Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-615/2024 25.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, X1 25 dekabr 1998-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında bildirmişdir ki, Biləsuvar rayon Bəydili kənd sakini X8 onun bacısıdır. Onun mərhum bacısı X8 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur.Lakin bacısı X12 qizının 1998-ci ilin dekabr ayında vəziyyəti pisləşmiş və o, 25 dekabr 1998-ci il tarixdə vəfat etmişdir. X2 Biləsuvar rayon Bəydili kənd qəbristanlığında dəfn etmişlər.Lakin həmin vaxtlar hüquqi savadı olmadığından bacsının ölümü haqqında şəhadətnamə almamışdır. Bir müddət keçəndən sonra ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi bacısının ölümü haqqında şəhadətnamə verməkdən imtina vermiş və məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Onun X1 ölməsi faktını təstiq edəsi yüzlərlə şahidi vardır. X1 ölüm faktını təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilmir. Sonda Ərizəçi ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Biləsuvar RİHB-nin Bəydili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X8 28 dekabr 1998-ci il tarixdə vəfat etmiş və Bəydili kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-112/2024 saylı məktubundan görünür ki, ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ərizəçi Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, lakin ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nin Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 aprel 2024-cü il tarixli № 5-39-2/2-337/2024 saylı arayışından görünür ki, Mirzəyev X9 rayonu Bəydili kəndi X.Nərdiyev küçəsi ev 23-də yaşayır. İş materiallarında olan Vİİİ-JQ № 349507 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1981-ci il tarixdə Puşkin rayonunda anadan olmuşdur. X7, anası X5r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qardaşı oğludur, X3 isə qardaşı qızıdır. Qardaşı qızı X3 xx.xx.1998-ci il tarixdə vəfat etmiş və Bəydili kənd qəbristanlığında onu dəfn etmişlər. O, bir qohum kimi X4 dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək bildirmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla yanaşı qohumdur. X8 xx.xx.1998-ci il tarixdə xəstəlikdən vəfat etmiş və Bəydili kənd qəbristanlığında dəfn edilmişdir. O, həmkəndli və bir qohum kimi X4 dəfn və yas mərasimlərində iştirak etmişdir. X3 ölənə kimi ailə üzvləri ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarını, ərizəçinin izahatını, şahidlərin ifadələrini, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçinın ərizəsi təmin edilməli, xx.xx.1981-ci il tarixdə Puşkin rayonunda anadan olmuş X4 25 dekabr 1998-ci il tarixdə Biləsuvar rayonu Bəydili kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə Puşkin rayonunda anadan olmuş X4 25 dekabr 1998-ci il tarixdə Biləsuvar rayonu Bəydili kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-615/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-615/2024
25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver