Məhkəmə qərarları › İş №2(022)-539/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-539/2024

02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-539/2024 02.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) ərazi aidiyyəti qaydalarının tələblərinə əməl edilməklə verilməmişdir. Belə ki, Ərizəçi ərizəsində qızı X1 10 fevral 2024-cü il tarixdə Bakı şəhəri Binə südçülük qəsəbəsində onun evində yatdığı yerdə dünyasını dəyişdiyini, hadisə yerinə təcili tibbi yardım çağırılsa da, həkimlər çatana kimi artıq ölümün baş verdiyini, həkimlər ölüm haqqında sənəd versələr də, lakin həmin sənəddə ölümün səbəbinin yazılmadığını, ona görə də qızının ölüm aktını ala bilmədiyini göstərmişdir. Ərizəsində xx.xx.1980-cı ildə Yardımlı rayonu Lenqazan kəndində anadan olmuş, hal-hazırda Cəbrayıl rayonu B.Mrərcanlı kəndində qeydiyyatda olan Sevinc Heydərovanın ölüm aktının alınmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Ərizədən görünür ki, Ərizəçi Bakı şəhəri Binə südçülük qəsəbəsində yaşayır və qızı X1 10 fevral 2024-cü il tarixdə Bakı şəhəri Binə südçülük qəsəbəsində onun evində yatdığı yerdə vəfat etdiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nın 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: … 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; MPM-nın 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçilərin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nın 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyəti olan ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi onun yaşayış yeri üzrə verilmədiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar