Məhkəmə qərarları › İş №2(023)-1401/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1401/2024

15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1401/2024 15.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum yoldaşı 11 fevral 1957-ci il tarixdə Qazax rayonu Əli Bayramlı kəndində doğulmuş, X2 28 iyul 2024-cü il tarixdə Qazax rayonu Aslanbəyli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum yoldaşı X3 28 iyul 2024cü il tarixdə Qazax rayonu Aslanbəyli kəndində yaşayış evində özünü asaraq intihar etmişdir. Bununla bağlı Qazax rayon Prokurorluğunda araşdırılma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir. Mərhum yoldaşı X3 hüquqi savadsızlıqdan və stresdə olduğundan mərhum yoldaşı X2 nəşinin ekspert tərəfindən yarılmasına icazə vermədiyi üçün ölümün qeydiyyata aldırmaq mümkün olmamışdır. Bu faktın təsdiqi vərəsəlik açılması üçün lazımdır. Bu faktın məhkəmədən kənar təsdiq edilməsi mümkün deyildir. Qazax qeydiyyat şöbəsi ölüm haqqında qeydin aşkar edilməsi barədə arayış, eləcədə Qazax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs bu ölüm qeydiyyatının aşkar edilməməsi barədə məlumat vermşdir. Hazırda valdeyinlərinin hər ikisi rəhmətə gedibdir. Ona görə də, bu mərhum yoldaşı 11 fevral 1957-ci il tarixdə Qazax rayonu Əli Bayramlı kəndində doğulmuş, X2 28 iyul 2024-cü il tarixdə Qazax rayonu Aslanbəyli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin ərini tanıyırdı. X2 olüm günü tam yadında deyil, lakin ölən günü onların evində olmuşdur. X2 ölməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, ərizəçi onun bacısıdır. X3 iki aydan çoxdur ki, vəfat edibdir. X2 dəfnində iştirak etmişdir. X2 ölməsini təsdiq edir Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, X3 2024-cü ilin iyul ayında vəfat etmişdir. X2 dəfnində iştirak etmiş və ölməsini təsdiq edir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X3 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qazax rayonu Aslanbəyli kənd sakini 11 fevral 1957-ci il təvəllüdlü X2 özünü asaraq intihar etməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd eilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 adına Qazax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən ölüm haqqında tibbi şəhadətnaməsi verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-B-70-297/2024 saylı arayışdan görünür ki, X2 xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qaazax Rayon Qeydiyyat Şöbəsinin məktubdan görünür ki, X2 qeydə alınması ölüm haqqında tibbi şəhatətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 28 iyul 2024-cü ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Qazax rayonunun Əli Bayramlı kəndində 11 fevral 1957-ci il tarixdə anadan olmuş X2 28 iyul 2024-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar