Məhkəmə qərarları › İş №2(023)-1474/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1474/2023

21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1474/2023 21.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi nümayəndəsi, Vəkil oğlunun iştirakları ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 21 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 22 iyun 1960-cı il tarixdə anadan olmuş X6 12 noyabr 2015-ci il tarixdə Qazax şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 ilə 06 aprel 1981-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. X8 12 noyabr 2015-ci il tarixdə vəfat etmişdir və Qazax şəhər qəbristanlığında dəfn olunmuşdur. Yusif vəfat etdikdən sonra onun ölümünü qeyd etdirməmişdir və hazırda sənəd üzərində sağ kimi görünür. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, orada ölümün qeydə alınmasının tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi ilə verilə biləcəyini bildirmişlər. Mərhum X2 ölüm şəhadətnaməsi olmadığından ondan qalmış miras əmlakı sənədləşdirə bilmir. X2 ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi, Vəkil ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, xx.xx.1961-ci ildə doğulmuşdur. Ərizəçi onun əmisi qızıdır. Ərizəçi Elza X1 ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. X8 12 noyabr 2015-ci il tarixdə qəflətən vəfat etmişdir. Onu Qazax şəhər qəbristanlığında dəfn etmişlər və qəbir daşı inşa etdirmişlər. Dəfndə və yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, xx.xx.1958-ci ildə doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin əri X8 12 noyabr 2015-ci il tarixdə ölmüşdür. Onu Qazax şəhər qəbristanlığında dəfn etmişlər və qəbir daşı inşa etdirmişlər. Dəfndə və yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, xx.xx.1952-ci ildə doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin əri X8 12 noyabr 2015-ci il tarixdə ölmüşdür. Onu Qazax şəhər qəbristanlığında dəfn etmişlər və qəbir daşı inşa etdirmişlər. Dəfndə və yas mərasimində o da iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, X8, atası X9, anası X4 olmaqla 22 iyun 1960cı ildə Qazax şəhərində doğulmuşdur. Nikah haqqında arayışdan görünür ki, X8 ilə X5 nikahı 06 aprel 1981-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyi TƏBİB PHŞ-in Qazax RMX PHŞin verdiyi 20 sentyabr 2023-cü il tarixli 286 saylı arayışdan görünür ki, 1960-cı ildə anadan olmuş X6 xx.xx.2015-ci il tarixdə ölümü ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanasının RHŞ-in Arxiv Bölməsində heç bir sənəd aşkar edilməmiş və ölüm şəhadətnaməsi verilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-69-1571/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması tibbi şəhadətnamə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. X6 qəbir daşından çəkilmiş fotoşəkildə xx.xx.1960-xx.xx.2015-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 12 noyabr 2015-ci ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22 iyun 1960-cı ildə Qazax şəhərində anadan olmuş X6 12 noyabr 2015-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar