Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-2016/2025 22.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs qarşı mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, MŞA/MT-047/2025-00322. № ******* saylı “Barışıq Sazişi” nin təsdiq edilməklə, məcburi icrasının təmin edilməsi və hazıra kimi yaranmış 900 manat alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2014-cü ildə el adəti üzrə ailə həyatı qurmuş, nikahlarını 13 iyun 2017-ci ildə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2015-ci ildə X9, xx.xx.2017-ci ildə X10 və xx.xx.2023-cü il tarixdə X7 anadan olmuşdur.Maraqlı şəxs ilə ailə münasibətləri pozulmuş və ailə mübahisəsi ilə bağlı aralarında xx.xx.2025-ci il tarixdə Ağcabədi 1 saylı MT-da MŞA/MT-047/2025-00322, № ******* saylı “Barışıq Sazişi" bağlanmışdır. Həmin sazişinin aşağıdakı bəndlərinə əsasən: 1.4-cü bəndinə görə xx.xx.2015-ci ildə anadan olmuş X9, xx.xx.2017-ci ildə anadan olmuş X10 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 onun yanında saxlanması, 2.6-ci bəndinə görə Maraqlı şəxs xx.xx.2015-ci ildə anadan olmuş X9. xx.xx.2017-ci ildə anadan olmuş X10 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 300 (üç yüz) manat olmaqla, ümumilikdə 900 (doqquz yüz) manat almentin ona ödənilməsinə dair razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişi bağlandıqdan hal-hazıra kimi olan dövr ərzində uşaqların saxlanması üçün heç bir maddi yardım göstərməmiş, alimentə dair üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və alimenti ödəməmişdir. Bu səbəbdən də Maraqlı şəxs xx.xx.2025-cı il tarixdən hazırki dövrə kimi ona iyun ayı da daxil olmaqla 1 ay üzrə 900 (doqquz yüz) manat aliment borcu yaranmışdır.Belə ki, Maraqlı şəxs MN-nin Ağcabədi rayon ərazisində yerləşən N saylı hərbi hissəsində gizir işləyir və aylıq qazancı 1400 manat təşkil edir.Lakin uşaqları saxlamaqda ona verdiyi vədinə əməl etmir. Dəfələrlə ondan öz öhtəliyinin icrasını tələb elmiş, lakin o, müxtəlif bəhanələrlə yayınır. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan AZ-İİ № 189595 saylı X2 surətindən görünür ki, X3 və Maraqlı şəxs nikahları 13 iyun 2017-ci il tarixdə Biləsuvar rayon Ağalıkənd kəndi üzrə nümayəndəliyi tərəfindən 16 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ İV № 607087 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Maraqlı şəxs, ana adı qrafasında isə Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan AZ İV № 642406 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Maraqlı şəxs, ana adı qrafasında isə Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan AZ İV № 806108 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Maraqlı şəxs, ana adı qrafasında isə Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan Mediasiya Şurasının xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: 6.1. İkinci tərəf Maraqlı şəxs tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2015- ci ildə anadan olmuş X5, xx.xx.2017-ci ildə anadan olmuş X6 və xx.xx.2023-cü ildə anadan olmuş X1 üçün aylıq əmək haqqından hər uşağa 300 manat olmaqla, ayda cəmi 900 (doqquz yüz) manat alimentin birinci tərəfin xeyrinə tutulmasına razılaşır, həmin məbləği 2025-ci ilin noyabr ayının 1-dən başlayaraq hər ayın 1-də birinci tərəfin təqdim etdiyi bank hesab kartına köçürməyi öhtəsinə götürür. 6.2. Birinci tərəf Ərizəçi tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2015-ci ildə anadan olmuş X5, xx.xx.2017-ci ildə anadan olmuş X6 və xx.xx.2023-cü ildə anadan olmuş X1 üçün ikinci tərəf Maraqlı şəxs əmək haqqından hər ay hər uşağa 300 manat olmaqla, ayda cəmi 900 (doqquz yüz) alimentin tutularaq ödənməsinə, həmin məbləği 2025-ci ilin noyabr ayından başlayaraq hər ayın 1-də özünün təqdim etdiyi bank hesabna köçürməsinə razılaşır və öhdəsinə götürür. Tərəflər hazırda aralarında başqa mübahisənin olmadığını təsdiq etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5ci maddəsinin tələbləri nəzərə alınmaqla). “Mediasiya haqqında” Qanunun 33.3-cü maddəsinə əsasən Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Mediasiya prosesi nəticəsində aşağdakı şərtlərlə bağlanılmış Barışıq sazişi təsdiq edilməlidir: 6.1. İkinci tərəf Maraqlı şəxs tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2015- ci ildə anadan olmuş X5, xx.xx.2017-ci ildə anadan olmuş X6 və xx.xx.2023-cü ildə anadan olmuş X1 üçün aylıq əmək haqqından hər uşağa 300 manat olmaqla, ayda cəmi 900 (doqquz yüz) manat alimentin birinci tərəfin xeyrinə tutulmasına razılaşır, həmin məbləği 2025-ci ilin noyabr ayının 1-dən başlayaraq hər ayın 1-də birinci tərəfin təqdim etdiyi bank hesab kartına köçürməyi öhdəsinə götürür. 6.2. Birinci tərəf Ərizəçi tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2015-ci ildə anadan olmuş X5, xx.xx.2017-ci ildə anadan olmuş X6 və xx.xx.2023-cü ildə anadan olmuş X1 üçün ikinci tərəf Maraqlı şəxs əmək haqqından hər ay hər uşağa 300 manat olmaqla. ayda cəmi 900 (doqquz yüz) alimentin tutularaq ödənməsinə, həmin məbləğin 2025-ci ilin noyabr ayından başlayaraq hər ayın 1-də özünün təqdim etdiyi bank hesabna köçürməsinə razılaşır və öhdəsinə götürür. Tərəflər hazırda aralarında başqa mübahisənin olmadığını təsdiq etdilər. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Ağcabədi 1 saylı Mediasiya Təşkilatında bağlanılmış Barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: 6.1. İkinci tərəf Maraqlı şəxs tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2015- ci ildə anadan olmuş X5, xx.xx.2017-ci ildə anadan olmuş X6 və xx.xx.2023-cü ildə anadan olmuş X1 üçün aylıq əmək haqqından hər uşağa 300 manat olmaqla, ayda cəmi 900 (doqquz yüz) manat alimentin birinci tərəfin xeyrinə tutulmasına razılaşır, həmin məbləği 2025-ci ilin noyabr ayının 1-dən başlayaraq hər ayın 1-də birinci tərəfin təqdim etdiyi bank hesab kartına köçürməyi öhdəsinə götürür. 6.2. Birinci tərəf Ərizəçi tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2015-ci ildə anadan olmuş X5, xx.xx.2017-ci ildə anadan olmuş X6 və xx.xx.2023-cü ildə anadan olmuş X1 üçün ikinci tərəf Maraqlı şəxs əmək haqqından hər ay hər uşağa 300 manat olmaqla, ayda cəmi 900 (doqquz yüz) alimentin tutularaq ödənməsinə, həmin məbləğin 2025-ci ilin noyabr ayından başlayaraq hər ayın 1-də özünün təqdim etdiyi bank hesabna köçürməsinə razılaşır və öhdəsinə götürür. Tərəflər hazırda aralarında başqa mübahisənin olmadığını təsdiq etdilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-2016/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-2016/2025
22.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver