Məhkəmə qərarları › İş №2(022)-518/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-518/2024

02.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-518/2024 02.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X16 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, 01 iyun 1988-ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kənində anadan olmuş X2 10 sentyabr 1997-ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kənində ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyun 1988-ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kənində anadan olmuş X2 10 sentyabr 1997-ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kənində ev şəraitində vəfat etməsi faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, o, 08 fevral 1988-ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Həmin nikahdan onların 5 uşağı anadan olmuşdur. Onun uşaqlarından ən böyüyü 01 iyun 1988-ci il tarixdə doğulmuş X6 olmuşdur. Həmin uşaq ürək qüsuru ilə doğulmuş, həmçinin epilepsiya xəstəliyindən əziyyət çəkmişdir. Onlar həmin dövrdə kənddən aralıda yerləşən fermada yaşadıqları üçün həmin uşağı həmin dövrün imkanları yol verdiyi şəraitdə müalicə etməklə kifayətlənmişlər. Buna rəğmən E.H.Kərimov 10 sentyabr 1997-ci il tarixdə, səhər saatlarında evdə vəfat etmişdir. Həmin vaxt onlar E.H.Kərimovun ölümünün təsdiqlənməsi üçün həkim çağrılmamış və dini mərasimlərin icra olunmasından sonra uşağın meyiti Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Mərhumun ölümündən sonra onun əri və o, Maraqlı şəxsnə müraciət edərək uşağın ölümü haqqında şəhadətnamə almağa zərurət bilməmişlər. Ötən illər ərzində o, onun qardaşı, anası və atası, həmçinin ərinin ailə üzvləri, habelə qohumları onun oğlunun məzarını ziyarət etmişlər. O, yaşa görə pensiya təyin edilməsi ilə bağlı müvafiq dövlət orqanına mürəciət etdiyi vaxt onun uşağı E.H.Kərimovun ölüm haqqında şəhadətnamənin təqdim edilməsi zərurəti yaranmışdır. O, mərhum oğlunun ölüm faktının qeydiyyata alınması haqqında ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndən verilmiş cavab məktubu ilə ölüm faktını təsdiq edən sənədlər olmadığı üçün E.H.Kərimovun ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda, Ərizəçi 01 iyun 1988-ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kənində anadan olmuş E.H.Kərimovun 10 sentyabr 1997-ci il tarixdə ev şəraitində vəfat etməsi faktının müəyyən olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirlmiş Şahid3 məhkəmədə göstərdi ki, Ərizəçi onun qardaşı H.C.Kərimovun arvadıdır. H.C.Kərimov və Ərizəçi 1987 yaxud 1988-ci ildə evlənmişlər. O, Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşayır. Onun qardaşı H.C.Kərimov da əvvəllər həmin kənddə yaşamış və orada soyuducu ustası kimi çalışmışdır. Lakin sonradan işləri uğurlu olmdığı üçün bir neçə baş xırda buynuzlu heyvan alaraq, yaşadıqları kənddən təxminən 26 metr uzaqda yerləşən “Sədəf” fermasına köçmüş və ailə üzvləri ilə birlikdə orada yaşamışdır. H.C.Kərimovun və Ərizəçi ilk övladı mərhum E.H.Kərimov da həmin fermada yaşamışdır. Onun qardaşı H.C.Kərimov ürək xəstəsi olmuş və bir çox ölkədə, o cümlədən İran İslam Respublikasında da müalicə almışdır. Lakin H.C.Kərimovun vəziyyəti ağır olduğu üçün bütün həkimlər həmin şəxsi əməliyyat etməkdən çəkinmişlər. H.C.Kərimovun oğlu E.H.Kərimov da ürəyində qüsurla doğulmuşdur. 10 sentyabr 1997-ci il tarixdə, səhər saatlarında bir traktor sürücüsü qardaşı Həmidullanın azyaşlı oğlu E.H.Kərimovun fermada vəfat etdiyi barədə ona məlumat vermişdir. Bundan sonra o, dərhal valideynləri və bəzi digər qohumları ilə birlikdə fermaya getmiş və uşağın nəşini Biləsuvar rayonu, Zəhmətabad kəndinə gətirmişdir. O, həmin uşağın meyitinin yuyulmasında iştirak etmişdir. Daha sonra isə o, onun ailə üzvləri, həmçinin Ərizəçi ailə üzvlərinin iştirakı ilə həmin uşaq kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşayır. Ərizəçi onun bacısıdır və sonuncu H.C.Kərimovla ailə həyatı qurmuşdur. Həmin şəxslər evləndikdən sonra Biləsuvar rayonu, Zəhmətabad kəndindən kənarda yerləşən fermaya köçmüşlər və orada yaşamağa başlamışlar. Həmin fermada bacısı Ərizəçi iki qız və 3 oğlan uşağı doğulmuşdur. Həmin uşaqlardan ən böyüyü E.H.Kərimov 9 yaşında olarkən, fermada vəfat etmişdir. O, E.H.Kərimovun vəfat etdiyini mərhumun nəşinin fermadan Biləsuvar rayonu, Zəhmətabad kəndinə gətirildiyi vaxt öyrənmişdir. E.H.Kərimov Biləsuvar rayonu, Zəhmətabad kənd qəbiristanlığında dəfn edilmiş və o, digər qohumları ilə birikdə dəfn mərasimində iştirak etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, E.H.Kərimovun 10 sentyabr 1997-ci il tarixdə vəfat etdiyini və Biləsuvar rayonu, Zəhmətabad kəndində dəfn edildiyini təsdiq etdi. Mülki iş materiallarında olan İV-ЖГ seriyalı, 384352 nömrəli nikah ahqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X5 fevral 1988-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 05 oktyabr 2023-cü il tarixli, 05/Q- 657/89 nömrəli arayışdan görünür ki, X6 01 iyun 1988-ci il tarixdə Biləsuvar rayonunda doğulmuşdur. Həmin şəxsin barəsində 98 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. E.H.Kərimovun atası X8, anası isə Ərizəçidır. Mülki işdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Zəhmətabad kənd X15 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, 5-39-5/2-626/2023 nömrəli arayışından görünür ki, Ərizəçi, həqiqətən də, hazırda Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşayır. M.K.X1, X3, X9, X10, X4 8 yaşa qədər tərbiyə etmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Zəhmətabad kənd X15 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 5-39-5/2- 171/2024 nömrəli arayışından görünür ki, Ərizəçi, həqiqətən də, hazırda Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşayır. X4 01 iyun 1988-ci il tarixdə Ərizəçi doğmuşdur və 10 sentyabr 1997-ci il tarixdə E.H.Kərimov vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsəslələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarına əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi və s.) səbəb olan hüquqi faktları müəyyən edir. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, yalnız o hüquqi faktlar məhkəmədə müəyyən edilə bilər ki, həmin hüquqi faktları məhkəmədən kənar qaydada əldə etmək imkanı mövcud olmasın. Məhkəmə hesab edir ki, ərizəçinin övladı E.H.Kərimovun 10 sentyabr 1997-ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində ev şəraitində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, E.H.Kərimovun 10 sentyabr 1997-ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində ev şəraitində vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xahişi təmin edilsin. Biləsuvar rayonunda 01 iyun 1988-ci il tarixdə anadan olmuş X2 10 sentyabr 1997ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. X2 ölümü barədə şəhadətnamə verilməsi vəzifəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar