Məhkəmə qərarları › İş №2(022)-219/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-219/2024

05.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-219/2024 05.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 307-308-ci maddələrinə əsasən qardaşı X5 27 fevral 1998-ci il tarixdə Biləsuvar rayonu Ağalıkənd kəndində ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında bildirmişdir ki, Biləsuvar rayonun Ağalıkənd kəndində yaşayır. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Onun qardaşı X9 xx.xx.1971-ci ildə doğulmuşdur.Uzun müddət xəstə olduqdan sonra 27 fevral 1998-ci il tarixdə evdə vəfat etmişdir. Lakin həmin illər qardaşının ölüm sənədini götürə bilməmişdir. Onun qardaşı Elçin Ağayevin ölümü ilə bağlı Qeydiyyat şöbəsinə müraciət etsə də, ona imtina verilmiş və məhkəməyə müraciət etməsi təklif olunmuşdur. Onun qardaşının ölümünü kənd icra nümayəndəliyinin arayışı ilə təsdiq edir.Belə ki, hazırda qardaşı Elçinin qəbri Biləsuvar rayonunun Ağalıkınd qəbrstanlığındadır. Hazırda o, qardaşının ölüm qeydi ilə bağlı lazımi sənədləri başqa qaydada ala bilmir.Sonda Ərizəçi ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-311/2023 saylı məktubundan görünür ki, ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı X6 Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, lakin ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nin Ağalılkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 oktyabr 2023-cü il tarixli № 5-39-20/2-429/2023 saylı arayışından görünür ki, Ağayev X2 rayonu Ağalıkənd kəndində yaşayır. İş materiallarında olan 24 iyul 2023-cü il tarixli № 05/Q-1178/69 saylı arayışdan görünür ki, X9 xx.xx.1971-cı il tarixdə Biləsuvar rayonu Ağalıkənd kəndində anadan olmuşdur. X1, anası X4r. İş materiallarında olan Biləsuvar RİHB-nin Ağalıkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 iyul 2023-cü il tarixli 5-39-20/2-214/2023 saylı arayışından görünür ki, xx.xx.1971-ci ildə anadan olmuş X9 27 fevral 1998-ci il tarixdə Ağalıkənd kəndində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə dost olmaqla onunla yaxın münasibəti vardır. Həsənqulunun qardaşı X9 27 fevral 1998-ci il tarixdə vəfat etmiş və Ağalıkənd kənd qəbristanlığında onu dəfn etmişlər. O, bir dost kimi X5 dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla onu və qardaşı Elçini yaxından tanımışdır. Həsənqulunun qardaşı X9 uzun sürən xəstəlikdən sonra 27 fevral 1998-ci il tarixdə vəfat etmiş və Ağalıkənd kənd qəbristanlığında dəfn edilmişdir. O, həmkəndli kimi X5 dəfn və yas mərasimlərində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarını, ərizəçinin izahatını, şahidlərin ifadələrini, habelə digər halları araşdıraraq hesab edir ki, Ərizəçinın mərhum qardaşı X5 27 fevral 1998-ci il tarixdə Biləsuvar rayonu Ağalıkənd kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1971-cı il tarixdə Biləsuvar rayonu Ağalıkənd kəndində anadan olmuş X5 27 fevral 1998-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar