Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1162/2024 12.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi və nümayəndəsi, Vəkil iştirakı ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 12 sentyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ölüm faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 05 sentyabr 2007-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X2 ölüm tarixinin texniki səhv olaraq 09 may 2007-ci il əvəzinə, 05 sentyabr 2007-ci il yazdıqlarını bildirmiş və məhkəmə qətnaməsi qəbul edilərkən ölüm tarixinin 09 may 2007-ci il kimi yazılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun valideynləri X3 ilə anası X7 ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından beş uşaqları Ərizəçi, X9, X10, X13 və X16 anadan olmuşdur. X3 1994-cü ildə anası X7 isə 2007-ci ildə vəfat etmişdir. Atası və anası vəfat edən zaman Qazax rayonu İkinci Şıxlı kənd qəbirstanlığında dəfn edilmişlər. Ailənin bütün çətinlikləri onun üzərində olduğundan səhlənkarlıq edib o, mərhum anası X2 ölüm şəhadətnaməsini əldə edə bilməyib. Hal-hazırda o, mərhum anası X2 ölüm haqqında şəhadətnaməsini əldə edə bilmir. Məcbur olub məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi, Vəkil ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, o,xx.xx.1964cü il tarixdə Qazax rayonu İkinci Şıxlı kəndində anadan olmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin anası X4 tanımışdır. X1 09 may 2007-ci il tarixdə vəfat etmişdir və Qazax rayonu İkinci Şıxlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, o,xx.xx.1951ci il tarixdə Şamxor rayonu Çaparlı kəndində anadan olmuşdur.Ərizəçi onun yaxın qohumudur. Ərizəçinin anası X4 tanımışdır. X1 09 may 2007-ci il tarixdə vəfat etmişdir və Qazax rayonu İkinci Şıxlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.1958-ci il tarixdə Qazax rayonu İkinci Şıxlı kəndində anadan olmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin anası X4 tanımışdır. X1 09 may 2007-ci il tarixdə vəfat etmişdir və Qazax rayonu İkinci Şıxlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi, X3, anası X7 olmaqla xx xxxxx 1965-ci ildə Şamxor rayonunda doğulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, X9 X3, anası X7 olmaqla 08 mart 1959-cü ildə Şamxor rayonunda doğulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, X16 X3, anası X7 olmaqla 09 fevral 1971-ci ildə Bakı şəhərində doğulmuşdur. JN-1144A KOD 50100088 nömrəli Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədən görünür ki, Qazax rayonu İkinci kəndində yerləşən 0,08 hektar torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. JN-486 KOD 50100088 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktınin surətindən görünür ki, Qazax rayonu İkinci kəndində yerləşən 0,67 hektar torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 17 noyabr 2023-cü il tarixli, 3-16-5/8-69/-2167/2023 nömrəli məktubdan görünür ki, 05 sentyabr 2007-ci il tarixdə vəfat etmiş X2 barəsində ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə ərizəsinə baxılmışdır. X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Vəkil ərizəsinin təmin edilməsinin mümkün olmadığını bildirmiş. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Vəkil izah edilmişdir. Qazax RİHB-nın Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Qazax rayonunun İkinci Şıxlı kənd sakini olmuş X7 xx.xx.2007-ci ildə vəfat etmiş, mərhumun ailəsinə məxsus fərdi yaşayış evində dəfn mərasimi təşkil olunmuş və Qazax rayonu İkinci Şıxlı kənd qəbristanlığında dəfn edilmişdir. X2 qəbir daşından çəkilmiş fotoşəkildə ölüm tarixi xx.xx.2007-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X1nın ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 09 may 2007-ci ildə ölməsi ərizəçinin və nümayəndəsinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X2 09 may 2007-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1162/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1162/2024
12.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver