Məhkəmə qərarları › İş №2(022)-783/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-783/2023

13.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-783/2023 13.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair (maraqlı şəxs Biləsuvar rayon Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək mərhum qızı X4 05 iyul 2021-ci il tarixdə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək izahatında bildirmişdir ki, qanuni nikahdan 10 oktyabr 1982-ci il tarixdə qızı X8 anadan olmuşdur. Qızı 39 il yaşamışdır. 05 iyul 2021 -ci il tarixdə isə ev şəraitində vəfat etmişdir. Rayonun Ağayrı kənd qəbirstanlığında dəfn edilmişdir.Qızının ölüm vaxtı təcili tibbi yardım çağrılmış və qızına ilkin tibbi yardım göstərilsə də, tibbi yardım baş tutmamış və qızı Könül vəfat etmişdir. Bu barədə Biləsuvar rayon Mərkəzi Xəstəxanası PHŞ-nin təcili və X6 şöbəsi tərəfindən 05 iyul 2021-ci il tarixli xəbərdarlıq vəsiqəsi verilmişdir. Ölüm haqqında tibbi arayış isə verilməmişdir.Ölüm haqqında şəhadətnamənin alınması üçün Biləsuvar rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qızına ölüm haqqında şəhadətnamə verilməkdən imtina olunmuşdur. Ona verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-165/ 2023 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf’na əsasən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alınır. Mərhum qızına digər qaydada ölüm haqqında şəhadətnamə almaq mümkün deyildir. Qanunun tələbinə əsasən qızının ölmünün qeyd edilməsi faktı müəyyən edildikdən sonra həmin sənədi almaq mümkün olacaqdır.Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, qızı X4 05 iyul 2021ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Biləsuvar rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindəmn görünür ki, Həsənov X5 rayonu Ağayrı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı № 16425720 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1982-ci il tarixdə Biləsuvar rayonu Ağayrı kəndində anadan olmaqla, həmin kənddə qeydiyyatda olmuşdur. İş materiallarında olan İX-JQ № 268263 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12 oktyabr 1982-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında X7 qeyd edilmişdir. İşdə olan Biləsuvar Rayon Qeydiyyat Şöbəsinin 17 aprel 2023-cü il tarixli 3-16-5/8- 15-165/23 saylı məktubundan görünür ki, ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ərizəçi Biləsuvar Rayon Qeydiyyat Şöbəsinə daxil olmuş ərizəsinə baxılmış, lakin ölüm faktını təsdiq edən sənədləri təqdim edə bilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsi barədə ərizənin qəbulundan imtina edilmişdir. İşdə olan Biləsuvar RİHB-nin Ağayrı kənd İƏDÜ nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-11/2-194/23 saylı arayışından görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ölüm faktı qeydə alınmamışdır. İş materiallarında olan Təcili və X6 Stansiyasının Xəbərdarlıq vəsiqəsindən görünür ki, X8 05 iyul 2021-ci il tarixdə aparılmış müalicə tədbirlərinə baxmayaraq xəstə vəfat etmişdir. X1 məhkəmədə ifadə verərək bildirmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla, qonşudurlar. Ərizəçi qızı xx.xx.1982-ci il tarixdə anadan olmuş X8 05 iyul 2021-ci il tarixdə vəfat etmiş və Biləsuvar rayon Ağayrı kənd qəbristanlığında dəfn olunmuşdur. Bir həmkəndli və qonşu kimi Könülün dəfn və yas mərasimlərində iştirak etmişdir. X2 məhkəmədə ifadə verərək bildirmişdir ki, ərizəçi ilə qonşu olmaqla həmkəndlidir. Ərizəçi qızı xx.xx.1982-ci il tarixdə anadan olmuş X8 05 iyul 2021-ci il tarixdə Bakı şəhərində xəstəlikdən vəfat etmiş və Biləsuvar rayon Ağayrı kənd qəbristanlığında dəfn olunmuşdur. Onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə işdə olan sənədlərə və şahid ifadəsinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qızı xx.xx.1982-ci il tarixdə anadan olmuş X4 05 iyul 2021ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il tarixdə anadan olmuş X4 05 iyul 2021-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar