Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1307/2025 30.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair mülki işə 30 iyun 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Bakı 10 saylı mediasiya təşkilatında bağlanmış, xx.xx.2025-ci il tarixli MSB/10/2025-00098 nömrəli barışıq sazişinin 2.1 bəndində nəzərdə tutulmuş alimentin ödənilməsinə dair hissəsinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə bağladıqları xx.xx.2025-ci il tarixli MSB/10/2025-00098 nömrəli barışıq sazişinə əsasən Qazax rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 387 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X1 onun himayəsində qalması, Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 1-dən 10-a kimi hər uşağa 100 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment məbləğini onun bank hesabına köçürməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçməsinə baxmayaraq, Maraqlı şəxs həmin barışıq sazişinin alimentin ödənilməsinə aid hissəsini könüllü qaydada icra etmir və sazişin bu hissəsinin könüllü icrasından imtina edir, artıq 3 aya yaxındır ki, alimenti ödəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı 10 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MSB/10/2025-00098 nömrəli barışıq sazişindən görünür ki, tərəflər Qazax rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 387 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X1 Ərizəçi himayəsində qalması, Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 1-dən 10-a kimi hər uşağa 100 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment məbləğini Ərizəçi aid bank hesab kartına köçürməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəçinin tələbinin əsaslı olduğunu qəbul edir və hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Ərizəçi aliment tələbi ilə bağlı Mediasiya Təşkilatına müraciət etmiş və Maraqlı şəxs ilə aralarında xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış, Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 1-dən 10-a kimi hər uşağa 100 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment məbləğini Ərizəçi aid bank hesab kartına ödəyəcəyinə dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs xx.xx.2025ci il tarixindən etibarən hər ayın 1-dən 10-a kimi hər uşağa 100 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment məbləğini Ərizəçi aid bank hesab kartına ödəyəcəyinə dair Bakı 10 saylı mediasiya təşkilatında bağlanmış, xx.xx.2025-ci il tarixli MSB/10/2025-00098 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1307/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1307/2025
30.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver