Məhkəmə qərarları › İş №2(023)-1077/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1077/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1077/2023 13.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı “Mətanət A” şirkətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı “Mətanət A” şirkətinin Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “Mətanət A” şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində vurulmuş 815 manat maddi ziyanın və 30 manat dövlət rüsumu olmaqla, cəmi 845 manat tutularaq “Mətanət A” şirkətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin 1(023)- 16/2023 saylı, 10 mart 2023-cü il tarixli hökmü ilə Cavabdeh “Mətanət A” şirkətinə və digər şəxslərə məxsus əmlakları oğurluq yolu ilə talaması sübuta yetirilərək o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək iki il on ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən şikayət verilməmiş və qanuni qüvvəsini almışdır. Həmin hökmlə sübut edilmişdir ki, cavabdehin törətdiyi cinayət əməli nəticəsində “Mətanət A” şirkətinə 1000 (bir min) manat maddi ziyan dəymişdir. Qeyd edilən cinayət işi üzrə icraatın gedişində “Mətanət A” şirkəti tərəfindən mülki iddia verilməmişdir. Cavabdehin şirkətdən oğurladığı əşyalardan bir neçəsi istintaqın gedişində aşkar edilərək qaytarılsa da, 295 manat dəyərində bir ədə 0.75 kv. Ev 63 72 d/d frenli reduktoru, 230 manat dəyərində bir ədəd 0.75 kv EV 63 110 d/d tork kollu motor reduktoru, 40 manat dəyərində bir ədəd 40A gücündə avtomat, 100 manat dəyərində iki ədəd “Schneider” markalı termiki, 150 manat dəyərində 3 ədəd 4 kv kontaktor qurğusu qaytarılmamış və onun dəyəri cavabdeh tərəfindən şirkətə ödənilməmişdir. Cinayət işinin istintaqı dövründə keçirilmiş əmtəəşünaslıq ekspertizasının nəticələrindən göründüyü kimi qaytarılmamış bütün bu malların cəmi dəyəri 815 (səkkiz yüz on beş) manat müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı “Mətanət A” şirkətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini və iddianın təmin olunmasını xahiş etmişdir. Lakin maddi imkanı olmadığı üçün tələb olunan məbləği birdəfəyə ödəmək iqtidarında olmadığını bildirmişdir. Odur ki, həmin məbləğin hissə-hissə ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qazax Rayon Məhkəməsinin 1(023)-16/2023 saylı, 10 mart 2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh 18 fevral 2022-ci il tarixdə saat 11 radələrində “Mətanət A” şirkətinin Qazax rayonu Daş Salahlı kəndi ərazisində yerləşən ətrafı dəmir çəpərlə əhatələnmiş “Azərlime” əhəng zavodunun arxa hissəsində dəmir toru dartaraq aralayıb zavodun ərazisinə keçərək orada olan dəmir konteynerin qapısının qıfılını dəmir predmetlə sındırıb qanunsuz içəri daxil olaraq 295 manat dəyərində bir ədəd 0,75 kw EV 63 72 d/d frenli redukotru, 230 manat dəyərində 0,75 kw EV 63 110 d/d tork kollu motor reduktoru, zavodun istehsalat sahəsindən 25 manat dəyərində bir ədəd 40A gücündə avtomatı, birinin qiyməti 50 manat olan 100 manat dəyərində 2 ədəd «Schneider» markalı termiki, birinin qiyməti 50 manat olan 200 manat dəyərində 4 ədəd «Dorman Smith AT 10 c»,_«Dorman Smith:ÄT 20c”, “EN 60898 iec 898” və "«Siemens 5SQ 21» markalı termikİəri, birinin qiyməti 50 manat olan 150 manat dəyərində 3 ədəd 4 kw kontaktor qurğusunu yerindən söküb apararaq, zərərçəkmiş-şəxsə ümumilikdə 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli yolla talayaraq oğurlamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tamah niyyətilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə “Mətanət A” şirkətinin Qazax rayonu Daş Salahlı kəndi ərazisində yerləşən “Azərlime” əhəng zavoduna məxzsus 295 manat dəyərində bir ədəd 0,75 kw EV 63 72 d/d frenli redukotru, 230 manat dəyərində 0,75 kw EV 63 110 d/d tork kollu motor reduktoru, zavodun istehsalat sahəsindən 25 manat dəyərində bir ədəd 40A gücündə avtomatı, birinin qiyməti 50 manat olan 100 manat dəyərində 2 ədəd «Schneider» markalı termiki, birinin qiyməti 50 manat olan 200 manat dəyərində 4 ədəd «Dorman Smith AT 10 c»,_«Dorman Smith:ÄT 20c”, “EN 60898 iec 898” və "«Siemens 5SQ 21» markalı termikİəri, birinin qiyməti 50 manat olan 150 manat dəyərində 3 ədəd 4 kw kontaktor qurğusunu gizli olaraq talayıb “Mətanət A” şirkətinə ümumilikdə 1000 (min) manat məbləğində maddi ziyan vurmuşdur. Törətdiyi cinayətə görə, Qazax Rayon Məhkəməsinin 1(023)-16/2023 saylı, 10 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdehin şirkətdən oğurladığı əşyalardan bir neçəsi istintaqın gedişində aşkar edilərək qaytarılmış, 295 manat dəyərində bir ədə 0.75 kv. Ev 63 72 d/d frenli reduktoru, 230 manat dəyərində bir ədəd 0.75 kv EV 63 110 d/d tork kollu motor reduktoru, 40 manat dəyərində bir ədəd 40A gücündə avtomat, 100 manat dəyərində iki ədəd “Schneider” markalı termiki, 150 manat dəyərində 3 ədəd 4 kv kontaktor qurğusu qaytarılmamış və onun dəyəri cavabdeh tərəfindən şirkətə ödənilməmişdir. Ekspertiza rəyinə əsasən qaytarılmamış malların cəmi dəyəri 815 (səkkiz yüz on beş) manat müəyyən edilmişdir. İddiaçıya dəymiş ziyan bu günədək qaytarılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsin əəsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Cavabdeh tamah niyyətilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə “Mətanət A” şirkətinin Qazax rayonu Daş Salahlı kəndi ərazisində yerləşən “Azərlime” əhəng zavoduna məxzsus 295 manat dəyərində bir ədəd 0,75 kw EV 63 72 d/d frenli redukotru, 230 manat dəyərində 0,75 kw EV 63 110 d/d tork kollu motor reduktoru, zavodun istehsalat sahəsindən 25 manat dəyərində bir ədəd 40A gücündə avtomatı, birinin qiyməti 50 manat olan 100 manat dəyərində 2 ədəd «Schneider» markalı termiki, birinin qiyməti 50 manat olan 200 manat dəyərində 4 ədəd «Dorman Smith AT 10 c»,_«Dorman Smith:ÄT 20c”, “EN 60898 iec 898” və "«Siemens 5SQ 21» markalı termikİəri, birinin qiyməti 50 manat olan 150 manat dəyərində 3 ədəd 4 kw kontaktor qurğusunu oğurlamışdır və onun hüquqazidd əməlləri nəticəsində iddiaçı “Mətanət A” şirkətinə 1000 manat məbləğində zərər vurulmuşdur. Cavabdehin şirkətdən oğurladığı əşyalardan bir neçəsi istintaqın gedişində aşkar edilərək qaytarılmışdır. Hazırda cavabdeh qalan əmlakların dəyəri olan 815 manat puldan iddiaçıya heç bir məbləğ ödənilməmişdir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 815 (səkkiz yüz on beş) manat pul alınaraq iddiaçı “Mətanət A” şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 815 (səkkiz yüz on beş) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq “Mətanət A” şirkətinə verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar