Məhkəmə qərarları › İş №2(022)-187/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-187/2023

28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-187/2023 28.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsi barədə X1 ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, mərhum oğlu X4 10 dekabr 1998-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirmişdir ki, o, X5 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 4 uşaqları doğulmuşdur.Uşaqlarından mərhum oğlu X6 10 dekabr 1998-ci il tarixdə ölmüşdür.Mərhum oğlu Əkbər Quliyevə vaxtında ölüm haqqında şəhadətnamə ala bilməmişlər.O, bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də ərizəsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Sonda Ərizəçi ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 266 saylı məktubundan görünür ki, ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ərizəçi Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, lakin ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınması imkanlarının xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməklərini tövsiyə etmişdir. İş materiallarında olan Biləsuvar rayon Dövlət Arxivi idarəsinin xx.xx.2021-ci il tarixli 155 saylı məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X6 xx.xx.1998-ci il tarixdə vəfat etməsi barədə kitabda qeyd aparılmışdır. İş materiallarında olan X-JQ № 444364 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 mart 1985-ci il tarixdə doğulmuşdur. Uşağın ata qrafasnda X5, ana qrafasında Ərizəçi qeyd edilmişdir. X2 məhkəmədə ifadə verərək bildirmişdir ki, ərizəçi ilə qonşudur. Belə ki, ərizəçinin mərhum oğlu X6 10 dekabr 1998-ci il tarixdə vəfat emiş və o, da bir qonşu kimi dəfh və hüzür mərasimində iştirak etmişdir. X3 məhkəmədə ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə həmkəndli olmaqla qonşuluqda yaşayır.Maralın mərhum oğlu Əkbər 10 dekabr 1998-ci il tarixdə vəfat etmiş və onu Xırmandalı qəbristanlığında dəfh etmişlər. Onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş materiallarını, ərizəçinin izahatını, şahidlərin ifadələrini, habelə digər halları araşdıraraq hesab edir ki, Ərizəçi mərhum oğlu X4 10 dekabr 1998-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur və beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 10 dekabr 1998-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 14 mart 1985-ci il tarixdə doğulmuş X4 10 dekabr 1998-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar