Məhkəmə qərarları › İş №2(022)-1342/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1342/2024

09.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1342/2024 09.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında, açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi icraat üzrə tələbin mahiyyəti: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 07 iyun 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə ailə quraraq rəsmi nikahla yaşamışdır. Həmin evlilikdən onların 28 mart 2012-ci il tarixdə X9 adlı övladları doğulmuşdur. Tərəflər xasiyyətlərinin uyuşmaması nəticəsində faktiki olaraq ayrılmış və mediasiya prosesi zamanı MŞL/MT014/2024/MŞL-00753-saylı 07 iyul .2024-cü il tarixli barışıq sazişi imzalamışdır. Və həmin saziş üzrə Maraqlı şəxs hər ay uşağa görə 150 (yüz əlli) manat alimentin ödənilməsi 07 iyun 2024-ci il tarixdən hesablanmalı və hər ayın birinci təqvim günündə həyata keçirilməli idi. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etməmiş və üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Artıq 19 sentyabr 2024-ci il tarixə Maraqlı şəxs ödənilməmiş aliment borcu yaranmışdır. Ərizəçi, Maraqlı şəxs barışıq sazişinin alimentlə bağlı şərtlərini könüllü icra etməməsi səbəbindən barışıq sazişinin həmin hissəsində təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Barışıq sazişinin 2.3-cü bəndindən əsasən, alimentin ödənilməsi 24 dekabr 2022ci il tarixdən hesablanmalı və hər ayın birinci təqvim günündə həyata keçirilməli idi. Ərizəçi alimentin ödənilməsi üçün bank hesabı açaraq, hesab nömrəsin Maraqlı şəxs vermiş, lakin bu günə qədər Maraqlı şəxs mütəmadi aliment ödəmədiyini və ödənişi həyata keçirməkdən müxtəlif bəhanələrlə boyun qaçırdığını bildirmişdir. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhəmə iclasında iştirak edən Ərizəçi barışıq sazişinin təsdiq edilməsini və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıqların edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 07 iyun 2024-cü il tarixli, MŞL/MT014/2024-00753 saylı mediasiya prosessi nəticəsində bağlanmış barışıq sazişinə əsasən: “Birinci Tərəf: Ərizəçi 2-ci Tərəf: Maraqlı şəxs övladı 28 mart 2012-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs atalığı müəyyən olunmasına aliment tələbinə razılaşmışlar. Birinci Tərəf: Ərizəçi və İkinci Tərəf: Maraqlı şəxs övladı təvəllüdlü X10 atası Maraqlı şəxs atalığın müəyyən olunmasana razılıq verdi: 28 mart 2012-ci il təvəllüdlü X2 Anası 1-ci Tərəf: Ərizəçi himayəsində qalmağına razıdır. Birinci Tərəf: Ərizəçi İkinci Tərəf: Maraqlı şəxs ilə məhkəmədən kənar atalığın müəyyən olunması və alimentin tutulması mediasiyada həll edilməsinə razıdır. Birinci tərəf: Ərizəçi İkinci Tərəf: Maraqlı şəxs 28 mart 2012-ci il təvəllüdlü X10 adlı övladının yetkinlik yaşlarına çatanadək hər ay 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin İkinci Tərəf: Maraqlı şəxs aliment qaydasında tutularaq ödənilməsinə razıdır. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflər qarşılıqlı razılıqı ilə həll olunduğunu təsdiq edir. Atalığın müəyyən olunması və alimentin ödənilməsinə öhdəlik götürür. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikahdan doğulmuş 28 mart 2012-ci il təvəllüdlü X6 atası olduğuna razıdır. İkinci tərəf Kərimov X7 tərəf: Ərizəçi ilə birgə nikahlarından doğulmuş 28 mart 2012-ci il təvəllüdlü X2 atası olmasını və yetkinlik yaşma çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs hər ay 150 (yüz əlli) manat aliment tutulmasına razıdır. İkinci tərəf: Kərimov X7 tərəf: Ərizəçi qarşı birgə nikahlarından doğulmuş 28 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs hər ay 150 (yüz əlli) manat aliment tutulmasına öhdəlik götürür. İkinci tərəf Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir.” AZ-İ seriyalı 468333 saylı, 07 iyun 2024-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən, Maraqlı şəxs X3 atası hesab edilmiş və 102 nömrəli akt qeydi tərtib olunmuşdur. AZ-İV seriyalı 987062 saylı doğum haqqında şəhadətnaməyə əsasən 28 mart 2012-ci il təvəllüdlü X4 atası Maraqlı şəxs anası Ərizəçidır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, ərizəçinin izahını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə irəli sürülmüş tələb əsasında ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış 07 iyun 2024-cü il tarixli barışıq sazişi məhkəməyə irəli sürülmüş tələb həcmində, yəni: “İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikahdan doğulmuş 28 mart 2012-ci il təvəllüdlü X6 atası olduğuna razıdır. İkinci tərəf Kərimov X7 tərəf: Ərizəçi ilə birgə nikahlarından doğulmuş 28 mart 2012-ci il təvəllüdlü X2 atası olmasını və yetkinlik yaşma çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs hər ay 150 (yüz əlli) manat aliment tutulmasına razıdır. İkinci tərəf: Kərimov X7 tərəf: Ərizəçi qarşı birgə nikahlarından doğulmuş 28 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs hər ay 150 (yüz əlli) manat aliment tutulmasına öhdəlik götürür.” bəndləri üzrə təsdiq edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119,216-220, 227, 233, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 07 iyun 2024-cü il tarixli, MŞL/MT014/2024-00753 saylı barışıq sazişi aşağıdakı bəndlərdə təsdiq edilsin: “İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikahdan doğulmuş 28 mart 2012-ci il təvəllüdlü X6 atası olduğuna razıdır. İkinci tərəf Kərimov X7 tərəf: Ərizəçi ilə birgə nikahlarından doğulmuş 28 mart 2012-ci il təvəllüdlü X2 atası olmasını və yetkinlik yaşma çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs hər ay 150 (yüz əlli) manat aliment tutulmasına razıdır. İkinci tərəf: Kərimov X7 tərəf: Ərizəçi qarşı birgə nikahlarından doğulmuş 28 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs hər ay 150 (yüz əlli) manat aliment tutulmasına öhdəlik götürür.” Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar