Məhkəmə qərarları › İş №2(022)-1532/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1532/2025

28.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1532/2025 28.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, ərizəçi İddiaçı, maraqlı şəxs Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh ilə ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 31 iyul 2025-ci il tarixli, MŞC/MT020/2025-00382 saylı barışıq sazişinin “İkinci tərəf Cavabdeh birinci tərəf İddiaçı tərəfindən 22 may 2017-ci il təvəllüdlü Nəzərli Feyruz oğlunun, 14 fevral 2019-cu il təvəllüdlü X1 yuxarıda göstərilən Məhkəmənin müvafiq Qətnaməsinə əsasən ananın himayəsinə verilməsinə baxmayaraq, tərəflər qarşılıqlı arzılaşaraq, ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi, hər bir uşağa görə hər ay 40 manat olmaqla, cəmi 80 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması ilə bağlı alimentə xitam verilməsinə razılaşdıqlarını təsdiq edir və etirazı yoxdur.” məzmununda 2.2ci bəndinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : 21 avqust 2025-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış 31 iyul 2025-ci il tarixli, MŞC/MT020/2025-00382 saylı barışıq sazişinin “İkinci tərəf Cavabdeh birinci tərəf İddiaçı tərəfindən 22 may 2017-ci il təvəllüdlü Nəzərli Feyruz oğlunun, 14 fevral 2019-cu il təvəllüdlü X1 yuxarıda göstərilən Məhkəmənin müvafiq Qətnaməsinə əsasən ananın himayəsinə verilməsinə baxmayaraq, tərəflər qarşılıqlı arzılaşaraq, ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi, hər bir uşağa görə hər ay 40 manat olmaqla, cəmi 80 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması ilə bağlı alimentə xitam verilməsinə razılaşdıqlarını təsdiq edir və etirazı yoxdur.” məzmununda 2.2-ci bəndinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxslə aralarında barışıq sazişi bağlandıqdan sonra fərqli nüanslar ortaya çıxdığına və həmin nüansların məhkəmədən kənar qaydada həll edilməsi barədə maraqlı şəxslə razılıq əldə etdiklərini bildirərək, hazırda ərizəsinə mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirərək, ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Həmçinin İddiaçı ərizənin baxılmamış saxlanmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və ərizənin geri qaytarılmasına razı olduğunu, həmçinin ərizənin baxılmamış saxlanmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyərək, ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, ərizənin geri qaytarılması barədə İddiaçı ərizə verdiyinə, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə barışıq sazişinin təsdiq edilməsinə dair ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlandığına görə və ərizəçi xahiş etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd, ərizəyə əlavə edilmiş digər sənədlərin əslləri ilə birlikdə, iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 114, 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh ilə ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 31 iyul 2025-ci il tarixli, MŞC/MT020/2025-00382 saylı barışıq sazişinin “İkinci tərəf Cavabdeh birinci tərəf İddiaçı tərəfindən 22 may 2017-ci il təvəllüdlü Nəzərli Feyruz oğlunun, 14 fevral 2019-cu il təvəllüdlü X1 yuxarıda göstərilən Məhkəmənin müvafiq Qətnaməsinə əsasən ananın himayəsinə verilməsinə baxmayaraq, tərəflər qarşılıqlı arzılaşaraq, ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi, hər bir uşağa görə hər ay 40 manat olmaqla, cəmi 80 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması ilə bağlı alimentə xitam verilməsinə razılaşdıqlarını təsdiq edir və etirazı yoxdur.” məzmununda 2.2ci bəndinin təsdiq edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar