin yırtığı dianqnozu əsasında cərahiyyə əməliyyat keçirmişdir.Həmin əməliyyat vaxtı qan itkisi olmuşdur. Təcili tibbi yardım tərəfindən edilmiş tibbi yardımlar nəticəsiz olduьундан bacısı Fəridə 11 may 2025-ci il tarixdə Bakı şəhəri Binə qəsəbəsində vəfat etmiş və onlar onun nəşini Biləsuvar rayonu Ovçubərə kəndinə gətirmişlər.X1 vəfat etməsi ilə bağlı ölüm haqda şəhadətnamə almaq üçün Biləsuvar rayon Qeydiyyat Шöbəsinə müraciət etmişlər.Biləsuvar rayon Qeydiyyat Шöbəsindən bildirилmişдир ki, X1 ölüm faktı Maraqlı şəxsndə qeydə alınmamışdır. X6 vəfatından sonra onun miras əmlakları qalmışdır. Fəridə Əzimovanın vərəsələri kimi notariat ofisinə müraciət edərək vərəsəliyin açılması, ölüm haqqda şəhadətnamə tələb edilмишдир. X1 müəyyən vaxta müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən ediiməsi qeyd olunan məsələlərin həll üçün lazımdır. Sonda Ərizəçi ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. İş materiallarında olan Təcili və X3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs 02 iyul 2025-ci il tarixli 3-16-5/8-15-Ə-310/2025 saylı məktubundan görünür ki, ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ərizəçi Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, lakin ölüm faktını təsdiq edən sənədləri təqdim edə bilmədikləri üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qonşusudur, X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binə qəsəbəsində vəfat etmiş və Ovçubərə kənd qəbristanlığında dəfn edilmişdir. O, bir qonşu kimi X4 dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binə qəsəbəsində vəfat etmiş və Ovçubərə kənd qəbristanlığında dəfn edilmişdir. O, bir qonşu kimi X4 dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarını, ərizəçinin izahatını, şahidlərin ifadələrini, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binə qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 27 noyabr 1961-cı il tarixdə ünvan 1i ünvanda anadan olmuş X4 11 май 2025-ci il tarixdə Bakı şəhəri Binə qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1252/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1252/2025
14.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver