Məhkəmə qərarları › İş №2(023)-1008/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1008/2025

07.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1008/2025 07.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yoldaşı 11 fevral 1965-ci il tarixdə Qazax rayonu Kosalar kəndində doğulmuş X10 17 avqust 2024-cü il tarixdə Qazax rayonu, Kosalar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Kosalar kənd sakini 11 fevral 1965-ci ildə anadan olmuş, X14 ilə 21 noyabr 2012-ci ildə ailə quraraq nikahlarını rəsmiləşdirmişlər. Həyat yoldaşı İbrahimxəlilov İbi oğlu 17 avqust 2024-cü ildə xəstəlikdən Qazax rayonu Kosalar kəndində vəfat etmişdir. Yoldaşı Kosalar kəndində qəbrisanlıqda dəfin etmişlər. Hüquqi savadsızlıqdan və stresdə olduğu üçün ölümü qeydiyyata aldırmamışlar. Ölüm faktının üzərindən uzun müddət keçdiyi üçün ölüm sənədini əldə etmək və ölümünü qeydiyyata aldırmaq mümkün deyildir. Bu faktın təsdiqi vərəsəlik açılması üçün lazımdır. Bu faktın məhkəmədən kənar təsdiq edilməsi mümkün deyildir. Qazax qeydiyyat şöbəsi ölüm haqqında qeydin aşkar edilməsi barədə arayış, eləcədə Qazax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs bu ölüm qeydiyyatının aşkar edilməməsi barədə məlumat vermişdir. Müddət keçdiydən onlar ölüm haqqında şəhadətnaməni əldə edə bilmir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddia ərizəsində texniki səhv olaraq ərinin adını İvi əvəzinə İbi kimi qeyd etmişdir. Odur ki, qətnamə qəbul edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi qız ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun bibisidir. X15 onun əmisidir və onun 17 avqust 2024-cü il tarixdə Qazax rayonu Kosalar kəndində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun bibisidir. X15 onun əmisidir və o 2024-cü il avqust ayında vəfat etmişdir. X11 Qazax rayonu Kosalar kənd qəbirstanlığında dəfn edilməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun bibisidir. X15 onun əmisidir və o 2024-cü ildə xatırlamdığı tarixdə vəfat etmişdir. X11 dəfn mərsimində iştirak etmiş və Qazax rayonu Kosalar kənd qəbirstanlığında dəfn edilməsini təsdiq edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1965-ci il tarixdə anadan olmuş, ata qrafasında Şahid1, ana qrafasında isə X2 qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Ərizəçi xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarında olan 10 mart 2025-ci il tarixli tibbi arayışdan görünür ki, X11 vəfat etməsi ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan 13 mart 2025-ci il tarixli Maraqlı şəxs məktubundan görünür ki, X12 məxsus ölüm faktının müəyyən edilməsi tibbi şəhadətnamə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. İş materiallarında olan görünür ki, Qazax rayonun Kosalar kənd sakinləri X5, X6, və X1 akt tərtib edərək, göstərmişlər ki, həqiqətəndə xx.xx.1965-ci il təvəllüdlü X15 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və Kosalar kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, Qazax rayonun Kosalar kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Kosalar kənd sakini mərhum X15 xx.xx.1965-ci il tarrixdə Qazax rayonun Kosalar kəndində anadan olmuş, xx.xx.2024-cü il tarixdə Qazax rayonun Kosalar kəndində vəfat etmiş və Kosalar kənd qəbristanlığında dəfn edilmişdir. X3 adı qəbir daşında səhvən X17 kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum xx.xx.1965-ci il təvəllüdlü X11 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1965-ci il təvəllüdlü X11 17 avqust 2024-cü il tarixdə ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1965-ci il tarixdə Qazax rayonu Kosalar kəndində anadan olmuş X11 17 avqust 2024-cü il tarixdə Qazax rayonu Kosalar kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar