Məhkəmə qərarları › İş №2(022)-747/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-747/2025

11.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-747/2025 11.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, maraqlı şəxs Əliyeva (İbrahimova) Samirə Mirələm qızının, Ərizəçi maraqlı şəxs Əliyeva (İbrahimova) Samirə Mirələm qızına qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxs Əliyeva (İbrahimova) Samirə Mirələm qızı ilə 30 may 2024-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2024/MŞL-00700 saylı barışıq sazişinin təsdiq edilməsi, övladları 13 iyun 2018-ci il təvəllüdlü X11 və 02 avqust 2020-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 12:00-dan 17:00-a qədər ünsiyyətdə olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini belə əsaslandırmışdır ki, Əliyeva (İbrahimova) Samirə Mirələm qızı ilə ilə nikahları 09 aprel 2018-ci il tarixdə Biləsuvar rayonu, Bəydili kənd icra nümayəndəliyində 06 nömrəli aktla qeydiyyata alınmışdır. Birgəyaşayış dövründə 13 iyun 2018-ci il tarixdə X11 və 02 avqust 2020-ci il tarixdə isə X10 adlı uşaqları anadan olmuşdur. Əvvəllər münasibətləri normal olsa da, sonradan pisləşmiş, ayrılmaq qərarına gəlmişlər. 22 avqust 2023cü tarixdə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-893/2023 saylı qətnaməsi ilə X5 il aralarında olan 09 aprel 2018-ci il tarixdə Biləsuvar rayonu Bəydili kənd icra nümayəndəliyində 06 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 13 iyun 2018-ci il təvəllüdlü X11 və 02 avqust 2020-ci il təvəllüdlü X6 anaları X3 yanında qalması, onların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa 200 (iki yüz) manat olmaqla, cəmi ayda 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin ondan alınıb X4 verilməsi qət edilmişdir. O, üzərinə düşən öhdəlikləri icra etsə də, uşaqları ilə ünsiyyətdə ola bilmir. Övladları ilə maneəsiz görüşmək, onlarla vaxt keçirtmək isdəyir.Buna görə də uşaqları ilə ünsiyyətdə olmaq üçün yenidən mediasiyaya müraciət etmişdir. Mediasıya prosesində Əliyeva (İbrahimova) Samirə Mirələm qızı ilə razılığa gələrək uşaqların təhsil həyatına mane olmamaq üçün hər həftənin şənbə günü saat 12:00-dan 17:00-a qədər ünsiyyətdə olması qərarı vermişlər. Odur ki, Əliyeva (İbrahimova) Samirə Mirələm qızı ilə 30 may 2024-cü ildə mediasiya prosesində MŞL/MT014/2024/MŞL-00700 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Əliyeva (İbrahimova) Samirə Mirələm qızı məhkəmə iclasında ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ərizəni, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş AZ-T № 298882 saylı X7 surətindən görünür ki, Ərizəçi ilə Əliyeva (İbrahimova) Samirə Mirələm qızının birgə nikahından xx.xx.2020-ci il tarixdə X10 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan AZ-T № 298881 saylı X7 surətindən görünür ki, Ərizəçi ilə Əliyeva (İbrahimova) Samirə Mirələm qızının birgə nikahından xx.xx.2018-ci il tarixdə X11 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Biləsvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-893/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh X5 arasında 09 aprel 2018-ci il tarixdə Biləsuvar rayonu Bəydili kənd icra nümayəndəliyində 06 nömrə ilə qeydə alınmış nikah qeydi pozulması, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X6 anaları X3 yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa 200 (iki yüz) manat olmaqla, cəmi ayda 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin iddiaçı Ərizəçi alınıb cavabdeh X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024/MŞL-00700 saylı barışıq sazişindən görünür ki: Birinci tərəf: Ərizəçi ünsiyyət tələbi ilə bağlı İkinci X2 ilə razılıq əldə etdilər.Hər həftənin tərəflərin qarşılıqlı razılaşması əsasında hər həftənin şənbə günü saat 12:00-dan 17:00-a qədər ünsiyyətdə olması müəyyən edildi, İkinci Tərəf: X1 Tərəf: Ərizəçi qarşı müəyyən edilmiş vaxtı inkar etmədiyini bildirərək öhtəçilik götürdü. 1-ci Tərəf: Əliyev X13 Tərəf: X3 dediklərini təsdiq edir. MPM-in 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. MPM-in 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi və Əliyeva (İbrahimova) Samirə Mirələm qızı arasında xx.xx.2024-cü il tarixdə Mediasiya prosesi nəticəsində aşağdakı şərtlərlə bağlanılmış MŞL/MT014/2024/MŞL-00700 saylı Barışıq sazişi təsdiq edilməlidir: Birinci Tərəf: Ərizəçi və İkinci Tərəf: X5 Birinci tərəf: Ərizəçi ünsiyyət tələbi ilə bağlı İkinci X2 ilə razılıq əldə etdilər.Hər həftənin tərəflərin qarşılıqlı razılaşması əsasında hər həftənin şənbə günü saat 12:00-dan 17:00-a qədər ünsiyyətdə olması müəyyən edildi, İkinci Tərəf: X1 Tərəf: Ərizəçi qarşı müəyyən edilmiş vaxtı inkar etmədiyini bildirərək öhtəçilik götürdü. 1-ci Tərəf: Əliyev X13 Tərəf: X3 dediklərini təsdiq edir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Əliyeva (İbrahimova) Samirə Mirələm qızı arasında xx.xx.2024-cü il tarixdə Mediasiya prosesi nəticəsində aşağdakı şərtlərlə bağlanılmış MŞL/MT014/2024/MŞL- 00700 saylı Barışıq sazişi təsdiq edilsin: Birinci Tərəf: Ərizəçi və İkinci Tərəf: X5 Birinci tərəf: Ərizəçi ünsiyyət tələbi ilə bağlı İkinci X2 ilə razılıq əldə etdilər.Hər həftənin tərəflərin qarşılıqlı razılaşması əsasında hər həftənin şənbə günü saat 12:00-dan 17:00-a qədər ünsiyyətdə olması müəyyən edildi, İkinci Tərəf: X1 Tərəf: Ərizəçi qarşı müəyyən edilmiş vaxtı inkar etmədiyini bildirərək öhtəçilik götürdü. 1-ci Tərəf: Əliyev X13 Tərəf: X3 dediklərini təsdiq edir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar