Məhkəmə qərarları › İş №2(022)-1726/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1726/2024

27.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1726/2024 27.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi Mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə müraciət edərək Mediasiya prosesində bağlanmış MŞL- 01078 saylı, xx.xx.2024-ci il tarixli Barışıq sazişinin aşağıdakı «Birinci tərəf Maraqlı şəxs bu Sazişi imzaladıqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X2 onun öz doğma övladıdır və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa görə 200 ( iki yüz ) manat aliment pulunu ödəməsinə öhdəlik götürür. Alimentin köçürülməsi 2024-ci ilin avqust ayın 01-dən başlayaraq və hər ayın 1-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vastəsi ilə ödəyəcəkdir» məzmunda təsdiq edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, o, Maraqlı şəxs ilə ailə quraraq rəsmi nikahda yaşamışlar. Həmin evlilikdən onların xx.xx.2010-ci il tarixdə X2 adlı övladları dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlməməsi nəticəsində faktiki olaraq ayrılmışlar və onlar mediasiya prosesi zamanı MŞL- 01078-saylı xx.xx.2024-ci il tarixli Barışıq sazişi imzalamışlar və həmin saziş üzrə Maraqlı şəxs hər ay uşağa görə 200 (iki yüz) manat aliment ödəməli, alimenti xx.xx.2024-ci il tarixdən hesablanmalı və hər ayın birinci təqvim günündə həyata keçirilməli idi.Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etmir və üzərinə götürdüyü öhdəliyi icra etmir. Artıq xx.xx.2024-ci il tarixə Maraqlı şəxs ödənilməmiş aliment borcu yaranmışdır. Maraqlı şəxs barışıq sazişinin alimentlə bağlı şərtlərini könüllü icra etməməsi səbəbindən barışıq sazişinin həmin hissəsində təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəni, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. İş materiallarında olan AZE № 12033106 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Mediasiya Şurasının MŞL/MT014/2024-01078 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: 1.Tərəflər mediasiyaya könüllü gələrək bu sazişi imzalamaqla birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2010 təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin verilməsinə razılaşdılar.

2. ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi avqust ayının 01- dən başlayaraq hər ay poçt, bank köçürülmə vasitəsilə 200 manat alimenti ödəyəcəyinə öhdəlik götürür. MPM-in 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. MPM-in 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Mediasiya prosesi nəticəsində aşağdakı şərtlərlə bağlanılmış MŞL/MT014/2024- 01078 saylı Barışıq sazişi təsdiq edilməlidir:

1. Birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2010 təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin verilməsinə razılaşdılar.

2. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi avqust ayının 01- dən başlayaraq hər ay poçt, bank köçürülmə vasitəsilə 200 manat alimenti ödəyəcəyinə öhdəlik götürür. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə bağlanılmış MŞL/MT014/2024-01078 saylı Barışıq sazişi təsdiq edilsin:

1. Birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2010 təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin verilməsinə razılaşdılar.

2. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi avqust ayının 01- dən başlayaraq hər ay poçt, bank köçürülmə vasitəsilə 200 manat alimenti ödəyəcəyinə öhdəlik götürür. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar