Məhkəmə qərarları › İş №2(022)-1281/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1281/2024

19.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1281/2024 19.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi icraat üzrə tələbin mahiyyəti: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 23 iyul 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə ailə qurmuş, nikah 29 yanvar 2021-ci il tarixdə Biləsuvar rayon, Günəşli kənd İcra Ərazi Dairəsi üzrə nümayəndəliyində 01 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Onlardan biri – X4 02 oktyabr 2020-ci il, digəri – X5 16 yanvar 2023-cü il təvəllüdlüdür. Ərizəçi artıq aralarında razılığa gələrək nikahın pozulması, hər iki uşağın ananın yanında saxlanılması və hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi verilməsi barədə razılığa gəldiklərini, aralarında olan nikahın pozulması ilə əlaqədar mediasiya təşkilatına müraciət etdiyini, mediasiya prosessi zamanı MŞL/MT014/2024-00994 saylı 23 iyul 2024-cü il tarixli barışıq sazışı imzalandığını və həmin barışıq sazişinin mediator tərəfindən təsdiq edildiyini bildirmişdir. 23 iyul 2024-cü il tarixli, MŞL/MT014/2024-00994 saylı mediasiya prosessi nəticəsində bağlanmış barışıq sazişinə əsasən: 1.Tərəflər bu sazişi imzalamaqla Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından doğulmuş 02 oktyabr 2020-ci il təvəllüdlü X2 və 16 yanvar 2023-cü il təvəllüdlü X1 üçün alimentə razılaşdılar. 2.Tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə qeydə alınmış AZ-İİ 396215 nömrəli nikahın pozulmasına razılaşdılar. 3.İkinci tərəf Maraqlı şəxs birgə nikah müddətində doğulmuş 02 oktyabr 2020-ci il təvəllüdlü X4 və 16 yanvar 2023-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat, cəmi 300 manat aliment pulunu birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəlik götürür. 4.Alimenti ikinci tərəf Maraqlı şəxs 2024-cü ilin iyul ayının 23-dən başlamaqla, hər növbəti ayın 23-nə kimi poçt və ya bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəfə Ərizəçi ödəyəcəyini öhdəsinə götürür. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhəmə iclasında iştirak edən Ərizəçi barışıq sazişinin təsdiq edilməsini və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəmə iclasında iştirak edən Maraqlı şəxs Ərizəçi barışıq sazişinin təsdiqinə dair ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır; 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 23 iyul 2024-cü il tarixli, MŞL/MT014/2024-00994 saylı mediasiya prosessi nəticəsində bağlanmış barışıq sazişinə əsasən: 1.Tərəflər bu sazişi imzalamaqla Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından doğulmuş 02 oktyabr 2020-ci il təvəllüdlü X2 və 16 yanvar 2023-cü il təvəllüdlü X1 üçün alimentə razılaşdılar. 2.Tərəflər Ərizəçi və Maraqlı şəxs 29 yanvar 2021-ci il tarixdə qeydə alınmış AZ-İİ 396215 nömrəli nikahın pozulmasına razılaşdılar. 3.İkinci tərəf Maraqlı şəxs birgə nikah müddətində doğulmuş 02 oktyabr 2020-ci il təvəllüdlü X4 və 16 yanvar 2023-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat, cəmi 300 manat aliment pulunu birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəlik götürür. 4.Alimenti ikinci tərəf Maraqlı şəxs 2024-cü ilin iyul ayının 23-dən başlamaqla, hər növbəti ayın 23-nə kimi poçt və ya bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəfə Ərizəçi ödəyəcəyini öhdəsinə götürür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəfin izahını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin barışıq sazişinin aliment hissəsində qanunazidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış 23 iyul 2024-cü il tarixli barışıq sazişi qismən – yəni, sazişdə yuxarıda qeyd olunan birinci, üçüncü, dördüncü bəndi üzrə təsdiq edilməlidir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, tərəflər arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli nikah müqaviləsinə xitam verilməsinə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi kimi baxılması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə tərəflərə izah edir ki, sözügedən sazişin ikinci bəndində qeyd olunan nikaha xitam verilməsi tələbi üzrə tərəflər aralarında bağlanmış nikah münasibətlərinə qarşılıqlı razılıqları olduğu halda müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon (şəhəri) qeydiyyat şöbələri) və ya məhkəmə qaydasında xitam verə bilərlər. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119,216-220, 227, 233, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 23 iyul 2024-cü il tarixli, MŞL/MT014/2024-00994 saylı barışıq sazişi aşağıdakı bəndlərdə təsdiq edilsin. “1.Tərəflər bu sazişi imzalamaqla Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından doğulmuş 02 oktyabr 2020-ci il təvəllüdlü X2 və 16 yanvar 2023-cü il təvəllüdlü X1 üçün alimentə razılaşdılar. 3.İkinci tərəf Maraqlı şəxs birgə nikah müddətində doğulmuş 02 oktyabr 2020-ci il təvəllüdlü X4 və 16 yanvar 2023-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat, cəmi 300 manat aliment pulunu birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəlik götürür. 4.Alimenti ikinci tərəf Maraqlı şəxs 2024-cü ilin iyul ayının 23-dən başlamaqla, hər növbəti ayın 23-nə kimi poçt və ya bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəfə Ərizəçi ödəyəcəyini öhdəsinə götürür.” Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar