Məhkəmə qərarları › İş №2(023)-1449/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1449/2024

25.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1449/2024 25.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 25 noyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1939-cu il tarixdə Qazax rayonu Birinci Şıxlı kəndində anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Qazax rayonu Birinci Şıxlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X5 xx.xx.1939-cu il tarixdə Qazax rayonu Birinci Şıxlı kəndində anadan olmuşdur. O, xx.xx.2024-cü il tarixdə özünü asaraq intihar etmişdir. Bu barədə Qazax Rayon Prokurorluğunda xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Anası vəfat etdikdən sonra qeydiyyat şöbəsində onun ölümü qeydə alınmayıb və hazırda o, sənəd üzərində sağdır. X1 ölüm şəhadətnaməsi olmadığından və o, sağ kimi nəzərə alındığından ondan qalmış miras əmlakı sənədləşdirə bilmir. O müvafiq orqanlara anasının vəfat etməsini bildirsədə, ondan olüm haqqında şəhadətnamə tələb edirlər və sənədləşdirmə işinin aparılmasından imtina edirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, xx.xx.1974-cü ildə Qazax rayonunda doğulmuşdur. Ərizəçi onun yaxın qohumudur. X5 onun qaynanası olmuşdur. X2 psixoloji vəziyyəti yaxşı olmadığından özünü asıb öldürmüşdür və Qazax rayonu Birinci Şıxlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1964-cü ildə anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, atası X4, anası X5 olmaqla xx xxxxxx 1964-cü ildə X10 sovxozunda doğulmuşdur. AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 15 fevral 1939-cu ildə anadan olmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Qazax rayonu, Birinci Şıxlı kənd sakini 15 fevral 1939-cu il təvəllüdlü X2 özünü asaraq intihar etməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış 84-c-24 nömrəli ilkin yoxlama materialı üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, 15 fevral 1939-cu ildə anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-70-327 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyi TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi xx.xx.2024-cü il tarixli 18-1-51/2-S-897-42-109/2024 saylı arayışdan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə ölümü ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2024-cü ildə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 fevral 1939-cu il tarixdə doğulmuş X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar