Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-575/2025 07.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızı, X4 məhkəmə-iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “mediyasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında açıq, məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi icraat üzrə tələbin mahiyyəti: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 29 oktyabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə ailə qurmuş, nikah 05 yanvar 2019-cu il tarixdə Biləsuvar rayon, Zəhmətabadkənd İcra Ərazi Dairəsi üzrə nümayəndəliyində 01 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan üç uşaqları doğulmuşdur. Onlardan biri – X2 17 fevral 2019-cu il, X5 23 avqust 2020-ci il, X6 15 sentyabr 2021-ci il təvəllüdlüdür. Ərizəçi artıq aralarında razılığa gələrək nikahın pozulması, hər iki uşağın ananın yanında saxlanılması və hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi verilməsi barədə razılığa gəldiklərini, aralarında olan nikahın pozulması ilə əlaqədar mediasiya təşkilatına müraciət etdiyini, mediasiya prosessi zamanı MŞL/MT014/2024-01512 saylı 29 oktyabr 2024-cü il tarixli barışıq sazışı imzalandığını və həmin barışıq sazişinin mediator tərəfindən təsdiq edildiyini bildirmişdir. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhəmə iclasında iştirak edən Ərizəçi barışıq sazişinin təsdiq edilməsini və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıqların edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır; 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 29 oktyabr 2024-cü il tarixli, MŞL/MT014/2024-01512 saylı mediasiya prosessi nəticəsində bağlanmış barışıq sazişinə əsasən:
1. Tərəflər bu sazişi imzalamaqla birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs nikahın davam etdirilməsinə razı olmadılar, nikahın pozulmasına razılaşdılar.
2. Tərəflər bu sazişi imzalamaqla birinci tərəf Ərizəçi birgə nikahlarından doğulmuş 17 fevral 2019-cu il təvəllüdlü X3, 23 avqust 2020-ci il təvəllüdlü X5 və 15 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər bir uşağa 120 manat olmaqla, üç uşağa görə cəmi 360 manat alimentin verilməsini ikinci tərəf Maraqlı şəxs təklif etdi. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi təklifi ilə razılaşdı. 3.İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla hər ay nəzərdə tutulmuş aliment məbləğinin hər ayın 01-dən olmaqla 01 noyabr 2024-cü il tarixdən alimenti ödəyəcəyini öhdəsinə götürür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, ərizəçinin izahatını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin barışıq sazişinin aliment hissəsində qanunazidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış 29 oktyabr 2024-cü il tarixli barışıq sazişi qismən – yəni, sazişdə yuxarıda qeyd olunan üçüncü və üçüncü bəndi üzrə təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 05 yanvar 2019-cu il tarixli nikah müqaviləsinə xitam verilməsinə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi kimi baxılması qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən 29 oktyabr 2024cü il tarixli, MŞL/MT014/2024-01512 saylı mediasiya prosessi nəticəsində bağlanmış barışıq sazişi birinci bənd üzrə məhkəmə tərəfindən təsdiq edilə bilməz. Həmçinin, iş materiallarına əlavə olunmuş Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 1546/2024 nömrəli 24 dekabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 05 yanvar 2019-cu il tarixdə Zəhmətabad kənd icra nümayəndəliyi tərəfindən 01 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119,216-220, 227, 233, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
Q Ə T E T D İ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 29 oktyabr 2024-cü il tarixli, MŞL/MT014/2024-01512 saylı barışıq sazişi aşağıdakı bəndlərdə təsdiq edilsin. “2. Tərəflər bu sazişi imzalamaqla birinci tərəf Ərizəçi birgə nikahlarından doğulmuş 17 fevral 2019-cu il təvəllüdlü X3, 23 avqust 2020-ci il təvəllüdlü X5 və 15 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər bir uşağa 120 manat olmaqla, üç uşağa görə cəmi 360 manat alimentin verilməsini ikinci tərəf Maraqlı şəxs təklif etdi. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi təklifi ilə razılaşdı.
3. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla hər ay nəzərdə tutulmuş aliment məbləğinin hər ayın 01-dən olmaqla 01 noyabr 2024-cü il tarixdən alimenti ödəyəcəyini öhdəsinə götürür.” Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM: Mədinə Rəsulova