Məhkəmə qərarları › İş №2(022)-72/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-72/2024

11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-72/2024 11.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi nümayəndəsi vəkil X10 iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 03 noyabr 2006-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş X4 12 avqust 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi vəkil X14 izahatında bildirmişdir ki, ərizəçi 12 avqust 2023-cü il tarixdə ailə üzvləri və yaxın qohumlarla birlikdə istirahət etmək məqsədi ilə Lənkəran- Lerik yolunun 23-cü km-də yerləşən Lerik istiqamətində yolun sağ kənarında açıq talada yerləşən Cənnət bağı adlanan əraziyə gəlmişlər.Ora çatdıqdabn sonra oturub yemək yemişlər, sonra isə günorta saatlarında orada olan Lənkəran çayina çimməyə getmişlər. Ərizəçinin oğlu Allahverdi Mehtiyev onlardan qabaqda gemiş, o, çayın sahilinə çatan kimi orada olan qayanın üzərindən başı üstə suya tullanmış və tullandıqdan sonra onun başı çayda olan daşlara dəymiş və suda boğulmağa başalmışdır.Bunu onunla birlikdə olan qohumlar görmüş və ona kömək etməyə çalışmışlar. Onu sudan çıxarsalar da nəticəsi olmamış, X6 çayda boğularaq ölmüşdür.Həmin vaxt ora təcili tibbi yardım maşını ilə həkimlər də gəlmişlər. Onlar ilkin tibbi yardım göstərmiş olsalar da, lakin mümkün olmamışdır. Bu hadisə ilə bağlı Lerik rayon prokurorluğunda toplanmış materiallar əsasında müstəntiq X13 tərəfindən araşdırma aparılmış və CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 avqust 2023-cü il tarixli qərar qəbul edilmişdir. X6 03 noyabr 2006-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş, qeyd olunduğu kimi baş vermiş bədbəxt hadisə nəticəsində 12 avqust 2023-cü il tarixdə vəfat etmiş və Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi Lerik rayon xəastəxanasından ölüm haqqında arayış istəmiş, lakin ona ərizəsi əsasında meyidin daxili müayinəsinin aparılmadığı, ona görə də bu haqda sənəd verə bilmədkləri bildirilmişdir. Lakin ona xx.xx.2023-cü il tarixli 1995 saylı arayış verilmişdir ki, həmin arayışda Lerik rayonunun Piran kəndi ərazisində çay kənarında 2006-cı il təvvəllüdlü X5 məxsus kişi cinsli meyidin aşkarlanması qeyd olunmuşdur. Həmin arayşı o, Maraqlı şəxsnə təqdim etmiş və ölüm haqqda şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxs tərəfindən ərizəsinə cavab olaraq xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-407/2023 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən ölümün qeydə alınması ölüm faktını təsdiq edən tibb müəsissəsinin müvafiq sənədi ( ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Maraqlı şəxs bu cavabı ilə xx.xx.2006-cı il tarixdə Biləsuvar şəhərində doğulmuş və 12 avqust 2023-cü il tarixdə vəfat etmiş X4 ölümünü qeydə almaqdan imtina etmişdir. X4 müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi vəfatından sonra qalmış miras əmlakı üzrə vərəsəlik açilması üçün lazımdır. Sonda Ərizəçi nümayəndəsi vəkil X14 ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-407/2023 saylı məktubundan görünür ki, ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ərizəçi Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, lakin ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mehtiyeva X3 şəhəri Y.Qaqarin küçəsi ev 26-da qeydiyyatdadır. İş materiallarında olan 29 sentyabr 2023-cü il tarixli № 05/Q-1635/69 saylı arayışdan görünür ki, X7 xx.xx.2006-cı il tarixdə Biləsuvar şəhərində anadan oluşdur. X2, anası X1r. İş materiallarında olan Biləsuvar RİHB-nın Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-14/2-622/2023 saylı arayışından görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X7 vəfat edən günədək Biləsuvar rayonu Səmədabad kəndində daimi qeydiyyatda olmuşdur. İş materiallarında olan fotolarda olan qəbr daşlarından görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli № 1995 saylı arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:00-da TTTY şöbəsinə çağırış verilmiş, çağırışın icrası zamanı Lerik rayon Piran kəndi ərazisində çay qırağında 2006-cı il təvəllüdlü X5 məxsus kişi cinsi meyiti aşkarlanmışdır. İş materiallarında olan Lerik rayon prokuroru tərəfindən imzalanmış məktubdan görünür ki, X4 Lənkəran çayında boğulması nəticəsində ölməsinə dair Lerik RPŞ-dən daxil olmuş məlumat əsasında araşdırılma aparılmış və araşdırma zamanı cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə 21 avqust 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarını, ərizəçinin izahatını, şahidlərin ifadələrini, habelə digər halları araşdıraraq hesab edir ki, Ərizəçi mərhum oğlu X4 xx.xx.2023-cü il tarixdə Lerik rayon Piran kəndi ərazisində çay qırağında ölməsi faktı təsdiqini tapdığına görə ərizə təmin edilməli, X4 xx.xx.2023-cü il tarixdə Lerik rayon Piran kəndi ərazisində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş X4 12 avqust 2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar