Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1432/2024 23.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10 aprel 1996-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində doğulmuş, X1 14 iyul 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 2018-ci il tarixdə Qazax rayonu Daşsalahlı kənd sakini öz bibisi oğlu X2 ilə ailə həyatı qurmuşdur. Həmin evliliyidən iki az yaşlı övladı vardır. Onun mərhum yoldaşı X2 14 iyul 2024-cü il tarixdə Qazax rayonu Bala Cəfərli kəndində Ağstafa çay su anabarında çimərkən boğlaraq rəhmətə getmişdir. Qazax rayonu Daş Salahlı kənd qəbrisanlığında dəfn edilmişdir. Bununla bağlı Qazax rayon Prokurorluğunda araşdırılma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir. Hüquqi savadsızlıqdan və stresdə olduğundan mərhum yoldaşı X1 nəşinin ekspert tərəfindən yarılmasına icazə vermədiyi üçün ölümün qeydiyyata aldırmaq mümkün deyildir. Bu faktın təsdiqi vərəsəlik açılması üçün lazımdır. Bu faktın məhkəmədən kənar təsdiq edilməsi mümkün deyildir. Qazax qeydiyyat şöbəsi ölüm haqqında qeydin aşkar edilməsi barədə arayış, eləcədə Qazax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs bu ölüm qeydiyyatının aşkar edilməməsi barədə məlumat vermişdir. Ona görə də, 10 aprel 1996-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində doğulmuş, X1 14 iyul 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, ərizəçi onun qaynının gəlinidir. X2 14 iyul 2024-cü il tarixdə su anbarında çimərkən boğulmuş və vəfat etmişdir. X1 dəfnində iştirak etmiş və vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, ərizəçi onun qızıdır. X2 14 iyul 2024-cü il tarixdə su anbarında çimərkən boğulmuş və vəfat etmişdir. X1 dəfnində iştirak etmiş və vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, ərizəçi onun qardaşının gəlinidir. X2 14 iyul 2024-cü il tarixdə su anbarında çimərkən boğulmuş və vəfat etmişdir. X1 dəfnində iştirak etmiş və vəfat etməsini təsdiq edir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X1 ölüm haqqında akt qeydləri kitabları Maraqlı şəxs xx.xx.2024-xx.xx.2024-cü illər üzrə yoxlanılma aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qazax rayonu Daş Salahlı kənd sakini 10 aprel 1994-cü il təvəllüdlü X1 14 iyul 2024-cü il tarixdə “Ağstafaçay” su anbarında boğularaq ölməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs məktubdan görünür ki, X1 qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. İş materiallarında olan 30 avqust 2024-cü il tarixli tibbi arayışdan görünür ki, X1 rəhmətə getməsi ilə bağlı “Qazax rayon Mərkəzi Xəstəxanasında” PHŞ-nə müraciət edilməmiş və ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan 12 sentyabr 2024-cü il tarixli Qazax rayon Daş Salahlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayşdan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə vəfat edib, xx.xx.2024-cü il tarixdə Qazax Rayon Daş Salahlı kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 ilə Ərizəçi 27 aprel 2018-ci il tarixdə evlənmişlər. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X2 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 14 iyul 2024-cü ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Qazax rayonunun Daş Salahlı kəndində 10 aprel 1996-ci il tarixdə anadan olmuş X1 14 iyul 2024-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1432/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1432/2024
23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver