Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-897/2024 18.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: 02 yanvar 1990-cı il tarixdə doğulmuş X2 16 fevral 1998-ci il tarixdə Biləsuvar rayonu, Səmədabad kəndində ölməsi faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi ərizəsində bildirmişdir ki, Biləsuvar rayon Səmədabad kəndində qeydiyyatdadır və daimi olaraq ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Ərizəçi 03 oktyabr 1979-cu il tarixdə X9 ilə evlənərək həmin tarixdə nikahları olmuş, birgə nikah dövründə 02 yanvar 1990-cı il tarixdə isə X7 adlı övladları doğulmuşdur. X7 anadangəlmə qüsurlu doğulmuşdur. Çoxsaylı müalicələr edilsə də, müsbət bir nəticə olmamış və 16 fevral 1998-cı il tarixdə ölmüşdür. Lakin ölüm faktı Qeydiyyat şöbəsində qeydə alınmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina olunmuş və bununla əlaqədar məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. X1 rayon Səmədabad kənd qəbristanlığında dəfn olunmuş, X3 məzarının fotoşəkili ərizəyə əlavə edilmişdir. Ərizəçi övladı X3 ölüm faktının qeyd edilməsi ilə bağlı sənədi məhkəmədən kənar digər hər hansı qaydada ala bilmədiyini və ölüm faktının qeyd edilməsinin vərəsəlik işi ilə əlaqədar zəruri olduğunu iddia ərizəsində qeyd etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi nümayəndəsi və vəkili Vəkilməhkəmə iclasında ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclasa gəlməmiş, iştirak etməmənin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 19 fevral 1990-cı il tarixli, 477348 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki 02 yanvar 1990-cı il tarixdə doğulmuş X3 atası Ərizəçi, anası X8r. Biləsuvar RİHB-nın Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 may 2024-cü il tarixli, 5-39-14/2-262/2024 saylı arayışına əsasən görünür ki, ərizəçi Məmmədov X4 rayon Səmədabad kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 14 may 2024-cü il tarixli, 3-16-5/8-15-M- 176/2024 saylı məktubda, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının qeyd edilməsi və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparıldığı bildirilmiş, bu səbəbdən ölüm faktının qeyd edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi təklif edilmişdir. X3 Biləsuvar rayon Səmədabad kənd qəbristanlığında dəfn olunması ilə bağlı X3 məzarının fotoşəkili iş materiallarına əlavə edilmişdir. Şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, X3 xalası oğludur. 16 fevral 1998-ci il tarixdə ərizəçinin qızı, həm də F.S.Bayramovun qalası qızı S.Ərizəçinln vəfat etdiyini öyrənmişdir. Mərhum Səmədabad kənd qəbristanlığında dəfn olunmuşdur. Yas mərasimlərində iştirak etmişdir. Şahid qismində dindirilmiş X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, X3 anasıdır. S.Ərizəçi 02 yanvar 1990-cı il tarixdə doğulmuşdur. X7 anadangəlmə qüsurlu doğulmuşdur. Çoxsaylı müalicələr edilsə də, müsbət bir nəticə olmamış və 16 fevral 1998-cı il tarixdə ölmüşdür. Lakin ölüm faktı Qeydiyyat şöbəsində qeydə alınmamışdır. X1 rayon Səmədabad kənd qəbristanlığında dəfn olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. İşə baxan məhkəmənin mövqeyi: Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, Ərizəçi qızı (mərhumun Ərizəçi qızı olması elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatları ilə təsdiq edilir) X7 16 fevral 1998-ci il tarixdə Biləsuvar rayon Səmədabad kənd qəbiristanlığında dəfn edilmişdir, lakin Ərizəçi, qızı X3 ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1990-cı il təvəllüdlü X3 16 fevral 1998-ci il tarixdə Biləsuvar rayon Səmədabad kəndində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, 02 yanvar 1990-cı il təvəllüdlü X3 16 fevral 1998-ci il tarixdə Biləsuvar rayon Səmədabad kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 yanvar 1990-cı il təvəllüdlü X3 16 fevral 1998-ci il tarixdə Biləsuvar rayon Səmədabad kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-897/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-897/2024
18.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver