Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1318/2024 10.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuş əri X7 22 aprel 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X13 ilə xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar. Əri E.R.Əliyev xx.xx.2024-cü ildə ölmüş və Qazax rovununun Ağköynək kənd qəbirsatnlığında dəfn olunmuşdur. Onun dəfnində yaxın qohumlar, qonşular və digər şəxslər iştirak etmişlər. Lakin, əri E.R.Əliyev vəfat edərkən həkimdən tibbi şəhadəthamə alınmadığından, onun ölüm haqqında şəhadətnaməsini almaq mümkün olmamışdır. Mərhum əri E.R.Əliyevə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin şöbədə aparılmış yoxlama zamanı onun ölüm akt qeydiyyatı tapılmamışdır. Əri E.R.Əliyevin ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Ona görə də hesab edirəm ki, bu hüquqi əhəmiyyətli fakt məhkəmp qətnaməsi əsasında müəyyən olunmalıdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X11 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, mərhum Elmar Əliyev onun bacısının oğludur. Ölüm günü yadında deyil, amma bu il rəhmətə gedibdir. Dəfnində iştirak edibdir. xx.xx.2024-cü il tarixdə vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, mərhum Elmar Əliyev onun qonşusudur. Ölüm günü yadında deyil. Bir neçə aydır rəhmətə gedibdir. Axşam evə gedəndə bilib ki, rəhmətə gedibdir. Dəfnində iştirak edibdir. Elmar Əliyevin vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, mərhum Elmar Əliyev onun qonşusudur. Ölüm günü tam yadında deyil. Amma aprel ayında rəhmətə gedibdir. Dəfnində iştirak edibdir. xx.xx.2024-cü il tarixdə vəfat etməsini təsdiq edir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1970-ci il tarixdə anadan olmuş X13 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və xx.xx.2024-cü il tarixdə Ağköynək kəndində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-Ə-70-283/2024 saylı arayışdan görünür ki, X7 xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Qazax rayonu Ağköynək kəndində yaşayanlar X9 və X1 aktı tərtib edərək göstərmişər ki, həqiqətən də xx.xx.1970-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuş X13 22 aprel 2024-cü il tarixdə ölmüş və o, 23 aprel 2024-cü il tarixdə Qazax rayonu, Ağköynək kənd qəbirstanlığında dəfn olunmuşdur. Onlar mərhum X7 dəfn və yas mərasimində yaxından iştirak etmişdirlər. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 atası X12, anası X5 olmaqla 08 mart 1959-cü ildə Şamxor rayonunda doğulmuşdur İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X13, 23 iyul 1970-ci ildə Qazax rayonunda doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X7 22 aprel 2024-cü ildə ölməsi ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Qazax rayonunun Ağköynək kəndində 23 iyul 1970-ci il tarixdə anadan olmuş X7 22 aprel 2024-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1318/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1318/2024
10.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver