Məhkəmə qərarları › İş №2(022)-1986/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1986/2025

04.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1986/2025 04.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X9 məhkəmə-iclas katibliyi, Ərizəçi nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının” müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları: 2009-cu il tarixdə Biləsuvar rayonu, H.Əliyev küçəsi, ev 67 sakini X2 ilə anası Qanuni nümayəndə el adəti ilə evlənmişlər. Birgə nikah dövründə xx xxxxx 2010-cu il tarixdə Ərizəçi doğulmuşdur. Onun mərhum atası 12 iyun 1972-ci il tarixdə doğulmuşdur. Lakin X1 2023-cü ilin may ayında avtomobilin qəflətən alışması nəticəsində yanaraq vəziyyəti pisləşmiş və 12 may 2023-cü il tarixdə ölmüşdür. X1 12 may 2023-cü il tarixdə ölməsi, hansı yerdə və hansı qəbristanlıqda dəfn edildiyi ondan və anasından gizlədilmiş, sonra isə ona atasının ölməsi faktı axtarışa verdiyi vaxtan sonra məlumatı olmuşdur. Məlumatı olandan sonra hüquqi savadı olmadığı üçün ölüm haqqında şəhadətnaməni almamışdır. Bir müddət keçəndən sonra ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və qeydiyyat şöbəsində ölüm şəhadətnaməsi olmadığından ona imtina verilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. X1 ölməsi faktını təsdiq eləyə biləcək yüzlərlə şahidinin olduğunu, lazım gələrsə onların da məhkəmədə ona şahidlik eləyə biləcəklərini qeyd etmişdir. Hətta, Nəsimi rayon prokurorluğunda da atasının ölümü ilə bağlı araşdırılma aparılmış 07 iyul 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ərizəçinin tələbi: Ərizəçi X1 12 may 2023-cü il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Ərizəçi nümayəndəsi Qanuni nümayəndə izahat verərək, bildirmişdir ki, mərhum X11 onun əri və uşağı Ərizəçi (ərizəçinin) atasıdır. X11 içki aludəçisi olduğuna görə aralarında problemlər yaranmışdır. Bu səbəbdən də onlar ayrılmışlar. Məhkəmənin qətnaməsi ilə də övladının saxlanılması üçün aliment kəsilmişdir. Mərhum yoldaşı alimenti ödəmədiyi üçün onun barəsində axtarış verilmişdir. Nəticədə onun Bakı şəhərində yanaraq vəfat ediyi müəyyən edilmişdir. Bu barədə prokurorluqda araşdırma aparılmışdır. Hal-hazırda uşağı üçün ailə başçısının itirilməsi ilə bağlı müavinət alınması üçün müraciət etmişdir. Onlara isə ərinin ölüm faktının müəyyən edilməsinin mütləq olması bildirilmişdir. Bu səbəbdən ərizənin təmin olunması barədə qətna məhkəmədən xahiş etmişdir. Məhkəmənin 15 dekabr 2025-ci il tarixli hazırlıq iclasında Ərizəçi nümayəndəsi Qanuni nümayəndə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının” müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-İİ seriyalı 455616 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx xxxxx 2010-cu il tarixdə doğulmuşdur. X2, anası Qanuni nümayəndədır. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-163/2013 saylı, 30 dekabr 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X16 ilə cavabdeh X19 arasında Maraqlı şəxsndə qeydə bağlanmış 10 may 2010-cu il tarixli, 132 saylı nikah qeydinin pozulması, nikah qeydi pozulandan sonra Ərizəçi iddiaçı X8 yanında qalması və cavabdeh X3 31 yanvar 2013-cü il tarixdən başlayaraq xx xxxxx 2010-cu ildə doğulmuş Ərizəçi yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 50 (əlli) manat aliment alınaraq iddiaçı X12 verilməsi qət edilmişdir. AZ-İ seriyalı 189674 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə Qanuni nümayəndə arasında nikah qeydi pozulmuş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 oktyabr 2014-cü il tarixdə 49 nömrə ilə qeyd edilmişdir. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 oktyabr 2025-ci il tarixli, 5-39-1/3-1918/2025 saylı arayışından görünür ki, Ərizəçi nümayəndəsi Abdulova X14 şəhəri, H.Əliyev küçəsi ünvanında yaşayır. Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsinin 5050 nömrəli, 19 fevral 2026-cı il tarixli arayışından görünür ki, X10 18 may 2023-cü il tarixdə Binəqədi rayonu, Xocasən bələdiyyəsinin inzibati ərazisi olan Yeni Xocasən qəbirstanlığında dəfn edilmişdir. 07 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilmsəi haqqında” Qərarın surətindən görünür ki, 12 may 2023-cü il tarixdə, saat 01.40 radələrində Nəsimi Rayon Polis Şöbəsinin 22-ci X17 rayon prokurorluğuna 12 iyun 1972-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayan, tüfeyli həyat keçirən, içəridəki maşınlara nəzarət etməklə məşğul olan X5 ünvan 4 ünvanında saxlanılmış X6 məxsus, sürülməyə yararsız vəziyyətdə olan “Vaz 21011” markalı, **-FS-*** dövlət, qeydiyyat nişanlı avtomobildə siqaret çəkərkən avtomobilin qəfil alışması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 5 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilməsi, göstərilmiş tibbi yardımlara baxmayaraq həmin xəstəxanada ölməsi barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı X13 izahatında göstərmişdir ki, o, X7 2022-ci ilin avqust ayından tanıyır. Çingiz Nərimanov rayonu İcra hakimiyyəti tərəfdə maşınlara nəzarət etmiş, tüfeyli həyat keçirmiş, harada gəldi yatmış, spirtli içki aludəçisi olmuş, qalmağa yeri olmamışdır. O, həmin ərazidə maşınlara nəzarət edib çörək pulu qazanmışdır. Çingizin ailəsi olubolmamasını dəqiq bilmir. Çingizlə münasibəti həmişə yaxşı olmuşdur. “Vaz 21011” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomaşını 2011-ci ildə Rövşən Qəribov adlı şəxsdən etibarnamə ilə 1700 manata almış, 2018-ci ildə maşını-öz adına rəsmişləşdirmişdir. 15 aprel 2023-cü il tarixdə maşınının matoru yağ buraxdığı üçün matoru sökmüş, maşın sürülməyə yararsız vəziyyətdə olmuş, qapıları xarab olduğu üçün bağlanmamışdır. Çingiz son vaxtlar gecələr onun maşınında yatmışdır. O, maşını ünvan 4 ünvanında Yaşıl Bazarın arabalarının dayandığı yerin yanında çöl ərazidə saxlamışdır. Özü də gecələr maşından təxminən 100- 150 metr aralıda boş obyektdə yatmışdır. 12 may 2023-cü il tarixdə saat 02 radələrində Yaşıl Bazara məxsus arabalara nəzarə edən şəxslərdən Eldar onu yuxudan oyadaraq maşınının yandığını bildirmişdir. O, maşının yanına gedəndə artıq maşını, söndürmüşlər, Çingizi isə xəstəxanaya aparmışlar. Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 “X15” X24 02 fevral 2026-cı il tarixli, 18-1-19/2-166/2026 nömrəli məktubunun surətindən görünür ki, vətəndaş X10, 11 may 2023-ci il saat 23:40 tarixində 2 saylı təxirəsalınmaz təcili tibbi yardım birqadası tərəfindən Xətai prospektində küçədən, xərəkdə, çox ağır vəziyyətdə, ən ağır yanıq şoku əlamətlərində X15 Yanıq Mərkəzinə daxıl olmuşdur. Diaqnoz: Yanıq xəstəliyi bütün bədən səthinin ll-lll-İV dərəcəli termiki yanığı S=98%-100% yanığ şoku. Xəstə ilə əlaqəyə girmək çox çətin olsa da, o bildirdimişdir ki, küçədə maşının işərisində siqaret çəkrkən baş vermiş yanğından yanmışdır. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq xəstədə 12 may 2023-ci il saat 01:15-də bialoji ölüm baş verdi. Meyit 22-ci Polis bölməsinin əməkdaşlarının müşayiəti altında Nəsimi rayon Məhkəmə-Tibbi Ekspertiza göndərilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi nümayəndəsi Qanuni nümayəndə verilmiş 17 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-15-A-485/2025 saylı məktubdan görünür ki, ölüm faktını təsdiq edən sənədlər təqdim edilmədiyi üçün 12 iyun 1972-ci il tarixdə Biləsuvar şəhərində doğulmuş X4 ölümünün qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məzar daşının fotoşəkillərdən görünür ki, X10 18 may 2023-cü il tarixdə ölmüşdür. Hüquqi əsaslandırma: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının: 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir; 9.4-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, ərizəçinin nümayəndəsinin izahatını və təqdim olunmuş yazılı sübutları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq hərtərəfli, obyektiv və tam araşdıraraq aşağıdakı qənaətə gəlmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsinin izahatından, habelə iş materiallarına əlavə edilmiş yazılı sübutlardan müəyyən edilmişdir ki, 12 iyun 1972-ci il tarixdə Biləsuvar şəhərində doğulmuş X10 12 may 2023-cü il tarixdə ünvan 4 ünvanında saxlanılmış X6 məxsus, sürülməyə yararsız vəziyyətdə olan “Vaz 21011” markalı, **-FS-*** dövlət, qeydiyyat nişanlı avtomobildə siqaret çəkərkən avtomobilin qəfil alışması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 5 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilməsi, göstərilmiş tibbi yardımlara baxmayaraq həmin xəstəxanada vəfat etmiş, sonradan Binəqədi rayonu Yeni Xocasən qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, X4 ölümü ilə əlaqədar ölüm faktının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Belə ki, iş materiallarından görünür ki, ölüm faktı baş verdikdən sonra səhiyyə təşkilatına vaxtında müraciət edilmədiyindən, ölümün səbəbi tibbi qaydada müəyyən edilməmiş və nəticədə “ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. Bu hal Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 “X15” X18 02 fevral 2026-cı il tarixli məktubu ilə də təsdiq olunur. Eyni zamanda iş materiallarından görünür ki, Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş 17 oktyabr 2025-ci il tarixli məktubda ölüm faktını təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyinə görə X4 ölümünün qeydə alınmasından imtina edilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bu isə onu göstərir ki, ərizəçi sözügedən hüquqi faktı məhkəmədən kənar başqa hər hansı qaydada əldə etmək imkanına malik olmamışdır. Məhkəmə tərəfindən araşdırılan Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 “X15” X18 02 fevral 2026-cı il tarixli məktubu, yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, məzar daşının fotoşəkli və digər sübutlar birgə qiymətləndirildikdə, X4 məhz 12 may 2023-cü il tarixdə qeyd olunan ünvanda vəfat etməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76, 77 və 217.4-cü maddələrinin tələblərinə cavab verir, sübutlar arasında ziddiyyət mövcud deyildir və onlar ölüm faktının müəyyən edilməsi üçün kifayət və mötəbərdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci və 308-ci maddələrinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən ölümün dövlət qeydiyyatından imtina edildiyi və həmin faktı təsdiq edən sənədlərin başqa qaydada alınması mümkün olmadığı hallarda, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli 3 nömrəli Plenum Qərarının 9, 9.3 və 9.4-cü bəndlərinin tələblərinə uyğun olaraq, bu cür işlər üzrə məhkəmə ölümün baş vermə vaxtını və şəraitini göstərməklə hüquqi əhəmiyyətli faktı müəyyən etməlidir. Yuxarıda göstərilənləri, habelə ölüm faktının müəyyən edilməsinin ərizəçi üçün vərəsəlik münasibətlərinin rəsmiləşdirilməsi baxımından hüquqi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə ərizənin əsaslı olduğu qənaətinə gəlir və onun təmin edilməsini məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 12 iyun 1972-ci il təvəllüdlü X4 12 may 2023-cü tarixdə Bakı şəhəri, “X15 Yanıq Mərkəzi”ndə vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, 12 iyun 1972-ci il təvəllüdlü X4 12 may 2023-cü tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizədə dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 12 iyun 1972-ci il tarixdə Biləsuvar şəhərində doğulmuş X4 12 may 2023-cü tarixdə Bakı şəhəri, Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 “X15” X18 “Yanıq Mərkəzi”ndə vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar