Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-355/2024 20.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi İddiaçı Maraqlı şəxs Cavabdeh iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh ilə Mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı Cavabdeh arasında mediasiya prosesində bağlanmış MŞL- 01566 saylı, xx.xx.2022-ci il tarixli Barışıq sazişinin aşağıdakı «2.2.Birinci tərəf Cavabdeh bu Sazişi imzalamaqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X2 onun öz doğma övladıdır və həmin uşağa atalıq verməyi öhdəsinə götürmüşdür və xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa görə 130 (bir yüz otuz) manat aliment pulunun ödənilməsinə öhdəlik götürür. Aliment köçürülməsi 2023-ci ilin hər ayın 01-dən başlayaraq və hər ayın 1-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vastəsi ilə ödəyəcəkdir» məzmunda 2.1ci,2.2-ci və 2.3-cü bəndlərinin təsdiq edilməsi barədə ərizəsi Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizəçi İddiaçı məhkəmə iclasında göstərmişdir ki, o, Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin evlilikdən onların xx.xx.2022-ci il tarixdə X2 adlı övladları dünyaya gəlmişdir.Xasiyyətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmış və onlar mediasiya prosesi zamanı MŞL-01566-saylı xx.xx.2022-ci il tarixli Barışıq sazişi imzalamışlar və həmin saziş üzrə Cavabdeh hər ay uşağa görə 130 (bir yüz otuz) manat alimentin ödənilməsi, alimentin xx.xx.2022-ci il tarixdən hesablanması və hər ayın birinci təqvim günündə həyata keçirilməsinə dair öhdəlik götürmüşdür.Cavabdeh barışıq sazişinin şərtlərinə riayət etmir və üzərinə götürdüyü öhdəliyi icra etmir. Artıq xx.xx.2024-ci il tarixə Cavabdeh 1820 manat ödənilməmiş aliment borcu yaranmışdır. Ona görə də Cavabdeh barışıq sazişinin alimentlə bağlı şərtlərini könüllü icra etməməsi səbəbindən barışıq sazişinin həmin hissəsində təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, MŞL-01566-saylı xx.xx.2022-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında ərizənin təmin edilməsinə qarşı etirazının olmadığını bildirdi. Məhkəmə ərizəçini dinləyərək, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. İş materiallarında olan AZE seriyalı № 17982605 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mahmudlu X3 rayonu Xırmandalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İV № 734449 saylı doğum haqqında arayışdan görünür ki, X2 xx.xx.2022-ci il tarixdə doğulmuşdur,uşağın ata adı qrafasında X4, ana adı qrafasında İddiaçı qeyd olunmuşdur. Habelə, işdə olan MŞL-01566-saylı xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: 1.İkinci tərəf Cavabdeh etirf edir ki, xx.xx.2022-ci il təvəllüdlü X2 onun öz doğma övladıdır və həmin uşağa atalıq verməyi öhdəsinə götürür.
2. ikinci tərəf Cavabdeh bu Saziş imzalandıqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlaması üçün hər ay 130 manat aliment pulunu İddiaçı ödəməsinə öhdəlik götürür.
3. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəniləçəkdir, MPM-in 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. MPM-in 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Mediasiya prosesi nəticəsində aşağdakı şərtlərlə bağlanılmış MŞL-01566 saylı Barışıq sazişi təsdiq edilməlidir: 1.İkinci tərəf Cavabdeh etirf edir ki, xx.xx.2022-ci il təvəllüdlü X2 onun öz doğma övladıdır və həmin uşağa atalıq verməyi öhdəsinə götürür.
2. İkinci tərəf Cavabdeh bu Saziş imzalandıqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlaması üçün hər ay 130 manat aliment pulunu İddiaçı ödəməsinə öhdəlik götürür.
3. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəniləçəkdir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. İddiaçı və Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Mediasiya prosesi nəticəsində aşağdakı şərtlərlə bağlanılmış MŞL-01566 saylı Barışıq sazişi təsdiq edilsin:
1. İkinci tərəf Cavabdeh etirf edir ki, xx.xx.2022-ci il təvəllüdlü X2 onun öz doğma övladıdır və həmin uşağa atalıq verməyi öhdəsinə götürür.
2. İkinci tərəf Cavabdeh bu Saziş imzalandıqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlaması üçün hər ay 130 manat aliment pulunu İddiaçı ödəməsinə öhdəlik götürür.
3. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəniləçəkdir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nüsrət Mirzəyev