Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1680/2024 27.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 1950-ci ildə anadan olmuş qardaşı X7 30 iyul 1970ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1953-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Onlar ailədə beş uşaq olmuş, böyük qardaşı xx.xx.1950-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuş X15 14.11,1969cu ildə Qazax rayon Hərbi Komisarlığı tərəfindən Sovet ordusu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. Ukrayna Respublikasında hərbi xidmət keçirirdi. O hərbi xidmət devrində xx.xx.1970-ci il tarixdə vəfat etmişdir. Bu barədə onların ailəsinə xəbər verildikdən sonra qohumları gedib onun nəşini gətirmişlər və öz doğma kəndi olan Daş Saahlı kənd qəbirstanlığında dəfn etmişlər.El adəti ilə yas mərasimi təşkil etmişlər,yas mərasimindən sonra qəbir üstü abidəsini qoydurmuşlar. X2 xx.xx.1993-cü ildə,anası X10 isə xx.xx.2003-cü ildə vəfat etdilər.Hazırda o Notariusa müraciət edib vərəsəlik işi açdırmaq istəmiş,lakin qardaşı Sabirin ölüm şəhadətnaməsini tapa bilməmişdir. Bununla bağlı Qazax rayon Mərkəzi xəstəxanasına və Maraqlı şəxsnə müraciət etmişdir.Qeydiyyat Şöbəsi arayış vermiş ki, qardaşı Sabirin ölüm haqqında akt qeydi kitabları Qazax rayonu Daş Salahlı kənd İƏD üzrə 1966-1972-ci illər üzrə yoxlama aparılmış və “Vətəndaşlıq vəziyyəti aktlar avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin özünün 08-oktyabr 2024-cü il tarixli,3-16-5/8-V-70-352 saylı məktubu ilə ona izah etmişdir ki, Azərcaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixli,145 nömrəli qərarı ilə təstiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarına uyğun olaraq ölüm haqqında akt qeydinin bərpa edilməsi tibbi şəhadətnamə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Odur ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qazax rayon Mərkəzi Xəstəxanası tibbi arayış vermiş ki, Sabirin adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Ona görə də, 01 iyul 1950-ci ildə anadan olmuş qardaşı X7 30 iyul 1970-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, ərizəçi onun qonşusudur. X15 ərizəçinin qardaşıdır. 1970-ci il tarixdə hərbi xidmətdə olduğu vaxt vəfat etmişdir. X4 rayon Daş Salahlı kənd qəbirstanlığında dəfn edilmişdir. X7 ölməsini təsdiq edir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1950-ci il tarixdə anadan olmuş, ata qrafasında X5, ana qrafasında isə X3 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qazax rayonu Daş Salahlı kənd İƏD üzrə 1966-1972-ci illər üzrə yoxlama aparılmış və “Vətəndaşlıq vəziyyəti aktlar avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs məktubdan görünür ki, X7 qeydə alınması ölüm haqqında tibbi şəhatətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. İş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli tibbi arayışdan görünür ki, X7 vəfat getməsi ilə bağlı “Qazax rayon Mərkəzi Xəstəxanasında” PHŞ tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 522 saylı arayışdan görünür ki, 1950ci il təvəllüdlü X15 xx.xx.1969-cü il tarixdə keçmiş Qazax rayon Hərbi komisssarlığı tərəfindən Sovet Ordusu sıralarında hərbi xidmətə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum X16 XX.XX.1920-ci ildə Qazax rayon Daş Salahlı kəndində anadan olub, xx.xx.1993-cü ildə Qazax rayon Daş salahlı kəndində vəfat etmiş. Daş Salahlı kənd qəbirstanlığında dəfn olunmuşdur. oğlu-X15 xx.xx.1950-ci ildə Qazax rayon Daş Salahlı kəndində anadaı olub, xx.xx.1970-ci ildə Ukrayna Respublikasında vəfat etmiş. Daş Salahlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Qazax rayon Daş Salahlı kənd sakinləri X1, X13, X14, X9, X11 akt tərtib edirik göstərmidirlər ki, 01 iyul 1950ci il tarixdə anadan olmuş həmkəndliləri X15 xx.xx.1969-cu il tarixdə Sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmət devrində 30 iyul 1970-ci ildə ölmüşdür. Onun öz yaxın qohumları gedib nəşini gətirmişlər və Daş Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən 1950-ci il təvəllüdlü X7 qəbr daşı əks olunur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X7 01 iyul 1970-ci ildə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Qazax rayonunun Daş Salahlı kəndində 01 iyul 1950-ci il tarixdə anadan olmuş X7 30 iyul 1970-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1680/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1680/2024
27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver