Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-416/2023 14.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs Vurqan oğluna qarşı barışıq sazişinin təstiq edilməsi barədə ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs Vurqan oğluna qarşı barışıq sazişinin təstiq edilməsi barədə ərizəsi Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizəçi ərizəsində Maraqlı şəxs Vurqan oğlu ilə faktiki nikaha daxil olmaqla ailə həyatı qurduqlarını, həmin nikahdan xx.xx.2010-cu il tarixdə X2 və xx.xx.2014-cü ildə X1 adlı iki nəfər uşaqlarının anadan olduğunu, bir müddət yaşadıqdan sonra ayrıldıqlarını, ayrıldıqdan sonra Elnurun uşaqlarına baxmadığını göstərmişdir. Daha sonra ərizəçi Maraqlı şəxs Vurqan oğlu ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-01369 saylı barışıq sazişi imzaladıqlarını, barışıq sazişinə görə Maraqlı şəxs Vurqan oğlu iki nəfər uşağın saxlanması üçün hər ay bir uşağa görə 125 manat, iki uşağa görə 250 manat məbləğində aliment ödəyəcəyini, alimentin ödənilməsini hər ayın 03-də edəcəyini öhdəsinə götürmüşdür.Lakin Maraqlı şəxs Vurqan oğlu barışıq sazişi imzalandıqdan sonra ona xəbər göndərərək imkanı çatdığı qədər aliment verəcəyinə söz vermişdir. Ona görə də Maraqlı şəxs Vurqan oğlu ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-01369 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan prosessual qanunvericiliyin tələbindən görünür ki, tərəflərin iddia tələbi ilə məhkəməyə müraciət etməsindən sonra hakim 191.2-ci maddəsində nəzərdə tutulmuş iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişinə münasibət bildirə bilər. Ona görə də tərəflərin məhkəmədə heç bir iddia tələbi irəli sürülmədən mediasiya prosesində yetkinlik yaşına çatmayan uşaqlarına aliment ödənilməsi barədə razılaşma əldə etməsi və bu barədə barışıq sazişi bağlaması həmin razılaşmanın məhkəmə qaydasında təsdiqi barədə məhkəmə prosesinin keçirilməsi və həmin ərizəyə məhkəmə qaydasında baxılmasına əsas vermir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs Vurqan oğluna qarşı barışıq sazişinin təstiq edilməsi barədə ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs Vurqan oğluna qarşı barışıq sazişinin təstiq edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(022)-416/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-416/2023
14.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver