Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1678/2024 25.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuş X1 31 iyul 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X6 xx.xx.1958-ci il Qazax rayonu İkinci Şıxlı kəndində anadan olub. O, xx.xx.2024-cü il tarixdə özünü asaraq intihar etmişdir. Bu barədə Qazax Rayon Prokurorluğunda xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar edilib.X6 vəfat etdikdən sonra qeydiyyat şöbəsində ölümü qeydə alınmayıb və hazırda o, sənəd üzərində sağdır. X1 ölüm şəhadətnaməsi olmadığından və o, sağ kimi nəzərə alındığından ondan qalmış miras əmlakı sənədləşdirə bilmir. O, müvafiq orqanlara onun vəfat etməsini bildirsə də, ondan ölüm haqqında şəhadətnamə tələb edirlər və sənədləşdirmə işinin görülməsindən imtina edirlər. Buna görə Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il 3-16-5/8-İ-70-3354 saylı arayışda bildirilir ki, ölümün qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır.O,bu barədə Qazax rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciət edib. X8 PHŞ tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 18-1 1144-42-136/2024 nömrəli Tibbi Arayışda göstərilir ki, xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə rəhmətə getməsi ilə bağlı Qazax Rayon Mərəkəzi Xəstəxanası PHŞ tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. Öna görə də, məcbur olub atasının vəfat etməsinin qeyd edilmə faktına dair məhkəmədə iddia qaldırmalı olub. Onu da qeyd edir ki, X3 xx.xx.2024-cü il tarixdə Qazax Rayon İkinci Şıxlı kəndində ölməsi faktı artıq Qazax Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında təsbit edilib.Ona görə də hesab edir ki, bu hüquqi əhəmiyyətli fakt məhkəmə qətnaməsi əsasında müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, o, Qazax rayonu İkinci Şıxlı kəndində yaşayır. Ərizəçi bacısıdır.X7 atasıdır. Koroğlu İmişov onkoloji xəstə olub.O, özünü evin eyvanından asaraq intihar etmişdir. Koroğlu İmişovun vəfat etməsini təsdiq edir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 24 oktyabr 2024-cü il tarixli 3-16-5/8-69-Q-1233\2024 saylı doğum haqqında arayışdan görünür ki, Ərizəçi 01 avqust 1990-cı il tarixdə Qazax Rayonu İkinci Şıxlı kəndində anadan olmuşdur. Ərizəçi atası X6, anası X5r. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 03 aprel 1958-ci ildə Qazax rayonu İkinci Şıxlı kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-İ-70-354/2024 saylı arayışdan görünür ki, X3 xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 avqust 2024-ci il tarixli qərarın surətindən görünür ki, X3 intihar etməsi barədə toplanmış material üzrə cinayət işinin başlanılması cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında Azərbaycan Respublikası «Tibbi ərazi X2»nin X15 Qazax Rayon Mərkəzi X9 Şəxs tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli, 18-1-51/2-İ-1144-42- 136/2024 nömrəli arayışdan görünür ki, Qazax rayon İkinci Şıxlı kənd sakini xx.xx.1958-ci il təvəllüdlü X3 rəhmətə getməsi ilə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciət edilməmiş və xəstəxana tərəfindən mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 31 iyul 2024-cü ildə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Qazax rayonunun İkinci Şıxlı kəndində 03 aprel 1958-ci il tarixdə anadan olmuş X3 31 iyul 2024-cü ildə Qazax rayon İkinci Şıxlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1678/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1678/2024
25.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver