Məhkəmə qərarları › İş №2(023)-1393/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1393/2024

17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1393/2024 17.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı ildə Qazax rayonunun Əli Bayramlı kəndində anadan olmuş X1 18 may 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 ilə X4 17 dekabr 1993-cü ildə nikaha daxil olmuşlar. X4 28 yanvar 2019-cu ildə vəfat etmişdir. X5 isə xx.xx.2024-cü ildə intihar edərək, ölmüşdür və xx.xx.2024-cü il tarixdə Qazax royununun Aslanbəyli kənd qəbirsatnlığında dəfn olunmuşdur. Onun dəfnində yaxın qohumlar, qonşular və digər şəxslər iştirak etmişlər. Lakin, atası vəfat edərkən həkimdən tibbi şəhadətnamə alınmadığından, onun ölüm haqqında şəhadətnaməsini almaq mümkün olmamışdır. X1 isə xx.xx.2024-cü ildə intihar etməsi faktı Qazax rayon prokurorluğunun 22 iyul 2024-cü il tarixli cinayət işinim başlanmasının rədd edilməsi haqqında qərarı ilə öz təsdiqini tapmışdır. Mərhum atası T.S.Nəbiyevə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin şöbədə aparılmış yoxlama zamanı onun ölüm akt qeydiyyatı tapılmamışdır. Atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Ona görə də, xx.xx.1960-cı ildə Qazax rayonunun Əli Bayramlı kəndində anadan olmuş X1 18 may 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirdi ki, ərizəçi onun qardaşıdır. X2 onun atasıdır. 18 may 2024-cü il tarixdə rəhmətə getmişdir. X1 vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, ərizəçinin atası X2 onun qardaşıdır. X12 18 may 2024-cü il tarixdə vəfat etmişdir. Dəfnində iştirak etmişdir. X8 vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirdi ki, ərizəçi ilə qonşudur. X12 vəfat edən gün səs küy gəldi və onların evinə gedəndə gördülər ki, özünü asıbdır. Sonra polis əməkdaşları gəldilər və sənədləşmə apardılar. X12 18 may 2024-cü il tarixdə vəfat etmişdir. Dəfnində iştirak etmişdir. X8 vəfat etməsini təsdiq edir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X12 xx.xx.1960-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X12 xx.xx.1960-ci il tarixdə anadan olmuş,ata qrafasında X9, ana qrafasında isə X6 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qazax rayonu Aslanbəyli kənd sakini 19 may 1960-ci il təvəllüdlü X8 özünü asaraq intihar etməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd eilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs məktubdan görünür ki, X8 qeydə alınması ölüm haqqında tibbi şəhatətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi ilə X13 17 dekabr 1993-cü il tarixdə evlənmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi xx xxxx 2004-cü il il tarixdə anadan olmuş, ata qrafasında X12 ana qrafasında isə X7 qeyd edilmişdir. İş materiallarında ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 14 avqust 2024-cü il tarixli Qazax rayon Aslanbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayşdan görünür ki, X3 rayon Aslanbəyli kəndində qeydiyyatda olmaqla yaşmişdir. xx.xx.2024-cü il tarixdə Qazax rayon Aslanbəyli kəndində özünə məxsus evin yanında yardımçı tikilidə intihar etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X2nun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X8 18 may 2024-cü ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində 19 may 1960-ci il tarixdə anadan olmuş X8 18 may 2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar