Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-267/2024 18.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə Mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı X8 arasında Mediasiya prosesində bağlanılmış MŞL/MT014/2023/MŞL-02548 saylı, xx.xx.2023-cü il tarixli Barışıq sazişinin aşağıdakı "2.2.Birinci tərəf X8 bu Sazişi imzaladıqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 130 (bir yüz otuz) manat, iki uşağa görə cəmi 260 (iki yüz altımış) manat aliment pulunun ödəməsinə öhdəlik götürür; 2.3. Alimentin köçürülməsi 2023-cü ilin noyabr ayının 1-dən başlayır və hər ayın 1-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir." məzmunda 2.2-ci və 2.3-cü bəndlərinin təsdiq edilməsi barədə ərizəsi Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, X8 ilə ailə qurararaq, nikahlarını xx.xx.2017-ci il tarixdə Qeydiyyat orqanında rəsmiləşdirmişlər. Həmin evlilikdən onların xx.xx.2017-ci il tarixdə X5 və xx.xx.2020-ci il tarixdə X4 doğulmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən fakt olaraq ayrılmışlar və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-1461/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, həmin qətnamə ilə uşaqların onun yanında saxlanılması müəyyən edilmişdir. Onlar mediasiya prosesi zamanı MŞL/MT014/2023/MŞL-02548 saylı, xx.xx.2023-cü il tarixli Barışıq sazişi imzalamış, həmin saziş üzrə X8 hər uşağa görə hər ay 130 (bir yüz otuz) manat alimentin ona ödənilməsinə dair öz üzərinə öhdəlik götürmüşdür. Həmin sazişə əsasən alimentin ödənilməsi xx.xx.2023-cü il tarixdən hesablanmalı və hər ayın birinci təqvim günündə həyata keçirilməli idi. Ə.Şiralıyev barışıq sazişinin şərtlərinə riayət etmir, üzərinə götürdüyü öhdəliyi icra etmir. Artıq xx.xx.2024-cü il tarixə Ə.Şiralıyevin 520 (beş yüz iyirmi) manat ödənilməmiş aliment borcu yaranmışdır. Ə.Şiralıyevin barışıq sazişinin alimentlə bağlı şərtlərini könüllü icra etməməsi səbəbindən barışıq sazişinin həmin hissəsində təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, mediasiya prosesində bağlanılmış MŞL/MT014/2023/MŞL-02548 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Şiraliyeva X7 rayonu Yuxarı-Ağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İV № 016727 saylı doğum haqqında arayışdan görünür ki, X6 xx.xx.2017-ci iltarixdə doğulmuşdur,uşağın ata adı qrafasında Maraqlı şəxs, ana adı qrafasında Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV № 454726 saylı doğum haqqında arayışdan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə doğulmuşdur, uşağın ata adı qrafasında Maraqlı şəxs, ana adı qrafasında Ərizəçi qeyd olunmuşdur. Habelə, işdə olan xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: 1): Maraqlı şəxs bu Saziş imzalandıqdan sonra xx.xx.2017-ci il tarixdə doğulmuş X2 və xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130 manat, iki uşağa görə cəmi 260 manat məbləğində aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürür; 2): Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsilə ödəniləcəkdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin № 2(022)-1461/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında 28 iyul 2017-ci il tarixdə Biləsuvar rayon Qeydiyyat şöbəsində 100 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. MPM-in 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. MPM-in 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Mediasiya prosesi nəticəsində aşağdakı şərtlərlə bağlanılmış MŞL/MT014/2023/MŞL-02548 saylı Barışıq sazişi təsdiq edilməlidir:
1. Maraqlı şəxs bu Saziş imzalandıqdan sonra xx.xx.2017-ci il tarixdə doğulmuş X2 və xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130 manat, iki uşağa görə cəmi 260 manat məbləğində aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürür;
2. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsilə ödəniləcəkdir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Mediasiya prosesi nəticəsində aşağdakı şərtlərlə bağlanılmış MŞL/MT014/2023/MŞL-02548 saylı Barışıq sazişi təsdiq edilsin:
1. Maraqlı şəxs bu Saziş imzalandıqdan sonra xx.xx.2017-ci il tarixdə doğulmuş X2 və xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130 manat, iki uşağa görə cəmi 260 manat məbləğində aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürür;
2. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsilə ödəniləcəkdir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nüsrət Mirzəyev