Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-787/2023 17.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, mərhum oğlu X1 16 may 2021-ci il tarixdə Biləsuvar rayonu Amankənd kəndində ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək izahatında bildirmişdir ki, o, Biləsuvar rayonu Amankənd kəndində yaşamaqla şəhid anasıdır. Onun digər oğlu X5 18 fevral 1959-cu il tarixdə doğulmuşdur. Təzəxan Kərimov uzun sürən xəstəlikdən sonra 16 may 2021-ci il tarixdə vəfat etmiş və Amankənd qəbristanlığında dəfn edilmişdir.Lakin, həmin vaxt oğluna ölüm sənədini götürə bilməmişdir. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, ərizəsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Sonda Ərizəçi ərizənin təmin olunması, oğlu X1 16 may 2021-ci il tarixdə Biləsuvar rayonunun Amankənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-170/23 saylı məktubundan görünür ki, ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ərizəçi Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, lakin ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mamişova X6 rayonu Əmənkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nın Amankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-21/2-298/2023 saylı arayışından görünür ki, xx.xx.1959-cu il tarixdə anadan olmuş, Biləsuvar rayonu Amankənd kəndində qeydiyyatda olub, yaşamış X5 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və Biləsuvar rayon Amankənd kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan İV-JQ № 309028 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, X5 18 fevral 1959-cu il tarixdə Əmənkənd kəndində anadan olmuş, ata adı qrafasında X2, ana adı qrafasında X7 qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə həmkəndli olmaqla onunla qonşuluqda yaşayır. Səbiyənin oğlu X5 16 may 2021-ci il tarixdə vəfat etmiş və Amankənd kənd qəbristanlığında onu dəfn etmişlər. O, qonşu kimi X1 dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə həmkəndl olmaqla onu və Səbiyənin oğlu Təzəxanı yaxından tanımışdır. Səbiyənin oğlu X5 uzun sürən xəstəlikdən sonra 16 may 2021-ci il tarixdə vəfat etmiş və Amankənd kənd qəbristanlığında dəfn edilmişdir. O, həmkəndli kimi X1 dəfn və yas mərasimlərində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarını, ərizəçinin izahatını, şahidlərin ifadələrini, habelə digər halları araşdıraraq hesab edir ki, Ərizəçi mərhum oğlu X1 16 may 2021-ci il tarixdə Biləsuvar rayonu Amankənd kəndində ölməsi faktı təsdiqini tapdığına ərizə təmin edilməli, X1 16 may 2021-ci il tarixdə Biləsuvar rayonu Amankənd kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 18 fevral 1959-cu il tarixdə Puşkin rayonunun Əmənkənd kəndində anadan olmuş X1 16 may 2021-ci il tarixdə Biləsuvar rayonunun Amankənd kəndində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-787/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-787/2023
17.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver