Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1788/2025 14.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X20 məhkəmə-iclas katibliyi, Ərizəçi Pöhrüz qızının iştirakı ilə, Ərizəçi Pöhrüz qızının (Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının” müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları: Ərizəçi Orucova X14 şəhəri X37 küçəsi ev 28-də qeydiyyatdadır, lakin müvəqqəti olaraq Xırdalan şəhərində yaşayır. X2 18 dekabr 1963-cü ildə Biləsuvar rayonu, Ağayrı kəndində doğulmuşdur. Qardaşı yetkinlik yaşına çatdıqdan sonra daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. Qardaşı Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Anası xəstə olduğundan 05 may 2025-ci il tarixdə onu ziyarət etmək üçün anasının evinə gəlmişdir. 28 may 2025-ci il tarixdə onu ziyarət etmək üçün Xırdalan şəhərinə onun yanına gəlmişdir. Qardaşı xəstə olduğundan 28 may 2025-ci il tarixdə onu müayinə və müalicə etmək üçün təcili yardım çağırmışdır. Təcili yardım həkimi gələnə qədər qardaşı vəfat etmişdir. Onu dəfn etmək üçün Biləsuvar rayonu, Ağayrı kəndinə gətirmişlər. Onu kənddə dəfn etmişlər. Hüzür məclisi də kənddə olmuşdur. Qardaşı Cəmilin qəbri kənd qəbirstanlığındadır. Lakin qardaşının ölümü ilə əlaqədar səhiyyə təşkilatına vaxtında müraciət etmədiklərindən, qardaşının ölümü ilə əlaqədar qeydiyyat idarəsindən ölüm şəhadətnaməsi ala bilmir. Maraqlı şəxs X2nun ölüm qeydiyyatını aparmaqdan imtina etmişdir. Bu barədə ona 16 oktyabr 2025-ci il tarixli 3-16-5/8-15-483/2025 nömrəli məktub verilmişdir. X15 ölməsi barədə sənədi məhkəmədən kənar digər hər hansı bir qaydada almaq mümkün deyildir. Cəmil Haxverdiyevin ölüm faktının müəyyən edilməsi vərəsəlik işi ilə əlaqədar zəruridir. Ərizəçinin tələbi: 18 dekabr 1963-cü İldə Biləsuvar rayonu, Ağayrı kəndində doğulmuş X2nun 28 may 2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Ərizəçi Pöhrüz qızı, ərizədə göstərilən xüsusatlar üzrə izahat verərək, X2nun 28 may 2025-ci tarixdə öldüyünü, həmin vaxtı müəyyən səbəblərdən vaxtında qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olunmadığını, lakin, sonrada müraciət edərkən cavab olaraq ölümün qeydə alınmasından imtina edildiyini bildirmiş və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X9 izahatında bildirdi ki, X12 onun bibisi oğludur. Bacısı evində olarkən vəziyyəti pisləşmiş və onlara xəbər vermişlər. Bu zaman onlar hadisə yerinə gedən zaman artıq Cəmilin öldüyünü görmüşlər. Yas mərasimində şəxsən özünün iştirak etdiyini və Biləsuvar rayonu, Ağayrı kənd qəbiristanlığında dəfn edildiyini bildirmişdir. X5 izahatında bildirdi ki, X12 onun dayısı oğludur. Cəmilin rəhmətə getdiyini ona Seylan xəbər vermişdir. Cəmilin yas mərasimində iştirak etdiyini və Biləsuvar rayonu, Ağayrı kənd qəbiristanlığında dəfn edildiyini bildirmişdir. X4 izahatında digər şahidlərin izahatına uyğun izahat verərək. Cəmilin yas mərasimində iştirak etdiyini və Biləsuvar rayonu, Ağayrı kənd qəbiristanlığında dəfn edildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ İİ seriyalı 508099 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X25 14 iyul 2025-ci il tarixdə “insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla” səbəbindən ölmüşdür. İV ЖГ seriyalı 458737 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 06 mart 1997-ci il tarixdə ölmüşdür. A3 seriyalı ******* nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx xxxx 1968-ci il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində doğulmuşdur. X1, anası X18r. İ-ИЕ seriyalı 496432 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 ilə X25 1959-cu il tarixdə nikaha daxil olmuş, bu barədə 09 mart 1966-cı il tarixdə 11 nömrəli qeyd aparılmışdır. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 oktyabr 2025-ci il tarixli, 5-39-1/3-1916/2025 saylı arayışından görünür ki, ərizəçi Orucova X14 şəhəri, X37 küçəsi, ev 28 ünvanında yaşayır. ünvan 3əsi üzrə Nümayəndəliyi tərəfindən verilmi. 15 oktyabr 2025-ci il tarixli, 5-39- 11/3-317/2025 nömrəli arayışın surətindən görünür ki, X12 18 dekabr 1963-cü ildə Puşkin rayonu, Ağayrı kəndində doğulmuşdur, orta məktəbi Ağayrı kəndində bitirib və hərbi xidmətə getmişdir. Rusiya vətəndaşlığını qəbul edib orada yaşamışdır. 05 may 2025-ci il tarixdə xəstə anasını ziyarət etmək üçün Azərbaycana gəlmişdir. 28 may 2025-ci il tarixdə bacısı Ərizəçi Pöhrüz qızının evində ölmüşdür. Ağayrı kəndinə gətirilərək, Ağayrı kənd qəbirsitanlığında dəfn olunmuşdur. Təcili və X17 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X12 28 may 2025-cildə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 3/5 ünvanında ölmüşdür. Ölümün ilkin səbəbi: həkiməqədər ölüm. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05/Q-1231/69 nömrəli, 16 oktyabr 2025-ci il tarixli “Arayış”ın surətindən görünür ki, X12 18 dekabr 1963-cü il tarixində Biləsuvar rayonu, Ağayrı kəndində doğulmuşdur. 16.03.166-cı il tarixində barəsində Maraqlı şəxs tərəfindən 129 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X8; Anası: X18r. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X38 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X34 13 oktyabr 2025-ci il tarixli, 18-1-20/2-O-37xx-xx- 3994/2025 nömrəli məktubunun surətindən görünür ki, X7 adına “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, C.Haxverdiyevin ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilməmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi Pöhrüz qızına verilmiş 16 oktyabr 2025-ci il tarixli, 3- 16-5/8-15-A-483/2025 saylı məktubdan görünür ki, ölüm faktını təsdiq edən sənədlər təqdim edilmədiyi üçün 18 dekabr 1963-cü il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində doğulmuş X7 ölümünün qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məzar daşının fotoşəklinin surətindən görünür ki, X3 28 may 2025-ci il tarixdə ölmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının: 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir; 9.4-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, ərizəçinin izahatını, şahid ifadələrini və təqdim olunmuş yazılı sübutları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq hərtərəfli, obyektiv və tam araşdıraraq aşağıdakı qənaətə gəlmişdir. Məhkəmə iclasında Ərizəçi Pöhrüz qızının izahatından, şahidlər X21, X13 və X6 birbiri ilə uyğun, ardıcıl və ziddiyyətsiz ifadələrindən, habelə iş materiallarına əlavə edilmiş yazılı sübutlardan müəyyən edilmişdir ki, 18 dekabr 1963-cü il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində doğulmuş X12 28 may 2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmiş, sonradan ünvan 5anlığında dəfn olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, X7 ölümü ilə əlaqədar ölüm faktının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Belə ki, iş materiallarından görünür ki, ölüm faktı baş verdikdən sonra səhiyyə təşkilatına vaxtında müraciət edilmədiyindən, ölümün səbəbi tibbi qaydada müəyyən edilməmiş və nəticədə “ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. Bu hal Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 13 oktyabr 2025-ci il tarixli məktubu ilə də təsdiq olunur. Eyni zamanda iş materiallarından görünür ki, Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş 16 oktyabr 2025-ci il tarixli məktubda ölüm faktını təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyinə görə X7 ölümünün qeydə alınmasından imtina edilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bu isə onu göstərir ki, ərizəçi sözügedən hüquqi faktı məhkəmədən kənar başqa hər hansı qaydada əldə etmək imkanına malik olmamışdır. Məhkəmə tərəfindən araşdırılan Təcili və X17 Stansiyasının “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”, yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, məzar daşının fotoşəkli, habelə şahid ifadələri birgə qiymətləndirildikdə, X7 məhz 28 may 2025-ci il tarixdə qeyd olunan ünvanda vəfat etməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76, 77 və 217.4-cü maddələrinin tələblərinə cavab verir, sübutlar arasında ziddiyyət mövcud deyildir və onlar ölüm faktının müəyyən edilməsi üçün kifayət və mötəbərdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci və 308-ci maddələrinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən ölümün dövlət qeydiyyatından imtina edildiyi və həmin faktı təsdiq edən sənədlərin başqa qaydada alınması mümkün olmadığı hallarda, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli 3 nömrəli Plenum Qərarının 9, 9.3 və 9.4-cü bəndlərinin tələblərinə uyğun olaraq, bu cür işlər üzrə məhkəmə ölümün baş vermə vaxtını və şəraitini göstərməklə hüquqi əhəmiyyətli faktı müəyyən etməlidir. Yuxarıda göstərilənləri, habelə ölüm faktının müəyyən edilməsinin ərizəçi üçün vərəsəlik münasibətlərinin rəsmiləşdirilməsi baxımından hüquqi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə ərizənin əsaslı olduğu qənaətinə gəlir və onun təmin edilməsini məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 18 dekabr 1963-cü il təvəllüdlü X7 28 may 2025-ci tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi Pöhrüz qızı qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, 18 dekabr 1963-cü il təvəllüdlü X7 28 may 2025-ci tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizədə dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 18 dekabr 1963-cü il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində doğulmuş X7 28 may 2025-ci tarixdə Abşeron rayonu, Xırdalan şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu Ərizəçi Pöhrüz qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1788/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1788/2025
14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver