Məhkəmə qərarları › İş №2(022)-1789/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1789/2025

20.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1789/2025 20.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə müraciət edərək, X1 12 may 2023-cü il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2009-cu il tarixdə Biləsuvar rayonu, H.Əliyev küçəsi, ev 67 sakini X4 ilə el adəti ilə evlənmişlər.Birgə nikahda yaşayış dövründə xx.xx.2010-cu il tarixdə X5 anadan olmuşdur. Onun mərhum əri xx.xx.1972-ci il tarixdə X4 anadan olmuşdur. Lakin X1 vəziyyəti 2023-cü ilin may ayında avtomobilin qəflətən alışması nəticəsində yanaraq vəziyyəti pisləşmiş və 12 may 2023-cü il tarixdə vəfat etmişdir. Lakin əri X4 12 may 2023-cü il tarixdə öldüyündən hansı yerdə və hansı qəbristanlıqda dəfn etdiklərini adamları tərəfindən ondan və uşağından gizlətmişlər, onun ərinin axtarışa verdiyi vaxtdan sonra məlumatı olmuşdur. Lakin məlumatı olandan sonra hüquqi savadı olmadığından ölüm haqqında şəhadətnaməni almamışdır.Bir müddət keçəndən sonra ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm şəhadətnaməsi olmadığından ona imtina vermişlər və ona məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. X1 ölməsi faktını təstiq edən yüzlərlə şahidi vardır. Lazım gələrsə onlar da məhkəmədə ona şahidlik edəcəklər. Hətta Nəsimi rayon prokurorluqundada ərinin ölümü ilə bağlı araşdırılma aparılmış, xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Maraqlı şəxs 17 oktyabr 2025-ci il tarixli № 3-16-518- 15A-485/2025 saylı məktubundan görünür ki, Ərizəçi X2 ölümünün qeydə alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun müraciətindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon məhkəməsinin 30 dekabr 2013-cü il tarixli 2(022)-163/2013 saylı qətnaməsinin surətindən görünütr ki, Ərizəçi ilə X4 arasında Maraqlı şəxs tərəfindən qeydə alınmış 10 may 2010-cu il tarixli 132 saylı nikah qeydi pozulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ № 189674 saylı xx.xx.2014-cü il tarixli X3 Şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi arasında olan nikah 14 oktyabr 2014-cü il tarixdə Maraqlı şəxs tərəfindən 49 nömrə ilə pozulmuşdur. Göründüyü kimi Ərizəçi ilə X4 arasında olan nikah qeydi 2013-cü il tarixdə pozulmuş, bununla da onlar arasında olan ailə münasibətlərinə həmin vaxtdan xitam verilmişdir. Lakin ərizəçi ərizəsində hüquqi əhəmiyyətli faktın, yəni ərinin ölüm faktının müəyyən edilməsi tələbini irəli sürmüş, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyətini əsaslandıran məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbacan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan prosessual hüquq normalarının tələbləri ərizəçinin X2 12 may 2023-cü il tarixdə ölməsi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə baxılmasını istisna edir. Ona görə də iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzlə mədaxil edilməklə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar