Məhkəmə qərarları › İş №2(022)-1773/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1773/2025

11.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1773/2025 11.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X1, cavabdeh Biləsuvar Rayon X4 hüquqi şəxsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Biləsuvar Rayon X4 hüquqi şəxsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbi barədə iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Biləsuvar Rayon X4 hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh Publik Hüquqi şəxsin 10 iyun 2025-ci İl tarixli 18-1- 30/3-1-422/2025 nömrəli əmrinin ləğv edilməsi və onun Cavabdeh Publik Hüquqi şəxsin səhiyyə xidmətinin təşkili şöbəsinin stomatologiya bölməsinin həkim-stomatoloqu vəzifəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinə daxil olaraq, Dövlət İmtahan Komissiyasının 21 iyun 1997ci il tarixli qərarı ilə ona həkim-stomatoloq ixtisası verilməklə həmin universiteti bitirmiş, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin 000912 nömrəli Vəsiqəsinə əsasən internaturanı keçdiyindən ona həkimstomotoloq ixtisası verilmişdir. xx.xx.1997-ci il tarixdən Biləsuvar rayon MX-da stomotoloq işləyir. Biləsuvar Rayon X4 Hüquqi şəxsin 10 iyun 2025-ci il tarixli 18-1- 30/3-1-422/2025 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə) 10 iyun 2025-ci il tarixdən xitam verilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər 5 il müddətində sertifıkasiyadan keçməlidirlər. Qanunun tələbinə əsasən 05 mart 2025-ci il tarixdə sertifıkasiyada iştirak etmiş, qaralamada 55 mümkün baldan 21 bal toplamışdır. Lakin ağlamaya köçürərkən səhvən 21 əvzinə 12 qeyd etmişdir. Nəticədə sertifıkasiyadan kəsilmişdir. Təkrar olaraq 25 may 2025-ci il tarixdə sertifıkasiyada iştirak etmiş, qaralamada 57 mümkün baldan 22 bal toplamış, lakin ağarmaya köçürərkən səhvən 22 əvəzinə 10 qeyd etmişdir. Yenə də sertifıkasiyadan kəsilmişdir. Təkrar olaraq 15 iyun 2025-ci il tarixdə sertifıkasiyaya qatılmış, nəticədə qaralamada 55 mümkün baldan 21 toplamış, ağarmya köçürərkən 21 əvzinə, səhvən 11 qeyd etmişdir. Yenə də sertifıkasiyadan kəsilmişdir. 15 iyul 2025-ci il tarixdə təkrar sertifıkasiyaya girmiş, 58 mümkün baldan 23 bal toplayaraq sertifıkasiyadan keçmişdir. Bu barədə ona praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən 15 iyul 2025-ci il tarixli AH № 063583 olan Sertifıkasiya Şəhadətnaməsi verilmişdir. Lakin onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh təşkilat tərfindən qanunun tələbi pozulmuşdur. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə əsasən sertifıkasiya imtahanından keşməyən işçi təkrar sertifıkasiya imtahanından keçənə qədər 6 (altı) ay müddətinə iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üşün müraciət edə bilər. Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münsibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Yuxarıda qeyd etdiyi kimi iddiaçı ilkin sertifikasiya imtahanına 05 mart 2025-ci il tarixdə qatıldığından və sertifikasiya imtahanından kəsildiyindən qanunun göstərilən tələbinə əsasən 05 sentyabr 2025-ci il tarixə qədər olan müddət ərzində, yəni 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmalı idi. Lakin cavabdeh təşkilat qanunun tələbinin ziddinə gedərək ilkin sertifikasiya imtahanından kəsildiyi gündən 3 ay 5 gün sonra onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. Halbuki, növbəti sertifikasiya imtahanından keçə bilmədiyi halda, onunla bağlanmış əmək müqaviləsinə 05 sentyabr 2025-ci il tarixdən sonra xitam verilə bilərdi. Götründüyü kimi, cavabdeh təşkilat qanunun tələbinə əməl etməmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə əmək hüquqlarını kobud surətdə pozmuşdur. Ona görə də iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Biləsuvar Rayon X4 Hüquqi şəxsin 10 iyun 2025-ci İl tarixli 18-1- 30/3-1-422/2025 nömrəli əmrinin ləğv edilməsi və onun Biləsuvar rayon X4 Hüquqi şəxsin səhiyyə xidmətinin təşkili şöbəsinin stomatologiya bölməsinin həkim-stomatoloqu vəzifəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Biləsuvar Rayon X4 hüquqi şəxsinin nümayəndəsi X6 izahatında iddiaçının 10 iyun 2025-ci il tarixədək, yəni onun işdən çıxarılmasına dair işəgötürən tərəfindən əmr verilənədək iddiaçının Biləsuvar rayon X4 Hüquqi şəxsin səhiyyə xidmətinin təşkili şöbəsinin stomatologiya bölməsinin həkim-stomatoloqu vəzifəsində işləməsinə əsasən verən şəhadətnaməyə malik olmamasını, habelə iddiaçı 05 mart 2025ci il tarixdə setifikasiya sənədinin alınması üçün imtahan verdiyini, lakin keçid balı toplamadığına görə setifikasiyadan keçmədiyini göstərsə də, qeyd olunan tarixdə setifikasiya imtahanına qatılmasına dair məhkməyə heç bir sübut təqdim etmədiyini, ona görə də iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasının MŞB/MT057/2025- 00162 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Biləsuvar Rayon X4 hüquqi şəxs ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmış, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən Biləsuvar MRX-sı Bəydili həkim ambulatoriyasında 0,5 oklad həkim stomotoloq (interna) təyin olunmuş, xx.xx.1998-ci ildən Bəydili həkim ambulatoriyasında həkim stomotoloq internatura vaxtı qurtardığı üçün tutduğu vəzifədən azad olunmuş və xx.xx.1998-ci il tarixdə Bəydili kənd həkim ambulatoriyasında həkim stomotoloq vəzifəsinə 1,0 oklad üzrə işə qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixdən Biləsuvar rayon X4 hüquqi şəxsin səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Biləsuvar Rayon X4 hüquqi şəxsin 10 iyun 2025-ci il tarixli 18-1- 30/3-1-422/2025 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcəsində olmadığına görə) Cavabdeh publik hüquqi şəxsin səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı əmək müqaviləsinə 10 iyun 2025-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH № 063583 saylı Sertifikasiya Şəhadətnaməsinin surətindənm görünür ki, İddiaçı 15 iyul 2025-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir ki, bunlardan biri də həmin maddənin “c” bəndində nəzərdə tutulmuş peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsidir. İddia ərizəsindən görünür ki, İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə istinad edərək göstərmişdir ki, sertifikasiya imtahanından keçməyən işçi təkrar setifikasiya imtahanından keçənə qədər 6 (altı) ay müddətinə iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Məhkəmə iddiaçının işdən azad olunarkən onun qeyd olunan «Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin tələblərinin pozulması, nəticədə işdən qanunsuz azad olunmasına münasibət bildirərkən qeyd etməyi zəuri hesab edir ki, iddiaçı 05 mart 2025-ci il tarixdə sertifikasiya imtahanına qatıldığını göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı ərizəsində 05 mart 2025-ci il tarixdə, 25 may 2025-ci il taridə, 15 iyun 2025-ci il tarixədə və 15 iyul 2025-ci il tarixdə dəfələrlə setifikasiya imtahanına qatıldığını göstərmişdir. İş materiallarından da görünür ki, iddiaçı 10 iyun 2025ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra 15 iyul 2025-ci il tarixdə uğurlu nəticə əldə etməklə Setifikasiya Şəhatənaməsi əldə edə bilmişdir. Bu isə onunla bağlanmış əmək müqaviələsinə əsassız və qanunsuz olaraq xitam verilməsi qənaətinə gəlməüə əsas vermir. Cavabdeh Biləsuvar Rayon X4 hüquqi şəxsinin nümayəndəsi X6 məhkəmə icasında ərizə təqdim edərək eyni zamanda iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müracət etdiyini əsas gətirməklə iddia tələbinin təmin ediməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı iddia müddətini üzürlü səbəbədən ötürməklə məhkəməyə müraciət etdiyini, ona görə də iddia müddətinin bərpa edilməsini xahiş etsə də, iddia müddətinin ötürülməsinin üzürlü səbəbədən baş verməsinə dair məhkməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları yalnız öz izahatları ilə əsaslandırmışdır. Məhkəmə yuxarıda qeyd edilən işin faktiki hallarını və maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Biləsuvar Rayon X4 hüquqi şəxsin səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı işdən çıxarılması zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. İddiaçı özünün işdən azad edilməsinin qanunsuz olmasına dair dəlillərini əsaslandıran məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçının cavabdeh Biləsuvar Rayon X4 hüquqi şəxsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə 10 iyun 2025-ci İl tarixli 18-1- 30/3-1-422/2025 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçının cavabdeh Biləsuvar Rayon X4 hüquqi şəxsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə 10 iyun 2025-ci il tarixli 18-1- 30/3-1-422/2025 nömrəli əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar