Məhkəmə qərarları › İş №2(022)-640/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-640/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-640/2023 11.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ölümün qeyd edilmə faktının müəyyən edilməsi edilməsi barədə Ərizəçi ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası MPM-nin 307-308-ci maddələrinə əsasən qızı X3 26 oktyabr 2019-cu il tarixdə Biləsuvar şəhərində ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək izahatında bildirmişdir ki, 29 avqust 2014-cü il tarixdə Nigar adlı uşağı doğulmuşdur.Uşaq doğulduğu vaxtdan onkoloji xəstəliyə düçar olmuşdur.Uzun sürən xəstəlikdən sonra qızı Nigar 26 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir.Lakin, həmin ildə uşağa ölüm haqqında şəhadətnamə götürə bilməmişdir.Uşağın ölümü ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də imtina verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.Hazırda qızı Nigar Biləsuvar şəhər qəbristanlığında dəfn olunmuşdur. Odur ki, qızı X3 26 oktyabr 2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ № 401087 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X4r. İşdə olan Maraqlı şəxs 17 aprel 2023-cü il tarixli 3-16-5/8-15-164/23 saylı məktubundan görünür ki, ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ərizəçi Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, lakin ölüm faktını təsdiq edən sənədləri təqdim edə bilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsi barədə ərizənin qəbulundan imtina edilmişdir. İşdə olan Biləsuvar şəhər İƏDÜ nümayəndəliyinin xx.xx.2023-cü il tarixli saylı arayışından görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və Biləsuvar şəhər qəbristanlığında dəfn olunmuşdur. X1 məhkəmədə ifadə verərək bildirmişdir ki, Ərizəçi əmisidir. Ərizəçi qızı xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və Biləsuvar şəhər qəbristanlığında dəfn olunmuşdur. Onun dəfn və yas mərasimlərində iştirak etmişdir. X2 məhkəmədə ifadə verərək bildirmişdir ki, Ərizəçi dostudur. Ərizəçi qızı xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və Biləsuvar şəhər qəbristanlığında dəfn olunmuşdur. Onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 xx.xx.2019-cu il tarixdə Biləsuvar şəhərində ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Beləliklə, məhkəmə işdə olan sənədlərə və şahid ifadəsinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 xx.xx.2019-cu il tarixdə Biləsuvar şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 xx.xx.2019-cu il tarixdə Biləsuvar şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar