Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1154/2025 19.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümməov Anar Fərmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı 2 saylı X2 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 2 saylı X2 Mərkəzi Cavabdeh qarşı, meşə fondu sahəsində özbaşına malqara otarılması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 211.20 (iki yüz on bir manat 20 qəpik) manat məbləğində pul vəsaiti X1 tutulub 2 saylı X2 Mərkəzinin hesabına tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 2 saylı X2 Mərkəzi iddianı onunla əsaslandırmışdır ki, 2 sayı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Mərkəzin Avey meşəbəyliyinin 6 saylı meşə dolayısında reyd keçirilən zaman Qazax rayonu Aslanbəyli kənd sakini Cavabdeh tərəfindən özbaşına olaraq mal-qarasını Dövlət meşə fondunun sahəsinə gətirib otarması faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material İXM-nin 103.1 maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində Dövlət meşə fonduna AR NK-nin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 211.20 (iki yüz on bir manat 20 qəpik) manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2025-ci il tarixli 3-14-27-12/2-092/2025 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. Əvvəllki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul edir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, bildridi ki, cavabdeh tərəfindən özbaşna olaraq mal-qarasının meşə fondunun sahəsinə gətirib otarması nəticəsində iddiaçı təşkilata 211,20 manat ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan 08 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində Azərbaycan Respublikası İXMnin 400 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 2 saylı X2 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-14-27-12/2- 092/2025 saylı məktubundan görünür ki, Cavabdeh 2 saylı X2 Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə Avey meşəbəyliyinin 6 saylı meşə dolayısının ərazisində özbaşına mal-qara otarmaqla Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyinizə dair 2 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol tərtib edilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan 2 saylı X2 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-14-27-12/2- 092/2025 saylı məktubundan görünür ki, Dövlət meşə fonduna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasnda aparılmış hesablamalarla ümumilikdə 211.20 (iki yüz on bir manat 20 qəpik) manat məbləğində maddi zərərin vuruiması müəyyən edilmişdir. Zərər məbləğini 10 gün müddətində könüllü ödəmədiyi təqdirdə vurulmuş zərərin könüllü ödəməkdən imtina kimi qiymətləndirilməklə məhkəməyə iddia ərizəsi veriləcəyi barədə Cavabdeh bildirilmişdir. İş materiallarında olan 28 aprel 2025-ci il tarixli, 004794 nömrəli aktın surətindən görünür ki, 2024-cü ilin payız mövsümündə səpələnmiş palıd toxumu 2 ha ərazisində Aslanbəyli kəndi sakini Cavabdeh vətəndaşa məxsus 30 baş iti buynuzlu mal-qara 2 baş at olmaqla həmin 2 ha palıd səpinini tamamilə məhv etmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində meşə fonduna 211 manat 20 qəpik məbləğində zərər vurulmuş, lakin Cavabdeh tərəfindən 211 manat 20 qəpik məbləği hazırki tarixədək ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. «Meşə Qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2004-cü il tarixli 145 saylı Qərarının 2-ci bəndinə görə «Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarı ilə təsdiq edilmiş «Respublika meşələrində əsas meşə və kol cinslərinin köküstə buraxılış nırxları»nda işlik oduncağa (qabıqsız) görə altı yüksəldici əmsal və oduna (qabıqla) görə on yüksəldici əmsal tətbiq edilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edilməli, meşə fonduna vurulmuş zərərin əvəzi qismində 211 manat 20 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: 2 saylı X2 Mərkəzinin iddiası təmin edilsin. Cavabdeh 2 saylı X2 Mərkəzinin xeyrinə vurulmuş zərərin əvəzi qismində 211,20 (iki yüz on bir) manat məbləğində pul vəsaiti tutulsun. Dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1154/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1154/2025
19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver