Məhkəmə qərarları › İş №2(023)-1215/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1215/2023

27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1215/2023 27.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh tərəfindən iddiaçıya dəymiş 336,95 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 366,95 manat məbləğində pul cavabdehden məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azeriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50/BAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh Bakı şəhərinin Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, Söyüdlər yaşayış massivi ünvanında vətəndaş X7 məxsus olan və ondan əldə etdiyi etibarnamə əsasında idarə etdiyi FORD CARGO markalı **-MM-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qǝza) törətmiş və SOCAR "Azəriqaz" İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin (bundan sonra "BRQİD" adlandırılacaq) balans və istismarında olan qaz xətti borusuna dəymiş, həmin qaz xətti borusu da yolun sağ kənarında park halında saxlanmış və üçüncü şəxs X5 məxsus olan OPEL markalı **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınının üzərinə düşmüşdür. Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində, SOCAR "Azəriqaz" İBnin BRQİD balans və istismarında olan 159 və 76 mm diametrlik, orta təzyiqli, yerüstü qaz xətləri qırılmış və istismar vəziyyəti yararsız hala düşmüşdür. Nəticədə 159 mm diametrlik, orta təzyiqli, yerüstü qaz xəttinin L=40 p/m hissəsi və 76 mm diametrlik, orta təzyiqli, yerüstü qaz xəttinin L-10 p/m hissəsi yararsız vəziyyətə düşmüş, 20 dəqiqə müddət ərzində də təbii qaz havaya axmasını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixində akt müəyyən olunur ki, hadisə ilə bağlı SOCAR "Azəriqaz" İB-nin BRQİD Binəqədi Texniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən ərazinin qaz təminatı dayandırılmış, hadisə barədə "Azəriqaz" İBnin Qəza-Bərpa Xidmətinə və həmçinin Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verilmiş, faktla bağlı iddiaçı cəmiyyətin əməkdaşları tərəfindən akt tərtib edilmiş və hadisə ilə bağlı fotoşəkillər iddia ərizəsinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş X2 izahatından müəyyən olunur ki, Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, təqsirkar sürücü X1 və yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş digər avtomaşın sürücüsü X3 izahatları alınmış, X4 RPİ-də vermiş olduğu yazılı izahatında faktı etiraf etmişdir. İş materiallarına əlavə edilmiş İXP-dan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə X1 İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərar qəbul edildiyi,X4 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tədbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Qiymət cədvəlindən görünür ki, cavabdeh tərəfindən baş vermiş avtoqəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə "Azəriqaz” İByə ümumilikdə 336,95 manat məbləğində (17,62 manat itirilmiş qazın dəyəri və 319,33 manat təmir-bərpaya çəkilən xərc) maddi zərər vurulduğu və cavabdeh tərəfindən iddiaçı "Azəriqaz" İB-yə dəymiş maddi zərər ödənilmədiyi qeyd edilmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən "zərər vurma" öhdəliyin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən”Hüquqi və fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir”. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2022-ci il tarixində Cavabdeh Bakı şəhərinin Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, Söyüdlər yaşayış massivi ünvanında vətəndaş X7 məxsus olan və ondan əldə etdiyi etibarnamə əsasında idarə etdiyi FORD CARGO markalı **-MM- *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qǝza) törətmiş və SOCAR "Azəriqaz" İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin (bundan sonra "BRQİD" adlandırılacaq) balans və istismarında olan qaz xətti borusuna dəymiş və həmin qaz xətti borusu da yolun sağ kənarında park halında saxlanmış və üçüncü şəxs X6 məxsus olan OPEL markalı **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınının üzərinə düşmüşdür. İddiaçının balansında və istismarında olan 159 və 76 mm diametrlik, orta təzyiqli, yerüstü qaz xətləri qırılmış və istismar vəziyyəti yararsız hala düşmüş, nəticədə 159 mm diametrlik, orta təzyiqli, yerüstü qaz xəttinin L=40 p/m hissəsi və 76 mm diametrlik, orta təzyiqli, yerüstü qaz xəttinin L-10 p/m hissəsi yararsız vəziyyətə düşmüş, 20 dəqiqə müddət ərzində də təbii qaz havaya axmmasını qeyd etmişdir. İddiaçıya dəymiş maddi zərər bilavasitə cavabdehin hüquqa zidd əməlləri nəticəsində zərər vurulduğundan, bununla da mülki hüquq pozuntusu cavabdeh tərəfindən törədildiyindən dəymiş maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçıya dəymiş 336,95 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 366,95 manat məbləğində pul cavabdehden tutularaq iddiaçı "Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azerigaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50/BAZ********************) bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar