Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-148/2024 11.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru əvəzi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Qazax –Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri, Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbinin direktor əvəzi xanım Könül Kərimovanın 14 iyun 2023-cü il tarixli, 82 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə (vəzifənə) bərpa edilməyi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb, ödənilməsi və eləcə də hər gecikdirilmiş gün üçün əmək haqının 1 faizi məbləğində ödəncin hesablanıb, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbinə rus bölməsi üzrə müəllim kimi 01 sentyabr 1993-cü il tarixli, 126 nömrəli əmrlə müddətsiz və daimi əsaslarla işə qəbul edilmişdir. Sözügedən müqavilə həmin vaxt müddətsiz olmuşdur. Bu barədə həmin məktəbin hazırki direktor əvəzi xanım Könül Kərimovanın xx.xx.2023-cü il tarixli, 197 nömrəli arayışı ilə də tam təsdiq edilir. Həmin məktəbin hazırki direktor əvəzi xanım Könül Kərimovanın ona xx.xx.2023-cü il tarixdə verdiyi 14 iyun 2023-cü il tarixli, 82 nömrəli əmrdən çıxarışda qeyd edilir ki, “ İddiaçı- məktəbin rus bölməsində tarix müəllimi ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə Əmək Məcəlləsinin 73-cü maddəinin 1-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilsin. İddiaçı 37(otuz yeddi) təqvim günü axırıncı haqq-hesab hesablansın”. xx.xx.2023-cü il tarixdə aldığı əmrdən çıxarışa kimi o nə üçün işdən çıxarıldığını bilməmişdir və ona vədlər verilərək, işə qaytarılacağı bildirilmişdir. O, bu barədə AR X4 də çoxsayl şikayətlər etmiş və hələ də araşdırılma aparıldığı bildirilir və ona cavab verilməmişdir. Onun adından xəbəri və məlumatı olmadan saxta və qanunsuz müqavilə bağlanmaqla onun müddətsiz əmək müqaviləsi müddətliyə dəyişdirilmişdir. Həmin müqaviləni və əmri tələb etdikdə, verməkdən müxtəlif bəhanələrlə boyun qaçırtmışdır. Ona görə də məcbur qalıb, rəsmi ərizə ilə müraciət etmişdir. Bununla bağlı poçt qəbzi də vardır. Onunla birtərəfli qaydada müddətli əmək müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir, tələblər pozulmuşdur. 1993-cü ildən daimi əsaslarla, müddətsiz müqavilə işlədiyi müəllimlik vəzifəsi necə ola bilər ki, müddətli müqavilə əvəzləşə bilər. AR ƏƏSMN tabeliyində X2 X1 Filialına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Ona verilən xx.xx.2023-cü il tarixli, 3-17- 2\2-A-70718\2023 saylı arayışdan ona qismən məlum olmuşdur ki, Qazax şəhəri, Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktor əvəzi onun heç bir xəbəri, razılığı, məlumatı olmadan müddətsiz əmək müqaviləsini xx.xx.2022-ci il tarixdə müddətsiz müqaviləsini xx.xx.2023-cü il tarixə kimi onun adımdan saxtakarlıq etməklə müqavilə bağlamışlar. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, o Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbi ilə müddətli əmək müqaviləsi bağlamamışdır. Əgər bağlanmışdırsa həmin müqavilələr nə əmək kitabçasında, nə də elektron sistemə işlənməmişdir. Odur ki, iddianın təmin olunmasının xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru əvəzi X3 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi ondan əvvəlki direktorla bağlanmışdır. Onun həmin müqavilədən məlumatı olmamışdır. O da, sözügedən müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün, İddiaçı əmək müqaviləsinə xitam vermişdir. 2017-2023-cü illlərin əmrlər kitabı sabiq direktor tərəfindən ona təhvil verilməmişdir. Məktəbdə rus sektoru bağlandığından, iddiaçının ixtisası üzrə ştat bağlanmışdır. Odur ki, iddianın qanuni həll olunmasını xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan sənədlərdən görünür ki, işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı Qazax rayonu üzrə Təhsil Sektorunun metodisti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məktəbin rus bölməsində tarix fənni üzrə 7 (yeddi) saat tarix dərsləri aparılması həvalə edilmişdir. İşdə olan, Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbi arasında xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək tarix müəllimi kimi əmək müqaviləsi bağlanmışdır. İşdə olan, əmək müqavilə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 82 nömrəli əmrdən görünür ki, Qazax rayonu ümumtəsil məktəbləri Qazax 2 nömrəli tam orta məktəb bölməsində müəllim vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx00060 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 73.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən müddətli əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər istifadə edilməmiş 37 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmr edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən Qazax rayonu ümumtəsil məktəbləri Qazax 2 nömrəli tam orta məktəb ilə İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı Qazax rayonu üzrə Təhsil Sektorunun metodisti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məktəbin rus bölməsində tarix fənni üzrə 7 (yeddi) saat tarix dərsləri aparılması həvalə edilmişdir. İddiaçı ilə Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbi arasında xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək tarix müəllimi kimi əmək müqaviləsi bağlanmışdır. Qazax rayonu ümumtəsil məktəbləri Qazax 2 nömrəli tam orta məktəb bölməsində müəllim vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx00060 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 73.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən müddətli əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixə qədər istifadə edilməmiş 37 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmr edilmişdir. 24 noyabr 2023-cü il tarixli əmrdə 30 sentyabr 2022-ci tarixli 150 nömrəli əmrdən çıxarışa əsasən iddiaçının əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Lakin göndərilmiş sorğular və iş materiallarında sözügedən əmr təqdim olunmamışdır. Bundan başqa həmin tarixli əmr İddiaçı əmək kitabçasına və elektron alt sisteminə yükənməmişdir. Odur ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Qazax –Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri, Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbinin direktor əvəzi Könül Kərimovanın 14 iyun 2023-cü il tarixli, 82 nömrəli əmrinin ləğv edilməli, əvvəlki işinə (vəzifənə) bərpa edilməli, məcburi iş buraxmaya görə əmək haqqı hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işəgötürənin əmək münasibətləri sahəsində daşıdığı əsas vəzifələrindən biri də Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək,əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq vəzifəsidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə (yəni işəgötürənin təşəbbüsü ilə) müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv edərkən bunun zəruriliyini kifayət qədər əsaslandırmamış, bu barədə mötəbər sübutlar əldə etməmiş, araşdırma aparmamış və əmək müqaviləsini ləğv etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən, əmək qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Qazax –Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri, Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbinin direktor əvəzi Könül Kərimovanın 14 iyun 2023-cü il tarixli, 82 nömrəli əmri ləğv edilsin, əvvəlki işinə (vəzifənə) bərpa edilsin, məcburi iş buraxmaya görə əmək haqqı hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-148/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-148/2024
11.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver